Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-78/2025 09.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi ilə bank tərəfindən borcalana 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış, xx.xx.2017-ci il tarixli, ********* saylı xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə Əlavə Saziş № 1-dən görünür ki, 10230.31 ABŞ dolları məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir.
3. xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə 1 saylı Ödəniş cədvəlinə əsasən, Cavabdeh 11072.19 ABŞ dolları məbləğində krediti 48 ay müddətində, hər ay 142 ABŞ dolları ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürmüşdür.
4. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış borcu aşağıdakı kimidir: - cəmi borcu 20495.41 ABŞ dolları- bundan 10559.83 ABŞ dolları əsas, 3169.77 ABŞ dolları faiz, 5259.06 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 1506.75 ABŞ dolları.
5. LPO İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixinə LPO Banka 10559.83 ABŞ dolları məbləğində əsas borc, 3169.77 ABŞ dolları məbləğində faiz borcu, 5259.06 ABŞ dolları məbləğində cərimə borcu, AR MM-i 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 1465.59 ABŞ dolları faiz məbləği, ümumilikdə isə 20454.25 ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 20454.25 ABŞ dolları məbləğində borcun ödənilməsini 3 gün ərzində təmin edilməsi ondan tələb olunmuşdur.
İddia tələbi
6. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi borcu 20.495,41 (iyirmi min dörd yüz doxsan beş ABŞ dolları 41 sent) ABŞ dolları - bundan 10.559,83 (on min beş yüz əlli doqquz ABŞ dolları 83 sent) ABŞ dolları əsas, 3.169,77 (üç min bir yüz altmış doqquz ABŞ dolları 77 sent) ABŞ dolları faiz, 5.259,06 (beş min iki yüz əlli doqquz ABŞ dolları 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.506,75 (bir min beş yüz altı ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 194.53 (bir yüz doxsan dörd manat 53 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 13.000 (on üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 14.664,37 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödəməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 20.495,41 (iyirmi min dörd yüz doxsan beş ABŞ dolları 41 sent) ABŞ dolları təşkil edir. Bundan 10.559,83 (on min beş yüz əlli doqquz ABŞ dolları 83 sent) ABŞ dolları əsas, 3.169,77 (üç min bir yüz altmış doqquz ABŞ dolları 77 sent) ABŞ dolları faiz, 5.259,06 (beş min iki yüz əlli doqquz ABŞ dolları 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumqərarına əsasən hesablanmış 1.506,75 (bir min beş yüz altı ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu təşkil edir.
8. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. İddiaya etiraz
9. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddia tələbinə əsasən cəmi borc 20495.41 (iyirm min dörd yüz doxsan beş ABŞ dolları 41 sent) ABŞ dolları - bundan 10.559,83 (on min beş yüz elli doqquz ABŞ dolları BTsonT) ABŞ dollar əsas, 3.169,77 (üç min bir yüz altmış doqquz ABŞ dolları 77 sent) ABŞ dollar faiz, 5.259,06 (beş min iki yüz ǝiii doqquz ABŞ dolları 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü i) tarixli Plenum qərarına əsasən hesablanmış 1.506,75 (bir min beş yüz altı ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 194.53 (bir yüz doxsan dörd manat 53 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan 'DəmirBank" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Halbuki, iddiaçı iddia müddətlərini ötürmüş, bu azmış kimi borc məbləğini də süni surətdə şişirdərək məhkəməyə yalnış məlumat vermişdir. Belə ki, Dəmir Bank ASC-nin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehǝ "şəxsi istehlak" məqsədi ilə 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 13.000 on üç min) ABŞ dolları məbləğində kredil verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyihin qalıği (bundan sonra Restrukurrizasiya edilmiş kredit") 14.664,37 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Tərəfindən ödənişlər vaxtında edilsə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilmişdir. Bundan sonra o banka hər hansı ödəniş etmək imkanından məhrum olmuşdur. Belə ki, dəfələrlə banka getsə də ödənişi ondan qəbul edən olmamış, bankın ləğv edildiyi bildirilmişdir. Odur ki, iddiaçının guya ona dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar etmələri barədə gətirdikləri dəlillər əsassızdır və həqiqəti əks etdirmir. Fondu 22 dekabr 2017-ci il tarində bankın ləğvini bilsədə ona verilmiş kredit barədə qanunda Göründüyü kimi LPO "DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması nəzərdə tutulan tədbirləri görməməklə kobud pozuntulara yol vermişdir. Buna baxmayaraq, beş il sonra məhkəməyə müraciət edərək iddia müddətini ötürmüş və borc məbləğini süni surətdə ona qanunsuz 5.259,06 (beş min iki yüz ǝlli doqquz ABŞ dolları 06 sent) ABŞ dolları şişirtmiş, cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü i) tarixli Plenum qərarına əsasən hesablanmış 1.506,75 (bir min beş yüz altı ABŞ dolları 75 sent) ABŞ dolları müqavilədə nəzərdə tutulmayan əlavə faiz borcu hesablamışdır. Odur ki, hesab edir sözü gedən faiz və cərimə qanunsuz hesablanmışdır. Bundan başqa iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu borc məbləğini də süni sişirtmişdir. Odur ki hesab edir borc məbləğinin faiz və cərimə də daxil olmaqla düzgünlüyünün yoxlanması üçün müvafiq ekspertiza təyin edilməlidir. Həmçinin hazırkı iddia tələbinə iddia müddətləri tətbiq edilməklə iddia əriəsi rədd edilməlidir.
10. Cavabdeh etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.1-ci maddəsinə əsaslanmışdır.
11. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.
12. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbinə əsasən cəmi borc 20495.41 (iyirm min dörd yüz doxsan beş ABŞ dolları 41 sent) ABŞ dolları - bundan 10.559,83 (on min beş yüz elli doqquz ABŞ dolları BTsonT) ABŞ dollar əsas, 3.169,77 (üç min bir yüz altmış doqquz ABŞ dolları 77 sent) ABŞ dollar faiz, 5.259,06 (beş min iki yüz ǝiii doqquz ABŞ dolları 06 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü i) tarixli Plenum qərarına əsasən hesablanmış 1.506,75 (bir min beş yüz altı ABŞ dolları 75 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 194.53 (bir yüz doxsan dörd manat 53 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan 'DəmirBank" ASC-yə ödənilməsi xahiş olunmuşdur. Halbuki, iddiaçı iddia müddətlərini ötürmüş, bu azmış kimi borc məbləğini də süni surətdə şişirdərək məhkəməyə yalnış məlumat vermişdir. Belə ki, Dəmir Bank ASC-nin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehǝ "şəxsi istehlak" məqsədi ilə 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 13.000 on üç min) ABŞ dolları məbləğində kredil verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyihin qalıği (bundan sonra Restrukurrizasiya edilmiş kredit") 14.664,37 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Tərəfindən ödənişlər vaxtında edilsə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarına əsasən “DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin lisenziyası dekabrın 23-dən etibarən ləğv edilmişdir. Bundan sonra o banka hər hansı ödəniş etmək imkanından məhrum olmuşdur. Belə ki, dəfələrlə banka getsə də ödənişi ondan qəbul edən olmamış, bankın ləğv edildiyi bildirilmişdir. Odur ki, iddiaçının guya ona dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar etmələri barədə gətirdikləri dəlillər əsassızdır və həqiqəti əks etdirmir. Buna baxmayaraq, LPO İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 22 dekabr 2017-ci il tarixdə bankın ləğvini bilsədə ona verilmiş kredit barədə qanunda nəzərdə tutulan tədbirləri görməməklə iddia müddətini ötürmüş və yalnız beş il sonra məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə etmişdir.
14. İddiaçı LPO İddiaçı ASC məhkəmə ərizə ünvanlayaraq mülki işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul edərək, bank bağlandıqdan sonra oğlunun işsiz qaldığını, 2020-2023-cü illərdə ödəniş edildiyini və hissə-hissə ödəniş ediləcəyini bildirmişdir.
16. Cavabdeh X2 məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:
17. Məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 37-ci fəsli ilə bağlı 2023-cü il oktyabrın 1-dən əvvəl qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741 Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 743.1 Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 424.2 Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3 Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
448. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2 Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2024-cü il tarixli Qərarı: Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.
b) Əsaslandırma
21. İddia qismən əsaslıdır.
22. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üzrə mübahisənin həlli üçün ilk növbədə, tərəflər arasında baş vermiş mübahisənin qanuni əsası düzgün müəyyən edilməli, daha sonra iddiaçının subyektiv hüququ mövcud olduğu halda (Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarı) iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə qiymət verilməlidir.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında münasibət kredit müqaviləsindən irəli gələn öhdəlik olmaqla, onlar arasında bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının öhdəliklərin icrası ilə bağlı iddia irəli sürmək barədə subyektiv hüququnun mövcud olması aşkardır.
24. Mülki Məcəllənin 377.2-ci maddəsinin tələblərinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
25. İşin mübahisəsiz hallarına görə, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında imzalanmış, xx.xx.2017-ci il tarixli, ********* saylı Əlavə Saziş № 1 ilə, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 10230.31 ABŞ dolları məbləğində kredit borcu restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. İddia tələbi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən 3 illik iddia müddəti (xx.xx.2021-xx.xx.2024-ci il) ötürülməmişdir.
26. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ASC müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirsə də, borcalan tərəfindən müqavilədən irəli gələn öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir.
27. Müqavilədən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Odur ki, cavabdehin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində mülki qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən o, kreditor qarşısında məsuliyyət daşıyır.
28. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışnda cavabdehin xx.xx.2024-cü il tarixinə yaranmış borcu aşağıdakı kimi göstərilmişdir: - cəmi borcu 20495.41 ABŞ dollarıbundan 10559.83 ABŞ dolları əsas, 3169.77 ABŞ dolları faiz, 5259.06 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanana illik faiz dərəcəsi 1506.75 ABŞ dolları.
29. Borclu həmin məbləği mübahisələndirdiyi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmişdir.
30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/8119 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatlar və tərəflər arasında bağlanmış 21 iyul 2017-ci il tarixli, 2 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: müqavilə müddətinin bitdiyi tarixə yəni xx.xx.2021-ci il tarixə: əsas borc üzrə 10415.88 ABŞ dollar, faiz borcu üzrə 2685.37 ABŞ dolları. Pretenziya məktubunun göndərildiyi tarixə yəni xx.xx.2024cü il tarixə illik 5% hesablamaqla: əsas borc üzrə 10415.88 ABŞ dolları, faiz borcu üzrə 2685.37 ABŞ dolları, faiz borcu 5% ilə 1413.38 ABŞ dolları. Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablamaqla: əsas borc üzrə 10415.88 ABŞ dolları, faiz borcu üzrə 2685.37 ABŞ dolları, faiz borcu 5 faiz ilə 1445.21 ABŞ dolları.
31. Belə olan halda məhkəmə ekspert rəylərini işdə olan sənədlərlə birlikdə qiymətləndirərək qeyd edir ki, iddia tələbi əsas borc 10415.88 ABŞ dolları, faiz borcu 2685.37 ABŞ dolları və kredit müqaviləsi bitəndən sonra hesablanmış faiz borcu (illik 5 %) 1413.38 ABŞ dolları hesab edilməlidir.
32. İddia tələbinin borca görə hesablanmış cərimə (5259.06 ABŞ dolları) ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir.
33. Göründüyü kimi, bank tərəfindən borcluya cərimə hesablanması üçün əsaslar yaranmışdır. Lakin, məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə görə hesab edir ki, cərimə borcunun məbləği (5259.06 ABŞ dolları) ədalətli olmamaqla iddia tələbi cərimə borcunun tutulması hissəsində 200 ABŞ dolları həddində olmaqla qismən təmin edilməlidir.
Məhkəmə xərcləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0-cı maddəsinə görə, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun olaraq 194.53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 194.53 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 165.04 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.
34. MPM-in 107 və 119.2-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin apardığı, xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri olan 100 manat məsrəf iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 30 manat hissəsi iddiaçıdan, 70 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə
35. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 10415.88 ABŞ dolları əsas, 2685.37 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1413.38 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14,714.63 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) pul vəsaiti və 165.04 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçı LPO İddiaçı ASC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan, 100 manat məsrəfin ödənilmiş tələblərə uyğun, 30 manat hissəsi iddiaçı LPO İddiaçı ASC-dən, 70 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3; X1, VÖEN **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; MEM VÖEN **********; Hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova