Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-751/2024 07.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Pirverdi oğluna qarşı alimentin miqdarının dəyişdirilməsi və alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Pirverdi oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-645/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh oglundan 12 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X3 Cavabdeh oglu ilə 2010-cu ildə faktiki olaraq nikaha daxil olmuşdur. 12 sentyabr 2011-ci il tarixdə X4 adlı uşaqları anadan olmuş, Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə atalığın müəyyən olunmasına dair Şəhadətnamə, xx.xx.2012-ci il tarixdə doğum haqqında Şəhadətnamə verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-645/2012 saylı qətnaməsi ilə 19 mart 2012-ci il tarixdən başlayaraq Cavabdeh Pirverdi oğlunun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub 12 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetginlik yaşına çatanadək saxlanması üçün ona verilməsi qət edilmişdir. Bakı şəhəri Qaradag Rayon Məhkəməsinin mövcud qətnaməsi cavabdehin işdən cıxması səbəbindən icra edilməmişdir. Hal-hazırda cavabdeh fərdi əməklə məşğuldur və alimenti sabit pul məbləğində ödəyə bilər. Hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-645/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Cavabdeh Pirverdi oğlu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Pirverdi oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ İ N 198930 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Pirverdi oğlu xx.xx.2011-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/11/2023-02184 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məcburi mediasiya mərhələsindən keçmiş və 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-645/2012 saylı məhkəmə əmrinə əsasən 19 mart 2012-ci il tarixdən başlayaraq Cavabdeh Pirverdi oğlunun qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutulub 12 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı verilməsi əmr edilmişdir. Belə ki, Ailə Məcəlləsinin (bundan sonra - AM) 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması üçün aşağıdakı əsaslardan biri olmalıdır: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa; - valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideyinin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün deyilsə, çətinlik törədirsə və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozursa. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmçinin AM-nin 112.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Aliment verməyə borclu olan valideynin daimi qazancı və ya sair gəliri, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının iddiaçının və uşağın marağına uyğun olduğu müəyyən edilmədiyindən, uşağın saxlanması üçün müəyyən olunan alimentin miqdarı dəyişdirilməli və aliment hər ay ödənilməli olan sabit pul məbləğində tərəflərin razılığa gəldiyi həddə tutulmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sabit pul məbləğinin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşaqların tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, valideynlərin hər biri uşaqlarını saxlamağa borclu olduğu üçün iddia tələbi aliment hissəsində təmin edilərək Cavabdeh Pirverdi oğlundan aliment sabit pul məbləğində tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, № 8-2/2016 saylı Qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi ilə bağlı olduğundan, dəyişdirilmiş məbləğdə aliment qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. MPM-in 119.2-ci maddəsinə müvafiq olaraq iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Alimentin alınması barədə iddia üzrə isə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, qeyd edilən tələb üzrə 48 manat 20 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112.1.3-cü, 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(002)-645/2012 saylı məhkəmə əmri ilə 12 sentyabr 2011-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh Pirverdi oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Pirverdi oğlundan 12 sentyabr 2011-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İş üzrə ödənilməli olan 48 manat 20 qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməklə, Cavabdeh Pirverdi oğlundan alınaraq, dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-751/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-751/2024
07.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver