Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-660/2024 12.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "X1" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "X1" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 348 manat borc məbləği, 34 manat cərimə üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumunun-cəmi 412 manat alınaraq tələbkara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-in direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 16 oktyabr 2016-ci il tarixli 01-AGT000008524, 17 fevral 2017-ci il tarixli 01-AGT000010724 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 260 manat və 254 manat olan Huawei Y220 (İMEİ: **********36687), Huawei G526 (İMEİ: **********7235) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2016-ci il tarixdən başlayaraq hər ayın 16-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq 18 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 348 manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədir. Qeyd olunan halları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, cavabdeh etiraz verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan, xx.xx.2016-ci il tarixli 01-AGT000008524 saylı nisyə alqı-satqı müqaviləsinin və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavənin məzmunundan aydın olur ki, satıcı qismində çıxış edən "xxxx" MMC dəyəri 260 manat olan malı alıcı - Cavabdeh vermək, alıcı həmin malları qəbul etməklə, həmin malların qalıq dəyərini ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətində hər ay 18 manat aylıq ödəməyi öhdəsinə götürmüş; xx.xx.2016-ci il tarixli təhvil-təslim aktının məzmunundan aydın olur ki, 260 manat dəyərində olan Huawei Y220 (İMEİ: **********36687) markalı mobil telefon adlı malı alıcıya təhvil verilmişdir. İşdə olan, xx.xx.2017-ci il tarixli 01-AGT000010724 saylı nisyə alqı-satqı müqaviləsinin və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavənin məzmunundan aydın olur ki, satıcı qismində çıxış edən "xxxx" MMC dəyəri 254 manat olan malı alıcı - Cavabdeh vermək, alıcı həmin malları qəbul etməklə, həmin malların qalıq dəyərini ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətində hər ay 17 manat aylıq ödəməyi öhdəsinə götürmüş; xx.xx.2017-ci il tarixli təhvil-təslim aktının məzmunundan aydın olur ki, 254 manat dəyərində olan Huawei G526 (İMEİ: **********7235) markalı mobil telefon adlı malı alıcıya təhvil verilmişdir. İş materiallarında olan, 01 mart 2022-ci il tarixli tələbin güzəşti barədə faktorinq müqaviləsindən görünür ki, faktor (İddiaçı MMC), borclu (Müştərinin ona qarşı pul tələbi olan şəxs) barəsində Müştərinin ("xxxx" MMC) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir (müştərini maliyyələşdirir), müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İşdə olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilənlərdən aydın olur ki, xx.xx.2016-ci il tarixli 01-AGT000008524 və xx.xx.2017-ci il tarixli 01-AGT000010724 saylı nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh xx.xx.2024-cü il tarixə X1 MMC-ə əsas borcu 348 manat, cərimə borcu 34 manat olmaqla, cəmi borcu 382 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 656-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, faktorinq müqaviləsinə tələblərin alğısatqısı və verilməsi haqqında müddəalar tətbiq edilir. Həmin Məcəllənin 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun. Həmin Məcəllənin 657.7-ci maddəsinə əsasən əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Beləliklə, işin faktiki halları bundan ibarətdir ki, İddiaçı MMC (faktor) ilə "xxxx" MMC oğlu (müştəri) arasında xx.xx.2022-ci il tarixdə faktorinq müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən faktor müştəriyə pul vəsaiti verməyi, müştəri isə borcluya (hazırkı halda Cavabdeh) qarşı olan pul tələbini faktora güzəşt etməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC oğlu (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2016-ci il və xx.xx.2017-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmış, satıcı dəyəri 260 manat və 254 manat olan əşyanı alıcıya nisyə satmağı, alıcı ilə həmin malları qəbul edib və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəyir. Həmin müqaviləyə ƏLAVƏ 1-ə əsasən, satıcı avadanlığı alıcıya təhvil verməyi, alıcı isə xx.xx.2016-cı il tarixli müqavilə üzrə 12 ay müddətinə aylıq 18 AZN, xx.xx.2017-ci il tarixli müqavilə üzrə isə 12 ay müddətinə aylıq 17 AZN məbləğində ödənişlər etməklə avadanlığın dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli Sazişə əsasən Rasim Qasımzadə Cavabdeh qarşı yuxarıda qeyd edilən nisyə alqı-satqı müqaviləsi üzrə cəmi 514 manat məbləğində pul vəsaitinin ödənilməsini tələb etmək hüququnu faktor qismində çıxış edən İddiaçı MMC-yə güzəşt etmişdir. Bununla da, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ iddiaçıya keçmişdir və xx.xx.2016 tarixli 01-AGT000008524 saylı və xx.xx.2017-ci il tarixli 01-AGT000010724 “X3 müqaviləsinə Əlavə 1” dən görünür ki, ilə həmin nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququnun satıcıdan İddiaçı MMC-yə güzəşt edilməsi barədə borclu Cavabdeh məlumatlandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi üzrə müqavilənin predmeti olan avadanlıq cavabdehə təhvil verilmiş (təhvil-təslim aktı işə əlavə edilmişdir), cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində avadanlığı əldə etməsinə, həmin malın dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin malın dəyərini vaxtında və lazımi qaydada ödəməkdən yayınmışdır. Bununla da, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə onun mülki hüquqi məsuliyyətinə əsas olan borc öhdəliyi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə borc öhdəliyinin yaranması, borc məbləği və həmin borc öhdəliyi üzrə tələb hüququnun faktorinq müqaviləsi əsasında iddiaçıya keçməsi halı aşkar olduğundan, iddia tələbi əsas borcun (348 manat) tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Bununla yanaşı, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü bəndinə əsasən, alıcı qalıq borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün, gecikdirilmiş borc məbləğinin 0.5 faizi həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 34 manat (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 10 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi çəkilmiş məhkəmə xərcini tutulması hissəsində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ödənilməmiş 348 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 358 manat borc pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 348 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 358 manat borc pul vəsaiti, 30 AZN məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-660/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-660/2024
12.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver