Məhkəmə qərarları › İş №e-2(002)-600/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-600/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-600/2023 16.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan 26 Noyabr 2021-ciiltarixli, XDNPU-05735 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 7582 (yeddimin beş yüzsəksən ikimanat 00 qəpik) manat, faiz borcuna görə 196,3 (bir yüz doxsan altımanat 30 qəpik) manat, dəbbə borcuna görə 132,22 (bir yüz otuzikimanat 22 qəpik) manat, cəmi 7910,52 (yeddimin doqquz yüz onmanat 52 qəpik) manat məbləğində pulun və 99,11 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onun əsaslandırmışdır ki, İddiaçıASC-nin Qaradağ filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 26 Noyabr 2021-ci il tarixli, XDNPU-05735 saylı kredit müqaviləsinə əsasən illik 14,44 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 10000 (onmin) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 26 Noyabr 2021-ci il tarixli, XDNPU-05735saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icraedilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 26 Noyabr 2021-ci il tarixli, XDNPU-05735 saylı kredit müqaviləsinə görə,cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 26-dan gec olmayaraq hər ay 343,92 (üç yüz qırx üç manat 92 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında vəlazımı qaydadaicraetməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 26 Noyabr 2021-ci il tarixli,XDNPU-05735 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 7582 (yeddi min beş yüz səksən iki manat 00 qəpik) manat, faiz borcuna görə 196,3 (bir yüz doxsan altımanat 30 qəpik) manat, dəbbə borcuna görə 132,22 (bir yüz otuz iki manat 22 qəpik) manat, borcun cəmiməbləği 7910,52 (yeddi min doqquz yüz on manat 52 qəpik) manat təşkiledir. İddiaçı ASC-nin nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək , Cavabdehdan 26 Noyabr 2021-ciiltarixli, XDNPU-05735 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 6778,2 manat, faiz borcuna görə 356,9 manat, dəbbə borcuna görə 275,66 manat, cəmi 7410,76 manat məbləğində pulun və 99,11 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə göndərərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsi cə iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin Yasamal filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 7 İyul 2021-ci il tarixli, YSNPU-05522 saylı kredit müqaviləsinə əsasən illik 15 %(on beş) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 3000 (üç min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 7 İyul 2021-ci il tarixli,YSNPU-05522 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 7 İyul 2021-ci il tarixli, YSNPU-05522 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 7-dan gec olmayaraq hər ay 104 (bir yüz dörd manat 00 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 7 İyul 2021-ciiltarixli, YSNPU05522 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 2221,4 (iki min iki yüz iyirmi bir manat 40 qəpik) manat, faiz borcuna görə 110,36 (bir yüz on manat 36 qəpik) manat, dəbbə borcuna görə 181,52 (bir yüz səksən bir manat 52 qəpik) manat,cəmi 2513,28 (ikimin beş yüz on üç manat 28 qəpik) manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmənin ünvanına ərizə göndərərək, məhkəmədən mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahış etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 26 Noyabr 2021-ci il tarixli, XDNPU-05735 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 14,44 % (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz alti) ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 26 Noyabr 2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən 10000 manat məbləğində pul vəsaiti Cavabdeh hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh borcu aşağıdakı kimidir:- əsas borcuna görə 6778,2 manat, faiz borcuna görə 356,9 manat, dəbbə borcuna görə 275,66 manat, cəmi 7410,76 manat məbləğində pul borcu mövcuddur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 26 Noyabr 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı banka 10000 manat krediti 36 ay müddətinə 14,44% dərəcəsi ilə hər ay 343,90 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Belə ki, iş materiallarında olan 26 Noyabr 2021-ci il tarixli, XDNPU-05735 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh X1 36 ay müddətinə illik 14,44 faiz ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilməsini, “Kredit alan” isə verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı 26 Noyabr 2021-ci il tarixli, XDNPU-05735 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə onun banka həmin müqaviləyə görə - əsas borcuna görə 6778,2 manat, faiz borcuna görə 356,9 manat, dəbbə borcuna görə 275,66 manat, cəmi 7410,76 manat məbləğində pul borcu yaranmışdır. Məhkəmə dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, 26 Noyabr 2021-ci il tarixli müqavilə üzrə 50 manat dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur, həmçinin əsas borcun tutulması ilə yanaşı, müvafiq olaraq müqaviləyə görə 50 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən-təmin edilməlidir. Sadalananan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən iddiaçının həmin müqaviləni lazımınca icra edilməməsi ilə əlaqədar tələbi əsaslıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 99,11 manat məbləğində məbləğində dövlət rüsumu ödənilmişdir. Hal-hazırda iddia tələbi qismən-təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş və tələb olunan 99,11 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq-91,85 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən-təmin edilməli, 26 Noyabr 2021-ci il tarixli, XDNPU- 05735 saylı kredit müqaviləsinə görə Cavabdeh İddiaçı ASC-nin xeyrinə - əsas borcuna görə 6778,2 manat, faiz borcuna görə 356,9 manat, dəbbə borcuna görə 50 manat, cəmi 7185,1 manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 91,85 manat dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26 Noyabr 2021-ci il tarixli, XDNPU-05735 saylı kredit müqaviləsinə görə Cavabdeh İddiaçı ASC-nin xeyrinə - 6778(altı min yeddi yüz yetmiş səkkiz) manat, 20(iyirmi) qəpik, faiz borcuna görə 356(üç yüz əlli altı) manat, 90(doxsan) qəpik, dəbbə borcuna görə 50(əlli) manat, cəmi 7185(yeddi min bir yüz səksən beş) manat,10(on)qəpik məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 91(doxsan bir) manat, 85(səksən beş) qəpik dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar