Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-779/2023 05.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2040 (iki min qırx) manat, faiz borcu üzrə 482.01 (dörd yüz səksən iki.01) manat, cəmi borcu 2522.01 (iki min beş yüz iyirmi iki.01) məbləğində borcun və ödənilmiş 46 (qırx altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin girov predmeti olan ümumi çəkisi 34.3 qram olan qızıl zinət əşyalarına yönəldilməsi, qızıl zinət əşyalarının açıq hərracdan satılması və əmlakın satılması nəticəsində əldə edilmiş vəsait hesabına İddiaçı ASC-yə olan 2522.01 (iki min beş yüz iyirmi iki.01) məbləğində borcun və 46 (qırx altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, MUĞANBANK” ASC ilə Cavabdeh arasında 05 iyul 2022-ci il tarixində LB/22/000/000497 saylı Kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə, illik 27 % (iyirmi yeddi) hesablanmaqla 2040 (iki min qırx) manat məbləğində kredit verilmişdir. Bundan başqa, əsas öhdəliyin icrasının təmini məqsədilə İddiaçı ASC ilə Cavabdeh arasında 05 iyul 2022-ci il tarixində G-LB/22/000/000497 saylı Girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 34.3 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. Lakin cavabdeh tərəfindən 05 iyul 2022ci il tarixində LB/22/000/000497 saylı Kredit müqaviləsinin şərtləri pozularaq, öhdəliklər icra edilmir. Belə ki, M/03-44 saylı 06 yanvar 2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin İddiaçı ASC-yə əsas borc üzrə 2040 manat, faiz borcu üzrə 482.01 manat, cəmi borcu 2522.01 manat təşkil edir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçırılməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış 05 iyul 2022-ci il tarixində LB/22/000/000497 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 27 % hesablanmaqla 2040 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 05 iyul 2022-ci il tarixli müqaviləyə əlavədən görünür ki, Cavabdeh iddiaçıya 24 ay müddətinə hər ay 110,94 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 05 iyul 2022-ci il tarixində G-LB/22/000/000497 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 34.3 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh borcu aşağıdakı kimidir: 2040 manat əsas, 482,01 manat faiz borc olmaqla, cəmi 2522,01 manat. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, Cavabdeh məhkəmə qaydasında girov predmetinə tutmanın yönəldulməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə xx.xx.2023-cü il tarixli 9/5971 nömrəli rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan ümumi çəkisi 34,3 qram olan qızıl-zinət əşyalarının (bir ədəd komplekt BTR 750 əyar-16,8 qram, 1 ədəd sep və qolbaq 583 əyar-17,5 qram) nəzəri qaydada real bazar qiyməti 3335,5 manat, likvid dəyəri isə 2478 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 271,98 manat və iddianın təmin tədbiri üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin mövqeyi: Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən Cavabdeh 05 iyul 2022-ci il tarixində LB/22/000/000497 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 27 faiz ödəmək şərti ilə 2040 manat məbləğində kredit verilmiş, cavabdeh isə iddiaçıya 24 ay müddətinə hər ay 110,94 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. 05 iyul 2022-ci il tarixində LB/22/000/000497 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi 05 iyul 2022-ci il tarixində G- LB/22/000/000497 girov müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, cavabdehin mülkiyyətində olan ümumi çəkisi 34.3 qram olan qızıl-zinət əşyaları girov predmeti kimi girov saxlayanın sahibliyinə verilmişdir.. Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq və ödəniş cədvəlləri üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi təmin edilməli, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, daşınar əmlaka tutma yönəldilməli və həmin qızıl-zinət əşyaları açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 05 iyul 2022-ci il tarixində LB/22/000/000497 saylı kredit müqaviləsi üzrə 2040 manat əsas, 482,01 manat faiz borcu olmaqla, cəmi 2522,01 manat, həmçinin, ödənilmiş 46 manat dövlət rüsumu tutulmalı, 05 iyul 2022-ci il tarixində LB/22/000/000497 saylı girov müqaviləsinə əsasən tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan ümumi çəkisi 34,3 qram olan qızıl-zinət əşyalarına (bir ədəd komplekt BTR 750 əyar-16,8 qram, 1 ədəd sep və qolbaq 583 əyar-17,5 qram) yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılmalı, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına 05 iyul 2022-ci il tarixində LB/22/000/000497 saylı kredit müqaviləsi üzrə 2040 manat əsas, 482,01 manat faiz borcu olmaqla, cəmi 2522,01 manat borc və ödənilmiş 46 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat məhkəmə xərci Cavabdeh tutularaq dövlət nəfinə ödənilməlidir. Tətbiq edilən hüquq normaları: AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC xeyrinə əsas borc üzrə 2040 (iki min qırx) manat, faiz borcu üzrə 482 (dörd yüz səksən iki) manat 01(bir) qəpik olmaqla, cəmi 2522 (iki min beş yüz iyirmi iki) manat 01(bir) qəpik məbləğində borc və ödənilmiş 46 (qırx altı) manat məbləğində dövlət rüsumu tutulsun. 05 iyul 2022-ci il tarixində LB/22/000/000497 saylı kredit müqaviləsinə əsasən tələb üzrə tutma girov predmeti olan ümumi çəkisi 34.3 qram olan qızıl zinət əşyalarına yönəldilsin. Ümumi çəkisi 34.3 qram olan qızıl zinət əşyaları açıq hərracdan satılsın. Hərracdan əldə olunan vəsait borcun ödənilməsinə yönəldilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-779/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-779/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver