Məhkəmə qərarları › İş №e-2(002)-613/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-613/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-613/2022 21.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Expressbank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh Ağalarov Xəyal Daşqın oğlundan Cavabdeh 100821-112759/10 nömrəli kredit müqaviləsi üzrə 789.51 manat məbləğində əsas borcu və 11.18 manat faiz borcu olmaqla, ümumilikdə 800.69 (Səkkiz yüz (.69)) manat, 100821-112759/11 nömrəli kredit müqaviləsi üzrə 291.34 manat məbləğində əsas borcu və 4.5 manat faiz borcu olmaqla, ümumilikdə 295.84 (İki yüz doxsan beş (.84)) manat, hər iki müqavilə üzrə 1096.53 manat borcun və 31.37 (otuz bir (.37)) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı ASC ilə borcalanCavabdeharasmda bağlanmış 03 sentyabr 2019 il tarixli, 100821-112759/10 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 789.51 (Yeddi yüz səksən doqquz (.51)) manat, 03 sentyabr 2019 il tarixli, 100821-112759/11 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 291.34 (İki yüz doxsan bir (.34)) manat məbləğində kredit verilmişdir.Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissəhissə ödəmə qrafıkini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir.28 dekabr 2021-ci il tarixinə cavabdehin 100821-112759/10 nömrəli kredit müqaviləsi üzrə 789.51 manat məbləğində əsas borcu və 11.18 manat faiz borcu olmaqla, ümumilikdə 800.69 (Səkkiz yüz (.69)) manat, 100821-112759/11 nömrəli kredit müqaviləsi üzrə 291.34 manat məbləğində əsas borcu və 4.5 manat faiz borcu olmaqla, ümumilikdə 295.84 (İki yüz doxsan beş (.84)) manat, hər iki müqavilə üzrə 1096.53 manat məbləğində kredit borcu yaranmışdır.İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür.Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır.Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 28.12.2021-ci il tarixə cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 03 sentyabr 2019-cu il tarixli, 100821-112759/10 nömrəli istehlak Kredit Müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh Ağalarov Xəyal Daşqın oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 789.51 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş 03 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Ağalarov Xəyal Daşqın oğlu 03 sentyabr 2019-cu il tarixli, 100821-112759/10 nömrəli istehlak kredit müqaviləsinə əsasən 789.51 manatı kreditora illik 1% faiz dərəcəsi ilə 60 ay müddətində hər ay 16,79 (ilk bir ili güzəştli olaraq) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 28.12.2021-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh-03 sentyabr 2019-cu il tarixli, 100821-112759/10 nömrəli istehlak kredit müqaviləsinə əsasən 789.51 manat məbləğində əsas borcu və 11.18 manat faiz borcu olmaqla, ümumilikdə 800.69 manat,borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 03 sentyabr 2019-cu il tarixli, 100821-112759/11 nömrəli istehlak Kredit Müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə cavabdeh Ağalarov Xəyal Daşqın oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 291.34 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş 03 sentyabr 2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Ağalarov Xəyal Daşqın oğlu 03 sentyabr 2019-cu il tarixli, 100821-112759/11 nömrəli istehlak kredit müqaviləsinə əsasən 291.34 manatı kreditora illik 1% faiz dərəcəsi ilə 60 ay müddətində hər ay 6,19 (ilk bir ili güzəştli olaraq) manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 28.12.2021-ci il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh-03 sentyabr 2019-cu il tarixli, 100821-112759/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən 291.34 manat məbləğində əsas borcu və 4.5 manat faiz borcu olmaqla, ümumilikdə 295.84 manat borcu mövcuddu İş materiallarına əlavə olunmuş bildirişdən görünür ki, “Expressbank ASC pretenziya qaydasına riayət edərək, cavabdeh Ağalarov Xəyal Daşqın oğlu borcu ödəməsini tələb etmiş, əks təqdirdə borcun ödənilməsi barədə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə borcu ödəməyi və ödənişi gecikdirdiyi halda hər gün üçün gecikdirilmiş məbləğə hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Borclu müəyyən məbləğdə ödənişlər etmiş, lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada tam yerinə yetirməmişdir. Nəticədə İddiaçı ASC cavabdeh Ağalarov Xəyal Daşqın oğlunın 28 dekabr 2021-ci il tarixinə olan 03.09.2019-0 cu il tarixli 100821-112759/10 nömrəli kredit müqaviləsi üzrə 789.51 manat məbləğində əsas borcu və 11.18 manat faiz borcu olmaqla, ümumilikdə 800.69 manat, 100821-112759/11 nömrəli kredit müqaviləsi üzrə 291.34 manat məbləğində əsas borcu və 4.5 manat faiz borcu olmaqla, ümumilikdə 295.84 manat, hər iki müqavilə üzrə 1096.53 manat borcu yarandığını bildirir və həmin məbləğin ödənilməsini tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30,97 manat məbləğində dövlət rüsumu ödəmiş və lakin iddia ərizəsinin “xahiş etdi” hissəsində isə 31,37 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir.Məhkəmə hesab edirki, iddia tələbi borc hissəsində tam təmin edilməli, iddianın təmin edilmiş hissəsinə və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu hissəsində qismən təmin edilməli, cavabdehdən 30,97 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,97 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı “Expressbank ASC-nin xeyrinə üzrə 03.09.2019-cu il tarixli 100821-112759/10 nömrəli kredit müqaviləsi üzrə 789.51 manat məbləğində əsas borcu və 11.18 manat faiz borcu olmaqla, ümumilikdə 800.69 manat, 03.09.2019-cu il tarixli 100821-112759/11 nömrəli kredit müqaviləsi üzrə 291.34 manat məbləğində əsas borcu və 4.5 manat faiz borcu olmaqla, ümumilikdə 295.84 manat, hər iki müqavilə üzrə cəmi 1096.53 manat borc və ödənilmiş 30,97 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “Expressbank ASC-nin xeyrinə 03.09.2019-cu il tarixli 100821-112759/10 nömrəli kredit müqaviləsi üzrə 789(yeddi yüz səksən doqquz) manat 51(əlli bir) qəpik məbləğində əsas borcu və 11(on bir)manat 18(on səkkiz) qəpik faiz borcu, cəmi 800(səkkiz yüz) manat 69(altmış doqquz) qəpik, 03.09.2019-cu il tarixli 100821-112759/11 nömrəli kredit müqaviləsi üzrə 291(iki yüz doxsan bir) manat 34(otuz dörd) qəpik məbləğində əsas borcu və 4(dörd) manat 50(əlli) qəpik faiz borcu cəmi 295(iki yüz doxsan beş)manat 84(səksən dörd) qəpik, hər iki müqavilə üzrə cəmi 1096(bir min doxsan altı) manat 53(əlli üç) qəpik borc və ödənilmiş 30(otuz )manat 97(doxsan yeddi) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar