Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-774/2024 06.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış elektron qaydada (mobil tətbiq vasitəsilə) xx.xx.2022-ci il tarixli GTKR8876881A299 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC Cavabdeh 48 ay müddətinə illik 21 faiz dərəcəsi ilə 4735 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış elektron qaydada (mobil tətbiq vasitəsilə) xx.xx.2023-cü il tarixli BRCB9130712A299 saylı kredit xətti müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC Cavabdeh 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 720 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.
3. İddiaçı ASC tərəfindən borcluya ünvanlanmış 25 dekabr 2023-ci il tarixli pretenziya məktubuna əsasən, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, sizə 59 ay müddətina, 720 manat məbləğində Birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borc mablaği 719,23 manat, faiz borc məbləği 165,65 manat olmaqla, 884,88 manat məbləğində ümumi borcunuz, gecikmə günü 163 gün olmaqla 321,86 manat məbləğində gecikmə yaranmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, sizə 48 ay müddətinə, illik 21 faiz hesablanmaqla, 4735 manat məbləğində Gündəlik tələbat krediti verilmiş kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borc məbləği 4407,62 manat, faiz borc məbləği 590,82 manat olmaqla, 4998,44 manat məbləğində ümumi borcunuz, gecikmə günü 170 gün olmaqla 980,25 manat məbləğində gecikmə yarandığını bildirilmişdir. Borcun 3 iş günü ərzində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək borclu Cavabdeh təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
4. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə “Kapital Bank ASC-yə xx.xx.2022ci il tarixli GTKR8876881A299 saylı kredit müqaviləsinə əsasən 4407.62 AZN əsas; 590.82 AZN faiz; cəmi 4998.44 AZN, xx.xx.2023-cü il tarixli BRCB9130712A299 saylı kredit müqaviləsinə əsasən 719.23 AZN əsas; 165.65 AZN faiz; cəmi 884.88 AZN, ümumilikdə 5883.32 AZN məbləğində borcu yaranmışdır. İddia tələbi
5. İddiaçı Kapital Bank» ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTKR8876881A299 sayl ıkredit müqaviləsinə əsasən 4407.62 AZN əsas; 590.82 AZN faiz; cəmi 4998.44 AZN, xx.xx.2023-cü il tarixli BRCB9130712A299 saylı kredit kartına dair müqaviləyə əsasən 719.23 AZN əsas; 165.65 AZN faiz;cəmi 884.88 AZN, ümumilikdə 5883.32 AZN borcun və ödənilmiş 78.83 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2022-ci il tarixli GTKR8876881A299 saylı Kredit müqaviləsinə əsasən ona illik 21 faiz dərəcəsi ilə, 48 ay müddətinə 4735 AZN olan kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB9130712A299saylı kredit kartına dair müqaviləyə əsasən ona illik 27 faiz dərəcəsi ilə, 59 ay müddətinə 720 AZN olan kredit xətti ayrılmışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışı və hesabdan çıxarışdır. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yəxx.xx.2022-ci il tarixli GTKR8876881A299 saylı kredit müqaviləsinə əsasən 4407.62 AZN əsas; 590.82 AZN faiz;cəmi 4998.44 AZN, xx.xx.2023-cü il tarixli BRCB9130712A299saylı kredit kartına dair müqaviləyə əsasən 719.23 AZN əsas; 165.65 AZN faiz; cəmi 884.88 AZN, ümumilikdə 5883.32 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı ASC məhkəmə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini, hal-hazırda işsiz olduğu üçün ödəniş edə bilmədiyini bildirmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
10. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
12. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.
13. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
14. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
15. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
17. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
18. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
19. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
20. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
22. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma
27. İddia əsaslıdır.
28. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC-nin ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 21% dərəcəsi ilə 4735 manat məbləğində, xx.xx.2023-ci il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 59 ay müddətinə, illik 21% dərəcəsi ilə 4735 manat məbləğində kredit vermişdir, cavabdeh isə həmin krediti 27 ay müddətində aylıq ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan Cavabdeh isə hər iki müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
30. Bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda tərəflər arasında bağlanmış müqavilə üzrə bütün borcun yəni xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə 719.23 manat əsas borc, 165.65 manat faiz borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4407.62 manat əsas borc, 590.82 manat faiz borcu məbləğinin ödənilməsi tələb edilmişdir.
31. Məhkəmə adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.
32. Odur ki, məhkəmə qeyd edilən halları və Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılmasını əsas götürərək, eləcə də cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğ əsas borc üzrə xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə 719.23 manat əsas borc, 165.65 manat faiz borcu və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4407.62 manat əsas borc, 590.82 faiz borcu hissəsində iddia tələbi təmin edilməlidir.
33. Bununla yanaşı, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 78.83 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
34. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh borclu olduğu xx.xx.2022-ci il tarixli GTKR8876881A299 saylı kredit müqaviləsi üzrə 4407.62 manat əsas, 590.82 manat faiz borcu olmaqla, cəmi 4998.44 manat, xx.xx.2023-ci il tarixli BRCB9130712A299 saylı kredit müqaviləsi üzrə 719.23 manat əsas, 165.65 manat faiz borcu olmaqla, cəmi 884.88 manat, ümumilikdə 5883.32 manat pul vəsaiti və 78.83 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.
35. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR8876881A299 saylı kredit müqaviləsi üzrə 4407.62 manat əsas, 590.82 manat faiz borcu olmaqla, cəmi 4998.44 manat, xx.xx.2023-ci il tarixli BRCB9130712A299 saylı kredit müqaviləsi üzrə 719.23 manat əsas, 165.65 manat faiz borcu olmaqla, cəmi 884.88 manat, ümumilikdə 5883.32 manat pul vəsaiti və 78.83 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-in xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova