Məhkəmə qərarları › İş №e-2(002)-719/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-719/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-719/2023 16.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331039-CNS-26409 №-li “Nağd pul krediti müqaviləsi”nə əsasən 29 noyabr 2022-ci il tarixə sonuncunun Banka borclu olduğu 807,56 (səkkiz yüz yeddi manat 56 qəpik) manat məbləğində əsas borc, 83,13 (səksən üç manat 13 qəpik) manat məbləğində faiz borcu və 78,00 (yetmiş səkkiz manat 00 qəpik) manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 968,69 (doqquz yüz altmış səkkiz manat 69 qəpik) manat pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 (otuz manat 00 qəpik) AZN məbləğində dövlət rüsumunun və onun ödənilməsi üçün 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 331039-CNS-26409№-li “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədləri üçün illik 22 % (iyirmi iki faiz) hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 1.000,00 (bir min manat 00 qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 29 noyabr 2022-ci il tarixə ümumilikdə 968,69 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, həmin bildiriş cavabdehin ünvanına çatmadığından cavabdehlə telefon vasitəsilə əlaqə saxlanılaraq ona qarşı qaldırılmış iddia barədə məlumat verilmiş, cavabdeh borcunun ona məlum olduğunu və hər hansı etirazının olmadığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinin məzmunundan aydın olur ki, İddiaçı ASC 1000 AZN məbləğində kredit pul vəsaitini istehlak məqsədilə borcalan qismində Cavabdeh mülkiyyətinə verməyi, borcalan isə həmin kredit məbləğini illik 22 faiz dərəcəsi ilə 36 ay müddətində qaytarmağı öz öhdəsinə götürmüşdür. İşdə olan Kod 512383, ********* nömrəli kassa-məxaric orderindən görünür ki, Cavabdeh AZ26VTBA**********1039AZN001 nömrəli cari hesabdan 960 manat vəsaiti təhvil almışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə 1 №li Əlavə olan Ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1000 manat məbləğində kredit məbləğini 36 ay müddətində hər ay 38.20 manat ödəniş etməklə, ümumilikdə 1375.21 manat kredit məbləğini qaytarmağı öhdəsinə götürmüşdür. Ödəniş cədvəlində borclunun ödədiyi məbləğin hansı hissələrdə faiz borcuna və əsas borca hesablanacağı göstərilmişdir. Sözügedən kredit müqaviləsi üzrə xx.xx.2021-xx.xx.2022-ci tarixini əhatə edən, Cavabdeh aid hesabdan çıxarış məlumatlarından görünür ki, xx.xx.2021-ci il tarixdə bank hesabının kredit hissəsinə 1000 manat məbləğində pul vəsaiti daxil olmuş, müvafiq komissiyalar tutulduqdan sonra debet hissədən 960 manat vəsait silinmiş, son dəfə xx.xx.2022-ci il tarixdə həmin hesaba 41 manat kredit ödənişi edilmiş və borclu xx.xx.2022-ci ildən sonra ödəniş etməmişdir. İşdə olan maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas məbləğ üzrə borcu: 807.56 manat əsas, 83.13 manat faiz, 78 manat cərimə borcu olmala, cəmi 968.69 manat məbləğində borcu yaranmışdır. Cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq vərəqindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 331039-CNS-26409 nömrəli kredit müqaviləsi üzrə yaranan borcun 3 iş günü ərzində ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021ci il tarixdə nağd pul krediti müqaviləsi bağlanılmışdır, həmin müqavilə etibarlıdır. Həmin müqavilənin 2.8-ci bəndinə əsasən, bank 1000 manat məbləğində krediti 36 ay müddətində 22 faiz dərəcəsi ilə Cavabdeh verməyi, sonuncu isə krediti qaytarmağı və kreditdən istifadəyə görə illik faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.5-ci bəndinə əsasən, bu müqavilə üzrə ödənişin silinməsi növbəliliyi aşağıdakı kimidir: 1-ci – bu müqaviləyə əsasən borcun qaytarılması üzrə bank xərcləri, o cümldən məhkəmə xərcləri, 2-ci – borc məbləğinin gecikdirilməsinə görə cərimə (gecikmələr baş verdiyi halda), 3-cü - gecikdirilmiş faiz məbləği, 4-cü – gecidkirilmiş əsas borc məbləği, 5-ci – faiz məbləği, 6-cı - əsas borc məbləği. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmiş, bununla da, müqavilənin şərtlərini pozmuşdur. Hazırda müqavilə üzrə qalıq borc məbləği 807.56 manat əsas borc və 83.13 manat faiz borcu təşkil edir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, borc öhdəliyinin aşkar olduğunu əsas götürərək hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.4.6-cı bəndinə əsasən, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsindən irəli gələn dəbbə pulu və zərərin əvəzini bu Müqavilədə müəyyən olunan qaydada və şərtlərlə Banka ödəmək kredit alanın vəzifəsidir. Məhkəmə hesab edir ki, cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olduğundan və borclu öhdəliyin lazımınca icra edilməməsi üçün məsuliyyət daşıdığından iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. Həmçinin, iş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat, 0,40 manat məbləğində dövlət rüsumu və xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 807.56 manat məbləğində əsas, 83.13 manat məbləğində faiz, 78 manat cərimə borcu olmaqla, cəmi 968.69 manat məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 807.56 manat məbləğində əsas, 83.13 manat məbləğində faiz, 78 manat cərimə borcu olmaqla, cəmi 968.69 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinetdən) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar