Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-60/2024 18.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-ə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İnzibati tənbeh vermə haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli Qərara əsasən, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə saat 20:50-də “İsuzu NPR 75 KD Yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarıbıb tələblərinə riayət edilməməsi nəticəsdinə İXM 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
2. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 00286№-li qiymətləndirmə haqqında rəydən görünür ki, “Hyundai Sonata” **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 16905 manat hesablanmışdır.
2. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Hyundai Sonata” **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8550 manat hesablanmışdır.
3. "xxxx" ASC tərəfindən təqdim edilmiş hesab məlumatından görünür ki, xx.xx.2023-ci il tarixdə "xxxx" ASC tərəfindən 5000 manat İddiaçı hesabına ödəniş həyata keçirilmişdir. İddia tələbi
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Hyundai Sonata” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 11905.00 (on bir min doqquz yüz beş manat) manatın, “Hyundai Sonata” markalı, qiymətləndirmə rəyinə görə "xxxx" MMCyə ödənilən 200 (iki yüz) manatın, 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun olmaqla, cəmi 12231 (on iki min iki yüz otuz bir) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 03 aprel 2023-cü il tarixdə saat 20:50-də Cavabdeh1 29 yanvar 2022-ci il tarixli AA29822702 nömrəli sürücülük vəsiqəsi ilə 28 dekabr 2022-ci il tarixli etibarnamə əsasında idarə etdiyi Cavabdeh2 MMC-yə məxsus “İsuzu NPR 75 KD Yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı avtomobil, ona məxsus olan “Hyundai Sonata” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax dairəvi yolun 10-cu km-də Bakı istiqamətində, sağ sırada hərəkət edərkən arxadan vurmuş, nəticə etibari ilə zərbədən avtomobili yolun sağ kənarındakı dəmir səddə çırpılmışdır. X6 Xidməti inspektoru, polis baş serjant X5 tərəfindən tərtib olunan 03 aprel 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan da aydın olur ki, qəzaya yol vermiş cavabdeh Sadıxov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin, cavabdeh Həmin qərar əsasında müəyyən edilən cərimənicavabdeh ödəsə də, bu günə qədər avtomobilimə dəyən ziyan cavabdehlər tərəfindən ödənilməmişdir. Hadisəylə bağlı Cavabdeh1 04 aprel 2023-cü il tarixində DİN Baş DYPİnin rəis müavini, YPXA-nın komandiri Fuad Mayılova izahat vermişdir və törədilən əməli etiraf etmişdir. “İsuzu NPR 75 KD Yük” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" ASC-də sığortalanmışdır və zərərin 5000 (beş min) manat hissəsi həmin sığorta şirkəti tərəfindən ona ödənilmişdir. Buna görə də, hazırda cavabdehlər Cavabdeh1 və adı çəkilən şəxsin etibarnamə əsasında fəaliyyət göstərdiyi Cavabdeh2 MMC-dən “Hyundai Sonata” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 11905.00 (on bir min doqquz yüz beş manat) manatın, “Hyundai Sonata” markalı, qiymətləndirmə rəyinə görə "xxxx" MMC-yə ödənilən 200 (iki yüz) manatın, 126 (bir yüz iyirmi altı) manat məbləğində dövlət rüsumunun olmaqla, cəmi 12231 (on iki min iki yüz otuz bir) manatın cavabdehlərdən tutularaq mənə ödənilməsi barədə qətnamənin qəbul olunması zərurəti vardır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinə etiraz
6. Cavabdeh2 MMC iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
7. Etiraz belə əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən dəymiş zərərlə bağlı yekun akt tərtib edilmiş və baş vermiş hadisə ilə bağlı dəymiş zərərin məbləği 8550 AZN olaraq qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən verilən rəydə əvəz olunmalı ehtiyyat hissələri lüzumsuz yerə daha çox qeyd edilmiş və qiymətləri də bazar dəyərindən artıq göstərilmişdir. Habelə müvafiq MMC tərəfindən maşının təmiri ilə bağlı usta əməyi daha çox qiymətləndirilmişdir. İddiaçı əgər hadisə nəticəsində zərər dəymiş avtomobilini təmir etdiribsə, bununla bağlı çəkdiyi xərcləri sübut qismində tədim etməlidir. "xxxx" MMC-in rəyi zərəri daha çox göstərmək üçün Məhkəməyə təqdim edilib. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.
8. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək dəymiş zərərə görə 5000 manat sığorta ödənişi edildiyini, lakin maşına 16000 manat zərər dəydiyini, işdə olan müstəqil qiymətləndirici rəyi ədalətli olduğunu, avtomobil hadisə nəticəsində demək olar ki sıradan çıxdığını, Cavabdeh1 digər Cavabdeh2 MMC-də sürücü olduğunu, onun təqsirli hərəkəti nəticəsində iddiaçının avtomobilinə ciddi ziyan dəydiyini, zərər dəymiş maşının 2021-ci il buraxılışı olduğunu, maşının qiymətinin təqribən 50000-60000 manat olduğunu, X1 gətirildiyini, yeni maşın olduğunu, belə olan halda iddiaçının ciddi ziyana məruz qaldığını, həmin maşının ehtiyat hissələrinin xaricdən gətirildiyini, maşına 16000 manatdan çox ziyan dəydiyini, bununla bağlı onlarda müstəqil ekspert rəyi olduğunu bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Cavabdeh1 məhkəmə iclasında izahat verərək hadisədə təqsirli olduğunu qəbul etdiyini, lakin hadisə zamanı iddiaçının da maşını yol kənarında saxlayaraq qəzaya şərait yaratdığını bildirdi və maddi vəziyyətinin çox aşağı olması ilə əlaqədar qeyd edilən məbləği ödəyə bilməyəcəyindən iddianın təmin edilməməsini xahiş etdi.
11. Cavabdeh2 MMC-in nümayəndəsi Nümayəndə1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək, cavabdehin şirkətin sürücü olduğunu, iddiaçının təqdim etdiyi rəyin artıq hesablandığını və həmin rəy ilə razı olmadıqlarını bildirmişdir.
12. Cavabdeh2 MMC-in nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək avtomobilin təmir olunduğunu və qüsur aktının avtomobilin təmir xərclərini ifadə etdiyini bildirmişdir.
Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir.
16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
18. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
19. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
20. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
22. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
23. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 yanvar 2022-ci il tarixli Qərarı:
30. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. b) Əsaslandırma
31. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir.
32. Belə ki, işinm faktiki hallarına görə, Cavabdeh1 tərəfindən yol nəqliyyat hadisəsi törədilmişdir. Cavabdeh1 digər Cavabdeh2 MMC-də sürücü işləyir. Cavabdeh1 hadisə zamanı idarə etdiyi avtomobilin qanuni sahibi qismində Cavabdeh2 MMC çıxış edir.
33. Yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Hyundai Sonata” markalı **-OY- *** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan vurulmuş, vurulmuş ziyanın əvəzi qismində 5000 manat məbləğində icbari sığorta ödənişi həyata keçirilmişdir.
34. Baş vermiş hərəkətdə cavabdehin təqsiri iş materiallarına əlavə edilmiş “İnzibati tənbeh verə haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli Qərarla sübut olunur.
35. Bu halda, məhkəmə iddiaçıya məxsus əmlaka cavabdehin hərəkətləri nəticəsində maddi ziyan vurulması halının işin mübahisəsiz halı olduğunu əsas götürərək, Cavabdeh2 MMC öz işçisinin vurduğu zərər üçün mülki hüquqi məsuliyyət daşıdığından, habelə digər Cavabdeh1 tərəfindən maddi ziyan vurulduğundan hesab edir ki, iddiaçı (zərər dəymiş əmlakın mülkiyyətçisi və qanuni sahibi) cavabdehlərə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur.
36. Həmçinin, iddiaçı ona məxsus əmlaka cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində 16905 manat məbləğində maddi ziyan vurulduğunu, cavabdeh tərəfindən ona 5000 manat məbləğində pul vəsaiti ödənildiyini, qalan məbləğin isə ödənilmədiyini əsas gətirərək iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh tərəf isə qeyd edilən hissədə iddia tələbinə etiraz etmiş, iddiaçıya məxsus avtomobilə vurulmuş maddi ziyanı mübahisələndirərək müvafiq ekspertiza keçirilməsi barədə vəsatət vermişdir.
37. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7024 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqatın 1-ci və 3-cü suallar üzrə nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Hyundai Sonata” minik markalı **-OY-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14275 manat müəyyən edilir. Tədqiqatın 2-ci və 4-cü sualları üzrə məhkəmə-əmtəəşunaslıq ekspertizaları səlahiyyətlərinə aid olmadığından tədqiqat aparmaq mümkün olmadı.
38. Göründüyü kimi, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Hyundai Sonata” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər ekspert rəyi əsasında 14,275 manat məbləğində olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlaka cavabdeh tərəfindən vurulmuş maddi ziyanın məbləği məhz müvafiq ekspert rəyi əsasında müəyyən edilməlidir.
39. Məhkəmə iş üzrə müvafiq ekspert rəyini əsas götürərək habelə iddiaçıya ödənilmiş 5000 manat sığorta ödənişini nəzərə alaraq hesab edir ki, iddiaçıya vurulmuş ziyanın əvəzi olaraq 9275 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir.
40. Məhkəmə iddia tələbinin "xxxx" MMC şirkətinə müvafiq qiymətləndirmə rəyinin verilməsi üçün sərf edilən 200 manat xərcin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı “Hyundai Sonata” **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin hesablanması üçün "xxxx" MMC şirkətinə ödənilmiş 200 manatı cavabdehlərdən tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi pul vəsaitinin ödənilməsi ilə bağlı hər hansı sübut əlavə edilmədiyi üçün iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
42. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 126 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 126 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 112.75 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məsrəf isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə
43. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 9275 manat pul vəsaiti və 112.75 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
44. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada dəymiş maddi zərərə görə 11,905 manat pul vəsaiti və 125.72 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində işə baxılması ilə əlaqədar məsrəfin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X2, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova