Məhkəmə qərarları › İş №e-2(002)-67/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-67/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-67/2025 18.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC "Xalq" Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ASC "Xalq" Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, DKM/013N05A01262122 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, kreditor borcalana bu müqavilədə nəzərdə tutulmuş qaydada 48 ay müddətinə, 16 faiz dərəcəsi ilə, 10000 manat məbləğində kredit məbləğini verir, borcalan götürdüyü kredit məbləğini müqavilə ilə şərtləşdirilmiş qaydada kreditora verməyi, həmin müqaviləyə 1 saylı Əlavədən əks etdirilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh1 krediti 48 ay müddətinə hər ay 283.40 manat ödəməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. ASC "Xalq" Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə vahid kredit şərtlərinə əsasən bankdan kredit götürmüş Borcalan (Cavabdeh1) tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya laızmınca icra edilməsi üçün birgə məsuliyyəti zamin (Cavabdeh2) öz üzərinə götürmüşdür. Zamin kreditor qarşısında borc alanla birgə məsuliyyət daşıyır.

3. ASC "Xalq" Bankı tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə borcalan tərəfindən kredit müqaviləsi üzrə öz öhdəliklərinin pozulması nəticəsində Borcalanın Bank qarşısında xx.xx.2023-cü il tarixinə 9076 manat məbləğində ümumi borcu yaranmışdır ki, bunun 7526.26 manat kredit üzrə əsas borc məbləği, 1048.81 manatını kredit üzrə vaxtı keçmiş əsas borc məbləği, 470.44 manatını hesablanmış faizlər üzrə borc məbləği, 30.75 manat isə cərimə faizləri üzrə borc məbləği təşkil edir.

4. ASC "Xalq" Bankı tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilir ki, Cavabdeh1 xx.xx.2022-ci il tariхli, DKM/013N05A01262122 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan 8575.07 manat əsas borc üzrə, 1470.78 manat faiz borc üzrə, 209.52 manat cərimə borcu, cəmi 10255.37 manat borcu mövcuddur. İddia tələbi

5. İddiaçı ASC "Xalq" Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli DKM/013N05A01262122 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 8575,07 (səkkiz min beş yüz yetmiş beş manat 07 qəpik) manat məbləğində əsas borc, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 1 470,78 (bir min dörd yüz yetmiş manat 78 qəpik) manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 209,52 (iki yüz doqquz manat 52 qəpik) manat məbləğində penya,cəmi 10 255,37 (on min iki yüz əlli beş manat 37 qəpik) manat məbləğində pul vəsaitinin və qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 16 % (on altı faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 120,76 (bir yüz iyirmi manat 76 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh1 (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/013N05A01262122 №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 16 % (on altı faiz) ödənilməsi şərtilə 10 000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə İddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DKM/013N05A01262122/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixə Cavabdeh1 Kreditor qarşısında gecikdirilmiş borcu 10 045,85 (on min qırx beş manat 85 qəpik) manat təşkil edir ki, bunun da 8 575,07 (səkkiz min beş yüz yetmiş beş manat 07 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 1 470,78 (bir min dörd yüz yetmiş manat 78 qəpik) manat isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2024-cü il tarixinə bu məbləğ 209,52 (iki yüz doqquz manat 52 qəpik) manat məbləğində təşkiledir. Kredit müqaviləsi üzrəCavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 (Borc alan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh2 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2023-cü il tarixli İSM-XO- 18.8.2023-002 №-li Xəbərdarlığın və xx.xx.2023-cü il tarixli İSM-XO-5.9.2023-005 №-li Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş, müqavilənin ləğvi ilə bağlı cavabdehin iradə ifadəsi yoxdur. Cəmi məbləğ 10255.37 manatdır. Müqavilənin müddəti bitməyib. Cərimə və faiz müqaviləyə uyğun hesablanıb. Cavabdehlər 2022-ci ildə kredit müqaviləsi imzalasalar da, borcu gecikdirərək ödəmişdirlər. İddianın təmin edilməsini xahiş edir.

9. Cavabdeh1 işin məhkəmədə baxılmağa hazırlanması iclasında iştirak edərək borcunu ödəyə bilmədiyini, iddiaçı tərəfindən borcun məbləği düzgün hesablanmadığından iş üzrə ekspertiza keçirilməsini xahiş etmişdir.

10. Cavabdeh1 məhkəmə baxış iclasında teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

11. Cavabdeh2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

14. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma

15. İddia qismən əsaslıdır.

16. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, ASC "Xalq" Bankı ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli DKM/013N05A01262122 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 16% dərəcəsi ilə 10000 manat məbləğində kredit vermişdir, cavabdeh isə həmin krediti 48 ay müddətində aylıq ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün birgə məsuliyyəti öz üzərinə götürmüşdür.

17. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh1 isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmiş, iddia tələbinə dair etiraz və etirazın əsaslarına dair sübutlar təqdim etməmişdir. Bununla da, müqavilənin şərtlərini pozmuşdur.

18. Məhkəmə qeyd edir ki, borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli “Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələb” məktubunda kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna qədər olan borc məbləği tələb edilmiş, bununla da müqavilənin birtərəfli qaydada xitamı nəzərdə tutulmuşdur.

19. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında əks olunmuş mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

21. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixli pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilənin ləğvi barədə olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.

22. Bununla yanaşı , işin məhkəmə baxışına hazırlanması mərhələsində Cavabdeh1 borc məbləği ilə razı olmadığını bildirdiyindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9225 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 ilə ASC "Xalq" Bankı arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/013N05A01262122 saylı kredit müqaviləsi üzrə kreditora ödəməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2023-cü il tarixə (pretenziya) əsas borc üzrə 8606.99 manat, faiz borcu üzrə 434.16 manat.

24. Məhkəmə ekspert rəyini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək mötəbər sübut kimi qəbul edir.

25. Beləliklə qeyd edilən halları, eləcə də cavabdehlər tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas borc olaraq 8575.07 manat (iddia tələbindən kənara çıxmamaqla), faiz borcu olaraq 434.16 manat həddində (ekspertiza rəyinə əsasən) iddia tələbi qismən təmin edilməlidir.

26. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.

27. Tərəflər arasında bağlanmış müqavilənin 5.2 yarımbəndinə əsasən, borcalan tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətlərinin pozulmasına görə kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % dərəcəsi ilə cərimə faizləri hesablanır.

28. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmış və iddiaçı pretenziya məktubunda cərimə borcunun məbləğini (30,75 manat) müəyyən etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğdə cərimə borcunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini pozmur. Ona görə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində 30,75 manat həddində təmin edilməlidir.

29. Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli DKM/013N05A01262122 nömrəli kredit müqaviləsinin təminatı olaraq ASC "Xalq" Bankı ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsi üzrə sonuncu birgə məsuliyyət daşyan zamin qismində çıxış etdiyindən, həmin müqavilə üzrə iddianın təmin edilən hissəsi üzrə kredit müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşıyır.

30. Məhkəmə iddia tələbinin qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində onu qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında əks olunmuş mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

31. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, xx.xx.2023-cü il tarixli pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilənin ləğvi barədə olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Bu səbəbdən, həmin tarixdən sonra faiz və penya hesablanmasının əsasları olmadığından qeyd edilən hissələrdə iddia tələbi təmin edilə bilməz. Məhkəmə xərcləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 120.76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş rüsumun tələbin ödənilmiş hissəsinə uyğun olan 110.40 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məsrəfin tələbin təmin edilmiş hissəsinə uyğun olaraq 40 manat hissəsi isə cavabdehlərdən, 10 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə

34. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC "Xalq" Bankının xeyrinə xx.xx.2022-ci il tarixli DKM/013N05A01262122 saylı “Kredit müqaviləsi”nə əsasən yaranmış 8575.07 manat məbləğində əsas, 434.16 manat məbləğində faiz borcu, 30.75 manat cərimə borcu olmaqla, cəmi 9039.98 manat məbləğində borc, ödənilmiş 110.40 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 50 manat məsrəfin 10 manat hissəsi iddiaçı ASC "Xalq" Bankından, 40 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən işdə iştirak şəxslərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə” informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar