Məhkəmə qərarları › İş №e-2(002)-73/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-73/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-73/2025 17.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə borcun tutulması barədə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3024.22 manat əsas, 0.01 manat faiz borcu olmaqla, cəmi 3024.23 manat kredit borcunun və ödənilmiş 50.25 manat dövlət rüsumunun və 0,8 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X8 arasında xx.xx.2020-ci il tarixli BPM**********11 nömrəli tam kart çərçivə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 20 %-lə, 32 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 142573 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir Təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş3024.22 manat əsas, 0.01 manat faiz borcu olmaqla, cəmi 3024.23 manat borcu qalmışdır. Cavabdehmərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraqona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-5523/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 50.25 AZN dövlət rüsumu və 0.80 AZN bank xidmət haqqı ödənilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, X3 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3086,71 manat kredit borcu və ödənilmiş 50.87 manat dövlət rüsumunun və 0,8 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9 məhkəmə iclasında izahatında qeyd etdi ki, hazırda tələb olunan məbləğ cavabdehin, yəni vərəsənin qanun üzrə şəhadətnaməsində qeyd olunanan məbləğdən çox olsa da bu vərəsəyə mərhumdan miras qalmış bütün əmlakın dəyərinin olduğuna dəlalət etmir. Belə ki, mərhumun siyahıya alınmamış miras əmlakı ola bilər, bu səbəbdən Konsititusiya Məhkəməsinin mövqeyinə görə əgər mərhumun əmlakı siyahıya alınmamışdırsa onda vərəsə ona qalmış miras qalmış əmlakın dəyərinin tələb olunan məbləğdən az olmasını sübut etməlidir. Bu səbəbdən hazırda cavabdeh-vərəsə tələb olunan məbləğin ona miras qalmış əmlakdan az olmasını sübut etməli olduğu halda heç bir hərəkət etməmişdir. Beləliklə, məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclaslarında izahatında iddia tələbini qəbul edərək, qeyd edir ki, mərhum onun anasıdır, anasından ona 1618 manat əmək haqqı miras qalmışdır. Tək uşaqdır. Anası xx.xx.2020-ci ildə vəfat etmişdir. Məbləği mübahisələndirmir və iddia tələbinə etiraz etməmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli BPM**********11 saylı Kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh mərhum X5 illik 20 %-lə, 32 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, X3 3024,22 manat əsas, 0,01 manat faiz borcu olmaqla, cəmi 3024,23 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-cu il tarixli məxaric orderindən görünür ki, Azərbaycan Beynəxalq Bankı” ASC tərəfndən X5 4950 manat məbləğində pul ödənilmşdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 142573 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 56 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X3 vərəsəsi-qızı- Cavabdeh 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisin müraciət etmiş və 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisində xx.xx.2021-ci il tarixli 2V/555 reyestr nömrəli Qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 3 saylı Bakı ASAN xidmət mərkəzinin notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci i ltarixli ərizədən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə ölmüş anası X3 vərəsəsi olaraq miras qalmış pul məbləğindən ona çatası qanun üzrə məcburi pay üzrə şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 45 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X6 bildirir ki, qızı- X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakdan ona düşən paydan nəvəsi Cavabdeh xeyrinə imtina etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü il tarixdə 13 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X7 arasında nikah xx.xx.1999-cu il tarixdə 08 nömrəli akt qeydi ilə bağlamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 atası X11, anası X4r. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X13 arasında nikah xx.xx.2020-ci il tarixdə 1473 nömrəli akt qeydi ilə bağlamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020ci il tarixdə vəfat etmiş X3 vərəsəsi-qızı- Cavabdehdır. O, miras əmlakdan tam 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak mərhumun adına ödənilməmiş 222,49 manat əmək haqqı,yekun haqqı-hesab-159,89 manat və orta aylı əmək haqqının 3 misli miqdarnda müavinət 1618,23 manat pul məbləğindən ibarətdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10604 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2020-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X3 xx.xx.2024-cü il tarixə əsas borcu üzrə- 3086,71 manat, faiz borcu üzrə- 0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 145 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı borcun tutulması məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində borcun tutulması borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsaən Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X8 arasında kredit müqaviləsi bağlanmış, X8 müqavilə üzrə öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, X3 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə ilə cavabdehə mərhumdan qalmış mirasın dəyəri iddia ərizəsi ilə tələb olunan məbləğdən az olsa da, Cavabdeh ona mərhum anasından miras qalmış başqa siyahıya alınmamış əmlakın olub-olmadığını sübut etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Həmçinin cavabdeh məhkəmə iclaslarında iddia tələbini qəbul edərək, tələb olunan məbləği mübahisələndirməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Cavabdeh mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın iddiaçı qarşısında olan öhdəlikləri icra etməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə iddia tələbi təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixdə ölmüş X3 vərəsəsi- Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3086,71 manat borc və 50,87(əlli manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu, habelə 80(səksən qəpik xidmət haqqı tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 3086,71(üç min səksən altı manat yetmiş bir qəpik) manat borc və 50,87(əlli manat səksən yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu, habelə 80(səksən qəpik xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar