Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-713/2023 22.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 332135-1-30691 №-li kredit müqaviləsinə əsasən 01 dekabr 2022-ci il tarixə Banka borclu olduğu 3.541,10 (üç min beş yüz qırx bir manat 10 qəpik) manat məbləğində əsas borc, 399.90 (üç yüz doxsan doqquz manat 90 qəpik) manat məbləğində faiz borcu və 223.10 (iki yüz iyirmi üç manat 10 qəpik) manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 4.164,10 (dörd min bir yüz altmış dörd manat 10 qəpik) manat pul məbləğinin; - xx.xx.2022-ci il tarixli 332135-CNS-30694 №-li kredit müqaviləsinə əsasən 01 dekabr 2022-ci il tarixə Banka borclu olduğu 417,58 (dörd yüz on yeddi manat 58 qəpik) manat məbləğində əsas borc, 39.14 (otuz doqquz manat 14 qəpik) manat məbləğində faiz borcu və 27.95 (iyirmi yeddi manat 95 qəpik) manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 484,67 (dörd yüz səksən dörd manat 67 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 66,49 (altmış altı manat 49 qəpik) manat məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ona istehlak məqsədilə illik 23,5 % hesablanması şərti ilə 60 ay müddətinə 3.710,00 manat məbləğində və 19,5 % hesablanması şərti ilə 60 ay müddətinə 440,00 manat məbləğində kreditlərin verilməsini xahiş etmiş, yəni təkliflər (ofertalar) vermiş, Bank isə aksept etmişdir, yəni təkliflərini qəbul etmişdir. Cavabdeh kredit vəsaitlərindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2022-ci il tarixə: xx.xx.2022-ci il tarixli 332135-1-30691 №-li kredit müqaviləsi üzrə ümumilikdə 4.164,10 manat məbləğində; xx.xx.2022-ci il tarixli 332135-CNS-30694 №-li kredit müqaviləsi üzrə ümumilikdə 484,67 manat məbləğində borcu qalmışdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək xx.xx.2022-ci il tarixli 332135-1-30691 №-li Yenidən maliyyələşdirilən kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı ASC-yə müraciət etmiş və ona istehlak məqsədilə illik 23,5 % hesablanması şərti ilə 60 ay müddətinə 3.710,00 manat məbləğində; xx.xx.2022-ci il tarixli 332135-CNS-30694 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə Banka müraciət etmiş və ona istehlak məqsədilə illik 19,5 % hesablanması şərti ilə 60 ay müddətinə 440,00 manat məbləğində kreditlərin verilməsini xahiş etmiş, yəni təkliflər (ofertalar) vermiş, Bank isə aksept etmişdir, yəni təkliflərini qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ərizələrində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğlərdə kreditlər verilmiş və kredit vəsaitləri Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. xx.xx.2022-xx.xx.2022-ci il dövrünü əhatə edən hesabdan çıxarış məlumatlarından görünür ki, 332135-1-30691 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə Cavabdeh məxsus cari hesabın kredit hissəsinə xx.xx.2022-ci il tarixdə 3710 manat məbləğində pul vəsaiti daxil olmuş, müvafiq komissiyalar tutulduqdan sonra debet hissədən 3656,78 manat vəsait silinmiş, son dəfə xx.xx.2022-ci il tarixdə həmin hesaba 380 manat kredit ödənişi edilmişdir. Həmin hesabdan çıxarış məlumatlarından eyni zamanda görünür ki, 332135-CNS-30694 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə Cavabdeh məxsus cari hesabın kredit hissəsinə xx.xx.2022-ci il tarixdə 440 manat məbləğində pul vəsaiti daxil olmuş, müvafiq komissiyalar tutulduqdan sonra debet hissədən 420 manat vəsait silinmiş, son dəfə xx.xx.2022-ci il tarixdə həmin hesaba 47 manat kredit ödənişi edilmişdir. 332135-1-30691 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi”nə 1 №li Əlavə olan Ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3710 manat məbləğində kredit məbləğini 60 ay müddətində hər ay 105.64 manat ödəniş etməklə, ümumilikdə 6343.58 manat kredit məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. 332135-CNS-30694 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi”nə 1 №li Əlavə olan Ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 440 manat məbləğində kredit məbləğini 60 ay müddətində hər ay 11.54 manat ödəniş etməklə, ümumilikdə 692.20 manat kredit məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqlərindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 332135-1-30691 nömrəli kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli 332135-CNS-30694 nömrəli kredit müqaviləsi üzrə yaranan borcları 3 iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh 332135-1- 30691 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə əsas məbləğ üzrə borcu: 3541.10 manat əsas, 399.90 manat faiz, 223.10 manat cərimə borcu olmala, cəmi 4164.10 manat məbləğində borcu mövcuddur. Cavabdeh müqavilə üzrə öhdəliyi xx.xx.2022-ci il tarixdən icra etmir. xx.xx.2022-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh 332135-CNS- 30694 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə əsas məbləğ üzrə borcu: 417.58 manat əsas, 39.14 manat faiz, 27.95 manat cərimə borcu olmala, cəmi 484.67 manat məbləğində borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022ci il tarixdə kredit müqavilələri bağlanılmışdır, həmin müqavilələr etibarlıdır. Həmin müqavilələrə əsasən kreditin məbləği 3710 və 440 manat məbləğində müəyyən edilmiş, cavabdeh kredit məbləğini 60 ay müddətində ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda xx.xx.2022-ci il tarixli 332135-CNS-30694 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləği 417.58 manat əsas borc və 39.14 manat faiz borcu, xx.xx.2022-ci il tarixli 332135-1-30691 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləği 3541.10 manat əsas borc və 399.90 manat faiz borcu təşkil edir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək,borc öhdəliyinin aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış ərizə razılaşmanın məzmunundan görünür ki, hər tam və ya natamam 10 AZN üçün 0,05 AZN məbləğində gecikdirilmiş borc üzrə cərimə ödənilməsi barədə tərəflər razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cərimə borcunun iddia ərizəsində göstərilən məbləğləri, yəni 332135-1-30691 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə 230,10 manat və 332135-CNS-30694 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə 27,95 manat indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmadığından azaldılmalı və ilk müqavilə üzrə 150 manat, ikinci müqavilə üzrə 10 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə də, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Bundan başqa, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 66,49 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 66,49 manat dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 332135-1-30691 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə yaranmış 3541.10 manat məbləğində əsas, 399.90 manat məbləğində faiz, 150 manat cərimə borcu və 332135-CNS-30694 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə yaranmış 417.58 manat məbləğində əsas, 39.14 manat məbləğində faiz, 10 manat cərimə borcu, eləcə də ödənilmiş 66.49 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 332135-1-30691 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə yaranmış 3541.10 manat məbləğində əsas, 399.90 manat məbləğində faiz, 150 manat cərimə borcu olmaqla cəmi 4091 manat pul vəsaiti və 332135-CNS-30694 saylı, xx.xx.2022-ci il tarixli “Nağd pul krediti müqaviləsi” üzrə yaranmış 417.58 manat məbləğində əsas, 39.14 manat məbləğində faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 466,72 manat pul vəsaiti, eləcə də 66.49 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-713/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-713/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver