Məhkəmə qərarları › İş №e-2(002)-580/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-580/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-580/2025 08.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 821,58 manat əsas, 199,83 manat faiz, 64,56 manat məbləğində cərimə olmaqla, cəmi 1085,97 (min səksən beş manat 97 qəpik) manat məbləğində borcun və 30,86 (otuz manat 86 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması və tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi və satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli, QB0015134-2023 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 989 manat kredit vermişdir. Bu müqaviləyə əsasən borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüş, həmçinin borcverən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı əlavədə göstərilən qızılzinət əşyalarını iddiaçıya girov qoymuşdur. Lakin, Cavabdehkredit müqaviləsinin şərtlərini pozaraq ödəməli olduğu borcunun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Belə ki, cavabdeh tərəfin iddiaçı "xxxx" ASC-yə ödənilməmiş 821,58 manat əsas, 199,83 manat faiz və 64,56 manat məbləğində cərimə borcu mövcuddur İddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçırılməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış 25 oktyabr 2023cü il tarixli, QB0015134-2023 saylı çərçivə kredit və girov müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 989 manat kredit vermişdir. Bu müqaviləyə əsasən borcalan aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüş, həmçinin borcverən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı əlavədə göstərilən qızıl-zinət əşyalarını- cəmi qiyməti 1345,77 manat olmaqla çəkisi 1,65 qram, 585 əyarlı-2 ədəd sırğanın (bir cüt), çəkisi 2,26 qram, 585 əyarlı-1 ədəd qolbağın, çəkisi 2,02 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 2,34 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1,47 qram, 585A əyarlı 2 ədəd sırğanın(bir cüt), çəkisi 2 qram, 585A əyarlı-1 ədəd kulonun, çəkisi 4,54 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1 qram, 585A əyarlı-1 ədəd boyunbağını girov qoymuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə borcu aşağıdakı kimidir: 821,58 manat əsas, 199,83 manat faiz, 64,56 manat məbləğində cərimə olmaqla, cəmi 1085,97 manat. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" ASC-yə pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, Cavabdeh məhkəmə qaydasında girov predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 25 oktyabr 2023-cü il tarixli, QB0015134-2023 saylı saxlanc girov müqaviləsinə edilmiş 2 əlavə üzrə real bazar qiymətləndirməsi aktından görünür ki, çəkisi 1,65 qram, 585 əyarlı-2 ədəd sırğanın (bir cüt), çəkisi 2,26 qram, 585 əyarlı-1 ədəd qolbağın, çəkisi 2,02 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 2,34 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1,47 qram, 585A əyarlı 2 ədəd sırğanın(bir cüt), çəkisi 2 qram, 585A əyarlı-1 ədəd kulonun, çəkisi 4,54 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1 qram, 585A əyarlı-1 ədəd boyunbağının real bazar qıyməti-1345,77 manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2025ci il tarixli AE-06003/25 nömrəli rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan çəkisi 1,65 qram, 585 əyarlı-2 ədəd sırğanın (bir cüt), çəkisi 2,26 qram, 585 əyarlı-1 ədəd qolbağın, çəkisi 2,02 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 2,34 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1,47 qram, 585A əyarlı 2 ədəd sırğanın(bir cüt), çəkisi 2 qram, 585A əyarlı-1 ədəd kulonun, çəkisi 4,54 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1 qram, 585A əyarlı-1 ədəd boyunbağının orta bazar qiyməti 1987,20 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 30,86 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən Cavabdeh 25 oktyabr 2023-cü il tarixli, QB0015134-2023 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 989 manat məbləğində kredit verilmiş, cavabdeh isə iddiaçıya 60 ay müddətinə hər ay 63,65 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin eyni müqavilə ilə cavabdeh kredit öhdəliyinin icrasının təmini üsulu kimi mülkiyyətində olan real bazar qıyməti-1345,77 manat olan qızıl-zinət əşyalarını girov predmeti kimi girov saxlayanın sahibliyinə verilmişdir. Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq və ödəniş cədvəlləri üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi təmin edilməli, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, daşınar əmlaka tutma yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsində qeyd edir ki, iddia tələbinin müvafiq hissəsi icra qaydasında icra məmurunun səlahiyyətləri əsasında həll olunacaq məsələ olduğundan mülki iddia tələbinin predmeti ola bilməz. Həmçinin qalan məbləğin cavabdehdən tutulması tələbi özlüyündə iddianın predmetini təşkil etmir. Əgər girov qoyulmuş əmlak tələbi tam təmin etmirsə İcra haqında qanunun İV fəsli ilə tənzimlənir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 25 oktyabr 2023-cü il tarixli, QB0015134-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 821,58 manat əsas, 199,83 manat faiz borcu və 64,56 manat cərimə borcu olmaqla, cəmi 1085,97 manat, həmçinin, ödənilmiş 30,86 manat dövlət rüsumu tutulmalı, 25 oktyabr 2023-cü il tarixli, QB0015134-2023 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan orta bazar qiyməti 1987,20 manat təşkil edən qızıl-zinyət əşyalarına (çəkisi 1,65 qram, 585 əyarlı-2 ədəd sırğanın (bir cüt), çəkisi 2,26 qram, 585 əyarlı-1 ədəd qolbağın, çəkisi 2,02 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 2,34 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1,47 qram, 585A əyarlı 2 ədəd sırğanın(bir cüt), çəkisi 2 qram, 585A əyarlı-1 ədəd kulonun, çəkisi 4,54 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1 qram, 585A əyarlı-1 ədəd boyunbağına) yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılmalı, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına 25 oktyabr 2023-cü il tarixli, QB0015134-2023 saylı çərçivə kredit və girov müqaviləsi üzrə yaranmış borc tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat məhkəmə xərci Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 821,58 manat, faiz borcu üzrə 199,83, cərimə borcu 64,56 manat olmaqla, cəmi 1085,97 manat və ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumu tutulsun. Tutma girov predmeti olan qızıl zinət əşyalarına-çəkisi 1,65 qram, 585 əyarlı-2 ədəd sırğanın (bir cüt), çəkisi 2,26 qram, 585 əyarlı-1 ədəd qolbağın, çəkisi 2,02 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 2,34 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1,47 qram, 585A əyarlı 2 ədəd sırğanın(bir cüt), çəkisi 2 qram, 585A əyarlı-1 ədəd kulonun, çəkisi 4,54 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1 qram, 585A əyarlı-1 ədəd boyunbağına yönəldilsin. Girov predmeti olan qızıl zinət əşyaları (çəkisi 1,65 qram, 585 əyarlı-2 ədəd sırğanın (bir cüt), çəkisi 2,26 qram, 585 əyarlı-1 ədəd qolbağın, çəkisi 2,02 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 2,34 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1,47 qram, 585A əyarlı 2 ədəd sırğanın(bir cüt), çəkisi 2 qram, 585A əyarlı-1 ədəd kulonun, çəkisi 4,54 qram, 585 əyarlı-1 ədəd boyunbağının, çəkisi 1 qram, 585A əyarlı-1 ədəd boyunbağına) açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 1987 manat müəyyən olunsun. Hərracdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. Əmlakın satışından artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200(iki yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-yə məxsus hesaba (VÖEN:**********, HESAB: AZ74AİİB400600F**********112, Bank: "xxxx" ASC, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ********************,kod: 200026, SWİFT AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar