Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-67/2023 13.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «tərəflərin mənzilə olan payları bərabər müəyyən edilməklə, mənzilin kredit qalıq borcunun tərəflər arasında bərabər paylarda ödənişlərinin müəyyən edilməsi və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün birgə sərf edilən ilkin ödənilmiş 12.000 manat və tərəflər arasında nikahın ləğv edildiyi tarixədək ödənilmiş 15.714,20 manat aylıq ödəniş olmaqla, ümumilikdə 27.714,20 manat pulun tərəflərin paylarına uyğun bölünməsi, kredit kartına nikah pozulduqdan sonrakı tarixdə ödədiyi pul vəsaitinin 1/2 hissədə bölünərək həmin pul vəsaitinin yarı hissəsinin tutulması və ona ödənilməsi, yaşayış evinin tikintisinə sərf edilmiş pulun 1/2 hissəsinin və həmin torpaq sahəsinin 1/2 hissəsinin tutularaq ona ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə aldıqları Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilinə onun və Cavabdeh 1/2 hissədə olmaqla paylarının müəyyən edilməsi, mənzilin kredit qalıq borcunun tərəflər arasında bərabər qaydada ödənişlərinin müəyyən edilməsi və ödədiyi dövlət rüsumunun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2003-cü il tarixdə Cavabdeh ilə rəsmi şəkildə ailə qurmuşdur və birgə nikahlarından iki övladları olmuşdur. O zaman Əli hərbi xidmətçi olduğundan övladlarının bütün qayğısı onun üzərində olmuşdur. O, hər iki övladının məktəb-məişət işlərini təkbaşına həyata keçirmişdir. Övladlarının böyüyüb başa çatdığı müddətdə Cavabdeh ayda bir-iki dəfə mənzilə gəlmiş və yalnız qısa müddətdə mənzildə qalaraq, yenə hərbi hissəyə getmişdir. Həmin zaman o, tək qadın kimi bütün işləri – övladlarının məktəbə və hazırlıq kurslarına aparıb-gətirmək üçün vaxt imkanı məhdud olduğundan avtomobil almaq qərarına gəlmişdir. Bu barədə həm həyat yoldaşı Əli ilə, həm də atası Fərman müəllimlə məsləhətləşmişdir və belə qərara gəlmişlər ki, evinin məişət işlərini, övladlarının məktəbə və övladlarının məktəbə və hazırlıq kurslarına vaxtıvaxtında aparıb-gətirilməsini təmin etmək məqsədi ilə avtomobil almağı məsləhət görülmüşdür. Həmin vaxt atası avtomobilin kreditlə alındığı təqdirdə maddi köməklik göstərə biləcəyini bildirmişdir. xx.xx.2011-ci il tarixdə o, «KİA Cerato» markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili kreditlə almışdır və avtomobilin kredit pulunun çox hissəsi atası tərəfindən ödənilmişdir. Qeyd edir ki, birgə nikah dövründə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzilini ipoteka müqaviləsi əsasında almışlar. Belə ki, həmin mənzil 47.000 manata qiymətləndirilmiş və ilkin 12.000 manat nağd olmaqla ödəniş edilmişdir. Mənzilin digər hissəsi isə 1xx/xx/1222/12 saylı xx.xx.2012-ci il tarixdə mənzilin alğı-satqısı və ipoteka müqaviləsi əsasında "xxxx" KB tərəfindən ödənilmiş və hazırda ödənişlər davam edir. Belə ki, həyat yoldaşı Cavabdeh ilə "xxxx" KB arasında bağlanmış müqaviləyə əsasən illik 4 % olmaqla 26 il müddətinə 35.000 manat məbləğində kredit götürmüş və 1xx/xx/1222/12 saylı xx.xx.2012-ci il tarixli mənzilin alğı-satqısı və ipoteka müqaviləsi ilə ödənilmişdir. Kredit müqaviləsinə əsasən ödəniş cədvəli tərtib edilmiş və artıq uzun müddətdir ki, kredit ödənişləri edilmişdir. Birgə nikah dövründə aldıqları mənzil Cavabdeh adına xx.xx.2012-ci il tarixdə RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Eyni zamanda qeyd edir ki, mənzili aldıqdan sonra, mənzildə əsaslı təmir işləri görmüşlər və təmir işlərinə təxminən 30.000 manat vəsait sərf etmişlər. Cavabdehin ailəsinə səhlənkar və biganə münasibəti nəticəsində onların nikahları 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Eyni zamanda, birgə nikah dövründə, yəni xx.xx.2019-cu il tarixdə «KİA Cerato» markalı ** LP *** dövlət qeydiyyat nişanlı avtomobili alğı-satqı müqaviləsi əsasında almışdır. Həmin əmlakın (avtomobilin) 1/2 hissəsinin Cavabdeh ilə onun arasında paylarının müəyyən edilməsinə dair tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1139/2020 saylı qətnaməsi ilə təmin edilmişdir. Hazırda birgə nikah dövründə ipoteka ilə aldıqları mənzilin ödənilən hissəsinə 1/2 payların müəyyən edilməsi zəruridir. Həmçinin, ipoteka ilə yüklü edilmiş mənzilin qalıq dəyəri də tərəflər arasında 1/2 olmaqla ödənilməli və gələcəkdə mənzilin paylı mülkiyyət kimi sənədləşdirilməsi və mənzilin qalıq kredit borcunun tərəflər arasında bərabər sürətlə ödənişlərinin edilməsi müəyyən edilməlidir. Bununla əlaqədar o, Mediasiya Şurasına müraciət edərək, mübahisənin tərəflər arasında həll edilməsini xahiş etmişdir. Lakin Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli, MŞB/3-011120 saylı arayışda cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə hər hansı məlumat verməmişdir. Ona görə hesab edir ki, mübahisəli iş məhkəmə qaydasında həll edilməlidir. Cavabdeh İddiaçı qarşı «sərf olunmuş pulun bölünməsi, kredit kartına nikah pozulandan sonra ödənilən pulun bölünməsi, əmlakı dəyərinin müəyyən edilərək 1/2 hissəsinin İddiaçı onun xeyrinə tutulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi; ünvan 1 ünvanda yerləşən, 1xx/xx/1222/12 saylı, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün birgə sərf edilən 18.915 manat 20 qəpik pulun 1/2 hissədə bölünməsi; «X10» kredit kartına boşandıqdan sonrakı tarixdə ödədiyi 3.937 manat 99 qəpik məbləğində pulun 1/2 hissədə bölünərək 1.969 manat məbləğində pulun İddiaçı onun xeyrinə tutulması; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 300 m2 sahədə inşa olunmuş yaşayış evinin bu günkü dəyərinin və torpağın dəyərinin müəyyən edilərək 1/2 hissəsində olan pul məbləğinin İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2003-cü il tarixdə nikah bağlanmış və 2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları ləğv edilmiş, eyni zamanda birgə nikahdan doğulan iki övladları İddiaçı himayəsindən saxlanılmışdır. Bundan əlavə, birgə nikah dövründə alınmış «KİA Cerato» markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində İddiaçı xahiş etdiyi 1/2 hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmışdır. xx.xx.2022-ci il tarixə İddiaçı ilə birgə əmlakın bölünməsinə dair mediasiya sessiyası təyin edilmiş, lakin İddiaçı həmin prosesdə iştirak etməmişdir. Əliyeva X5 rayon Məhkəməsinə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ömrünü ordu sıralarına həsr etmiş, daim vətənin keşiyində dayanmış, xidməti yerindən asılı olmayaraq qarşıya qoyulan bütün tapşırıqları rəşadətlə icra etmiş və müxtəlif rayonlarda müxtəlif hərbi hissələrdə yüksək vəzifələrdə çalışmış şərəfli bir Azərbaycan zabitidir. O, hərbi hissələrin yaşayış şəhərciklərində olan ağır vəziyyətlə bağlı ailəsinin çətin şəraitdə yaşamasını istəmədiyi üçün ailəsini öz xidmət etdiyi hərbi hissələrin şəhərciklərinə aparmamış və onların çox daha rahat və gözəl güzəranda yaşaması üçün ömür boyu əlindən gələni etmişdir. Şəxsin hər-hansı əxlaqi keyfiyyətsiz davranışları, içkiyə bağlı olması, həyat yoldaşı və uşaqları ilə pis, nalayiq davranışı müşahidə edilməmiş və nə nikahın pozulması zamanı, nə əmlakın bölgüsü zamanı, nə də indi kimsə tərəfindən iddia belə edilməmişdir. Şəxs komandir vəzifələrində çalışdığı üçün və hərbi nizam qaydaları üzrə hər 5 ildən bir rotasiya ilə əlaqədar fərqli yerlərə köçməsi zərurəti olduğundan sırf övladları sıxlıqla məktəb dəyişməsin, təhsilləri və yoldaş çevrələri pozulmasın deyə övladlarının xoşbəxtliyi üçün onlardan ayrı qalmışdır. Şəxs heç bir zaman qarşı tərəfin iddia etdiyi kimi ailəsinə biganə yanaşmamışdır. Ailəsindən uzaq qalmasının tək səbəbi onların gözəl güzəranda yaşaması, övladlarının möhkəm təhsil və biliyə sahib olması arzusu olmuşdur. Hər iki övladının yüksək ballar toplayaraq ali məktəblərə daxil olması amili bunun ən bariz nümunəsidir. Belə ki, tərəflər artıq boşanmışlar və onların birgə yaşamaları mümkün deyildir. Hər biri artıq bekar insanlardır və gələcəkdə ayrı ailə həyatı qura bilərlər. Lakin İddiaçı tərəfindən verilmiş ilk iddianın mahiyyəti onu göstərir ki, ipoteka müqaviləsinin sonunadək tərəflər birgə kredit ödənişləri etməlidirlər. Daha sonra paylı mülkiyyət müəyyən edilməlidir. Bu hal, Cavabdeh birbaşa hüquqlarının pozulması halı deməkdir. Odur ki, tərəflər arasında olan mülkiyyət məsələsinə birdəfəlik aydınlıq gətirilməli, ipoteka üzrə ödənilmiş vəsait bölünməli və aşağıda qeyd edilən bütün məsələlər öz həllini tapmalıdır. Cavabdeh ünvan 2 ünvanda yerləşən əmlakı İddiaçı ilə birgə nikahda olduğu dövrdə almışdır. Mənzili "xxxx" KB ilə aralarında olan 1xx/xx/1222/12 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında, Cavabdeh hərbi qulluqçu olduğu üçün, imtiyazlı şəkildə, yəni illik 4 % olmaqla və ilkin olaraq Cavabdeh tərəfindən tək olaraq 12.000 manat ilkin ödəniş etməklə almışdır. Əmlak Cavabdeh adına reyestrdə ********** qeydiyyat nömrəsi və RX № ******* seriya nömrəsi ilə xx.xx.2012-ci il tarixdə qeydiyyata alınaraq çıxarış verilmişdir. Mənzilə alındığı tarixdən sonrakı müddətdə Cavabdeh şəxsi əmlakı olan 600 m2 olan sahəni etibarnamə əsasında 2013-cü il tarixdə X4 vasitəçiliyi ilə 10.000 manata satmışdır. Torpaq sahəsini satmaqda məqsədi isə ipoteka ilə alınmış olan evin təmir-bərpa işlərinə sərf etmək olmuşdur. Təmirbərpa işləri ilə əlaqədar 10.000 manat vəsait Cavabdeh tərəfindən sərf edilmişdir. Bu günə qədər ipoteka müqaviləsi əsasında kredit ödənişi üçün 24.672 manat 56 qəpik məbləğ ödənilmişdir. Bunun 18.915 manat 20 qəpik olan hissəsi birgə nikah dövründə edilən ödənişlərə daxildir. 5.757 manat 36 qəpik olan hissəsi isə Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulduqdan sonra Cavabdeh tərəfindən tək ödənilmişdir. İddiaçı tərəfindən verilmiş əmlakın bölünməsinə dair ilk iddiada qeyd edilmişdir ki, mənzilə ödənilən hissədə yarı payların müəyyən edilməsi zəruridir. Eyni zamanda qeyd etmək istəyirlər ki, Cavabdeh özünə mənsub olan xüsusi imtiyazlar sayəsində hazırki ipoteka müqaviləsi illik 4 % olmaqla hesablanmışdır. Məhkəmə bu amili də diqqətdə saxlamalıdır. Həmçinin, Cavabdeh adına olan «Kapital Bank»dan əldə olunmuş «X10» kredit kartını, 2018-ci il tarixdən nikahın ləğv edildiyi dövrdən sonrakı tarixə qədər İddiaçı istifadə etmiş və boşandıqdan sonrakı tarixə 3.937,99 manat məbləğində borc olmuş və bunu da Cavabdeh ödəmişdir. Məhkəmə bu məbləğin də 1/2 hissəsində 1.969 manat məbləğində pulun İddiaçı tutulub Cavabdeh ödənilməsi məsələsinə də baxmalıdır. Eyni zamanda, hələ birgə nikaha daxil olmazdan əvvəl Cavabdeh Bakı səhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli Sərəncamı əsasında yaşayış evinin tikintisi üçün 600,0 m2 torpaq sahəsini öz adına və Bakı səhəri Oaradağ rayonu İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli Sərəncamı əsasında yaşayış evinin tikintisi üçün 300.0 m2 torpaq sahəsini isə İddiaçı adına almışdır. Daha sonra Cavabdeh 600.0 m2 olan sahəni etibarnamə əsasında 2013cü il tarixdə X4 vasitəçiliyi ilə 10.000 manat məbləğə satmışdır. Torpaq sahəsini satmaqda məqsəd isə ipoteka ilə alınmış olan ünvan 2 ünvanda yerləşən evin təmir-bərpa işlərinə sərf etmək olmuşdur. Bununla evin dəyəri önəmli ölçüdə artırılmışdır. Həmçinin birgə nikah dövründə İddiaçı adına sərəncamla verilmiş 300.0 m2 sahədə 2 mərtəbədən ibarət və üstü mansarda olan 10x11 ölçülərində yeni ev Cavabdeh tərəfindən tikilmişdir. Bu tikilinin Cavabdeh ilə İddiaçı birgə nikah dövründə tikildiyinə dair sübutlar olaraq İddiaçı adından Qaradağ rayonu Lökbatan Bələdiyyəsinə ünvanlanmış məktubları və Bələdiyyənin cavabını təqdim edirlər. Həmçinin 2 mərtəbədən ibarət və üstü mansarda olan, 10x11 ölçülərində tikilən və tikintisi üçün toplamda 39.000 manatdan artıq pul sərf etdiyi evin foto şəkilləri də qarşılıqlı iddia ərizəsinə əlavə edilir. Bildirmək istəyir ki, Cavabdeh razılıq ərizəsi olmadan qanunsuz bir şəkildə Cavabdeh ilə İddiaçı birgə nikahda olduğu dövrdə torpaq sahəsini İddiaçı atası Fərman Şərafətdinova hələ aralarındakı nikah pozulmadan bağışlaması halını sonradan təxminən 4-5 ay olar ki, bilmişdir. Lakin Cavabdeh boşandıqdan xeyli müddət sonra, təxminən 2022-ci ilin əvvəllərində bu məsələdən xəbər tutmuşdur. Məhkəmə tərəfindən ekspertiza təyin edilərək evin və torpaq sahəsinin dəyərinin müəyyən edilməsi zəruridir. Əmlak üçün sərf edilmiş məbləğdə pulun yarısının 19.500 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh ödənilməsi məsələsinə də baxılmalıdır. Qeyd elmək lazımdır ki, evin tikintisini aparan memar X6 və ustaları Cavabdeh tərəfdən dəvət edilib və onların zəhmət haqları həmçinin tikintiyə sərf edilmiş bütün xərclər Cavabdeh tərəfindən şəxsən ödənilmişdir və bu hallara həmin şəxslər şahiddirlər. Sonradan, Cavabdeh Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən verilmiş ilkin iddianın rədd edilməsi; ünvan 1 ünvanda yerləşən, 1xx/xx/1222/12 saylı, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün ilkin ödənilmiş 12.000 manat və cavabdeh ilə iddiaçının ləğv edildiyi tarixədək ödənilmiş 15.714 manat 20 qəpik aylıq ödəniş olmaqla, ümumilikdə 27.714 manat 20 qəpik pulun 1/2 hissədə bölünməsi; «X10» kredit kartına boşandıqdan sonrakı tarixdə ödədiyi 3.937 manat 99 qəpik məbləğində pulun 1/2 hissədə bölünərək 1.969 manat məbləğində pulun İddiaçı onun xeyrinə tutulması; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 300 m2 sahədə inşa olunmuş yaşayış evinə çəkilmiş 39.000 manat pulun 1/2 hissəsinin, yəni 19.500 manatın İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, Cavabdeh izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2012-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzili Cavabdeh tərəfindən kreditor – ipoteka saxlayan "xxxx" KB QSC və satıcı X1 ilə bağladığı müqaviləyə əsasən 47.000 manata alınmışdır. Mənzilin dəyərinin 12.000 manatı ipoteka qoyanın özü tərəfindən, 35.000 manatı isə kredit müqaviləsinə əsasən bankdan alınmış kredit müqabilində ödənilməlidir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1346 saylı reyestr kitabının 122972 saylı vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 778 saylı reyestr kitabının 73678 saylı vərəqində qeydiyyata alınmışdır. - İddiaçı notariat kontoruna yazdığı 25 iyul 2013-cü il tarixli ərizədən görünür ki, o, Cavabdeh məxsus, Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən 600 m2 torpaq sahəsinin və üzərindəki evin özəlləşməsinə və satılmasına razı olduğunu, etirazının olmadığını bildirmişdir. - Bakı şəhəri 8 saylı Notariat Ofisinin 25 avqust 2022-ci il tarixli, 1728 saylı məktubundan, icra hakimiyyəti başçısının 07 yanvar 2000-ci il tarixli, 10 saylı sərəncamından, 09 fevral 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, əvəzsiz şəkildə İddiaçı xx.xx.2000-ci il tarixdə verilmiş 61 nömrəli sərəncam Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən deyil, Əzizbəyov rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir. Həmin sərəncam əsasında verilmiş torpaq sahəsi İddiaçı tərəfindən özəlləşdirilərək hüquqmüəyyənedici sənəd alınmış və İddiaçı tərəfindən Bakı şəhəri 8 saylı Notariat Ofisində atası X2 bağışlanmışdır. - Ödəniş kartı üzrə xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh adına olan X10 tipli kartdan tərəflərin nikahı pozulduqdan sonrakı dövrdə 3.937 manat 99 qəpik məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2023-cü il tarixli, 10/6944 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ünvanında yerləşən 0,03 ha olan torpaq sahəsində inşa edilən yarımçıq tikilinin inşası üçün hazırki bazar qiymətlərinə uyğun olaraq çəkilmiş xərcin ümumi dəyəri təqribən 34.468 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında fərdi yaşayış evinin inşası üçün alınmış tikinti materiallarına dair qaimələr və layihə-smeta sənədləri olmadığından, 2009-2011-ci illər üçün mövcud olan bazar qiymətlərinə uyğun çəkilmiş xərcin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ünvanında yerləşən 0,03 ha olan torpaq sahəsinin hazırda mövcud olan orta bazar qiyməti təqribən 27.000 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 24 iyul 2023-cü il tarixli G-07/23- 090 saylı rəyindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilən xərcin hazırki dövrə hesablanmış xərc 23.300 manat, 2009-2011-ci illərə görə 14.900 manat təşkil edir. Aparılmış qiymətləndirməyə görə haqq 400 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 32.1ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər xx.xx.2003-cü il tarixdə rəsmi şəkildə nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin ailə həyatı 2020-ci ildə nikahları məhkəmə qaydasında pozulanadək davam etmişdir. Yuxarıda qeyd olunan sənədlərdən göründüyü kimi, tərəflərin birgə nikahları dövründə: 1) Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 19 saylı evin 30 saylı mənzili əldə olunmuşdur, mənzil alğı-satqı və ipoteka müqaviləsinə əsasən alınmışdır, həmin mənzilə görə 12.000 manat ilkin ödəniş edilmiş, tərəflərin nikahları ləğv edildiyi tarixədək 15.714,20 manat olmaqla, cəmi 27.714,20 manat vəsait ödənilmişdir; 2) Tərəflərin nikahları ləğv edildikdən sonra Cavabdeh tərəfindən «X10» kredit kartına 3.937,99 manat məbləğində pul vəsaiti ödənilmişdir; 3) Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 300 m2 sahədə yaşayış evi inşa edilmiş və 34.468 manat pul vəsaiti sərf edilmişdir; 4) Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ümumi dəyəri 27.000 manat olan 0,03 ha torpaq sahəsi əldə olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı yuxarıda qeyd olunan torpaq sahəsini Bakı şəhəri 8 saylı Notariat Ofisində atası X2 bağışlayarkən, həmin torpaq sahəsinin üzərində tərəflərin birgə nikah dövründə ümumi gəlirləri hesabına inşa edilmiş fərdi yaşayış evi mövcud idi. Məhkəmə işə tam və obyektiv şəkildə baxılması üçün həmin fərdi yaşayış evinin inşa edilməsinə sərf edilən vəsaitin həcminin müəyyən edilməsi məqsədi ilə aidiyyatı məhkəmə ekspertizası təyin edərək, ekspert qarşısında cavablandırılması zəruri olan suallar qoymuşdur. Qeyd etmək lazımdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 300 m2 sahədə yaşayış evi inşa edilməsi üçün sərf edilən vəsaitin həcmi ilə bağlı həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, həm də "xxxx" MMC tərəfindən rəy verilmişdir. Ekspert rəylərində olan, yaşayış evi inşa edilməsi üçün sərf edilən vəsaitin həcmi bir-birindən fərqlidir və bu fərq nəzərəçarpacaq dərəcədədir. Məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi rəyi daha obyektiv, ağlabatan hesab edir. Çünki, evin yaşayış və qeyri-yaşayış sahəsi kiçik deyil, ev keyfiyyətli tikinti materialları istifadə edilməklə inşa edilmişdir, tikinti materialları bazarında, eləcə də tikinti işi aparan hüquqi və fiziki şəxslərin görülmüş iş həcminə görə tələb etdiyi zəhmət haqqında olan tendensiyalar nəzərə alındıqda, fərdi yaşayış evinin inşasına hazırki dövrə hesablanmış 23.300 manat, 2009- 2011-ci illərə görə 14.900 manat təşkil etməsi qeyri-mümkündür. Mübahisənin həllinə tətbiq edilməli olan, yuxarıda sadalanan Ailə və Mülki qanunvericiliyin maddi hüquq normalarının tələblərindən göründüyü kimi, qarşılıqlı iddia təmin edilməli: - Tərəflərin birgə nikahı dövründə əldə edilmiş və ünvan 1 ünvanda yerləşən 1xx/xx/1222/12 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün birgə sərf edilən ilkin ödənilmiş 12.000 manat və tərəflərin nikahının ləğv edildiyi tarixədək ödənilmiş 27.714,20 manat pul vəsaitinə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh pay hüquqları tanınmalı; - «X10» kredit kartına Cavabdeh İddiaçı ilə nikahları ləğv edildikdən sonrakı tarixdə ödədiyi 3.937,99 manat məbləğində pul vəsaitinin 1/2 hissəsini təşkil edən 1.969 manat məbləğində hissəsi İddiaçı tutularaq Cavabdeh ödənilməli; - Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 300 m2 sahədə inşa olunmuş yaşayış evinə çəkilmiş 34.468 manat məbləğində xərcin 1/2 hissəsinə Cavabdeh pay hüququ müəyyən edilərək həmin məbləğin 1/2 hissəsini təşkil edən 17.234 manatı İddiaçı tutularaq Cavabdeh ödənilməli; - Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ümumi dəyəri 27.000 manat olan 0,03 ha torpaq sahəsinin 1/2 hissəsini təşkil edən 13.500 manat məbləğində hissəsinə Cavabdeh pay hüququ müəyyən edilərək, həmin məbləğ İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. İlk iddia əsassız olduğundan təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 100 manat, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 188 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «tərəflərin mənzilə olan payları bərabər müəyyən edilməklə, mənzilin kredit qalıq borcunun tərəflər arasında bərabər paylarda ödənişlərinin müəyyən edilməsi və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması» tələbinə dair ilk iddiası rədd edilməli, ilk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Cavabdeh İddiaçı qarşı «ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün birgə sərf edilən ilkin ödənilmiş 12.000 manat və tərəflər arasında nikahın ləğv edildiyi tarixədək ödənilmiş 15.714,20 manat aylıq ödəniş olmaqla, ümumilikdə 27.714,20 manat pulun tərəflərin paylarına uyğun bölünməsi, kredit kartına nikah pozulduqdan sonrakı tarixdə ödədiyi pul vəsaitinin 1/2 hissədə bölünərək həmin pul vəsaitinin yarı hissəsinin tutulması və ona ödənilməsi, yaşayış evinin tikintisinə sərf edilmiş pulun 1/2 hissəsinin və həmin torpaq sahəsinin 1/2 hissəsinin tutularaq ona ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməli; tərəflərin birgə nikahı dövründə əldə edilmiş və ünvan 1 ünvanda yerləşən 1xx/xx/1222/12 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün birgə sərf edilən ilkin ödənilmiş 12.000 manat və tərəflərin nikahının ləğv edildiyi tarixədək ödənilmiş 27.714,20 manat pul vəsaitinə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh pay hüquqları tanınmalı; «X10» kredit kartına Cavabdeh İddiaçı ilə nikahları ləğv edildikdən sonrakı tarixdə ödədiyi 3.937,99 manat məbləğində pul vəsaitinin 1/2 hissəsini təşkil edən 1.969 manat məbləğində hissəsi İddiaçı tutularaq Cavabdeh ödənilməli; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 300 m2 sahədə inşa olunmuş yaşayış evinə çəkilmiş 34.468 manat məbləğində xərcin 1/2 hissəsinə Cavabdeh pay hüququ müəyyən edilərək həmin məbləğin 1/2 hissəsini təşkil edən 17.234 manatı İddiaçı tutularaq Cavabdeh ödənilməli; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ümumi dəyəri 27.000 manat olan 0,03 ha torpaq sahəsinin 1/2 hissəsini təşkil edən 13.500 manat məbləğində hissəsinə Cavabdeh pay hüququ müəyyən edilərək, həmin məbləğ İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci və 400 manat qiymətləndiriciyə ödənilməli olan xidmət haqqı ilk iddia üzrə İddiaçı aid edilməli, 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təqdim etdiyi hesaba, 400 manat qiymətləndiriciyə ödənilməli olan xidmət haqqı tutularaq "xxxx" MMCnin təqdim etdiyi hesaba ödənilməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 188 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «tərəflərin mənzilə olan payları bərabər müəyyən edilməklə, mənzilin kredit qalıq borcunun tərəflər arasında bərabər paylarda ödənişlərinin müəyyən edilməsi və iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun tutulması» tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat mediasiya xərci ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı «ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün birgə sərf edilən ilkin ödənilmiş 12.000 manat və tərəflər arasında nikahın ləğv edildiyi tarixədək ödənilmiş 15.714,20 manat aylıq ödəniş olmaqla, ümumilikdə 27.714,20 manat pulun tərəflərin paylarına uyğun bölünməsi, kredit kartına nikah pozulduqdan sonrakı tarixdə ödədiyi pul vəsaitinin 1/2 hissədə bölünərək həmin pul vəsaitinin yarı hissəsinin tutulması və ona ödənilməsi, yaşayış evinin tikintisinə sərf edilmiş pulun 1/2 hissəsinin və həmin torpaq sahəsinin 1/2 hissəsinin tutularaq ona ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Tərəflərin birgə nikahı dövründə əldə edilmiş və ünvan 1 ünvanda yerləşən 1xx/xx/1222/12 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında alınmış mənzil üçün birgə sərf edilən ilkin ödənilmiş 12.000 manat və tərəflərin nikahının ləğv edildiyi tarixədək ödənilmiş 27.714,20 manat pul vəsaitinə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh pay hüquqları tanınsın. «X10» kredit kartına Cavabdeh İddiaçı ilə nikahları ləğv edildikdən sonrakı tarixdə ödədiyi 3.937,99 manat məbləğində pul vəsaitinin 1/2 hissəsini təşkil edən 1.969 manat məbləğində hissəsi İddiaçı tutularaq Cavabdeh ödənilsin. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 300 m2 sahədə inşa olunmuş yaşayış evinə çəkilmiş 34.468 manat məbləğində xərcin 1/2 hissəsinə Cavabdeh pay hüququ müəyyən edilərək həmin məbləğin 1/2 hissəsini təşkil edən 17.234 manatı İddiaçı tutularaq Cavabdeh ödənilsin. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ümumi dəyəri 27.000 manat olan 0,03 ha torpaq sahəsinin 1/2 hissəsini təşkil edən 13.500 manat məbləğində hissəsinə Cavabdeh pay hüququ müəyyən edilərək, həmin məbləğ İddiaçı tutularaq Cavabdeh ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 50 manat ekspertiza xərci və 400 manat qiymətləndiriciyə ödənilməli olan xidmət haqqı ilk iddia üzrə İddiaçı aid edilsin, 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin təqdim etdiyi hesaba, 400 manat qiymətləndiriciyə ödənilməli olan xidmət haqqı tutularaq "xxxx" MMCnin təqdim etdiyi hesaba ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 188 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-67/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-67/2023
13.09.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver