Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-789/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli EF/23501/86 saylı kredit müqaviləsi üzrə 69.594,31 manat əsas borc, 10.759,89 manat faiz və 771,68 manat cərimə olmaqla, cəmi 81.125,88 manat pul vəsaiti və ödənilmiş 334 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması; yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədi ilə tələbin Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehlərin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda ipoteka predmeti olan mənzildə yaşayan şəxslərin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli e-2(002)- 789/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair mülki iş üzrə icraata «ipoteka predmeti olan mənzildə yaşayan şəxslərin əmlakdan çıxarılması və əmlakın boşaldılaraq banka təhvil verilməsi» tələbinə dair hissəsində xitam verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh3 arasında 19 may 2022-ci il tarixli L063/2022 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanmış 23 may 2022-ci il tarixli EF/23501/86 saylı kredit sazişinə əsasən 36 ay müddətinə illik 20 % olmaqla 87.750 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DƏDRX-nin xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evi Cavabdeh3 ilə bank arasında xx.xx.2022-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh3 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, bank tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2023-cü il tarixinə cavabdehin xx.xx.2022-ci il tarixli EF/23501/86 saylı kredit müqaviləsi üzrə banka 69.594,31 manat əsas borcu qalmış, 10.759,89 manat faiz və 771,68 manat cərimə hesablanmışdır. Həmçinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin kredit sazişinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh3 ilə birgə məsuliyyət daşıyırlar və kredit qaytarılması ilə bağlı Cavabdeh3 bütün öhdəliklərini icra etməlidirlər. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında 19 may 2022-ci il tarixli L063/2022 saylı kredit limitinin ayrılması haqqında müqavilə bağlanmışdır. Sonradan həmin kredit limitinin ayrılması haqqında müqavilə əsasında Cavabdeh3 ilə İddiaçı ASC arasında 23 may 2022ci il tarixli EF/23501/86 saylı kredit sazişi bağlanmışdır. Kredit sazişinə əsasən bank tərəfindən kredit alana 36 ay müddətinə illik 20 % dərəcəsi ilə 87.750 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh3 İddiaçı ASC-yə 69.594,31 manat əsas borc, 10.759,89 manat faiz və 771,68 manat cərimə olmaqla, cəmi 81.125,88 manat borcunun olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2024-cü il tarixli 9/4582 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində xx.xx.2022-ci il tarixli EF/23501/86 nömrəli kredit sazişi kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh3 xx.xx.2023cü il tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 69.060,54 manat, faiz üzrə 4.289,72 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh3 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh3 İddiaçı ASC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdələrinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 23 may 2022-ci il tarixli L063/2022 saylı alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, X3 özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evini kredit alan Cavabdeh3 satmış, Cavabdeh3 isə həmin torpaq sahəsini və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evini bank qarşısında olan kredit öhdəliyinin icrasının təmini üsulu kimi ipoteka ilə yüklü etdirmişdir. Müqavilənin 1.10-cu bəndinə əsasən ipoteka predmeti 135.000 manat həddində qiymətləndirilmişdir. İpoteka müqaviləsi qanunla müəyyən edilmiş qaydada təsdiq edilmişdir. 13 iyun 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinin ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 21 oktyabr 2024-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəyindən görünür ki, ipoteka predmeti olan mənzilin cəmi likvid qiyməti 189.000 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh3 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zaminləri xəbərdar etmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 334 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli EF/23501/86 saylı kredit müqaviləsi üzrə ekspert rəyinə əsasən 69.060,54 manat əsas borc, 4.289,72 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 73.450,26 manat pul vəsaiti və ödənilmiş 334 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı; tutma Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilməli; həmin daşınmaz əmlakın ilkin satış qiyməti 189.000 manat (torpaq sahəsinin likvid qiyməti 119.000 manat, tikililərin likvid qiyməti 70.000 manat olmaqla, cəmi likvid qiyməti 189.000 manat) müəyyən edilməli; əmlak açıq hərracda satılmalı; satışdan əldə olunmuş vəsait Cavabdeh3 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilməli; əmlakın satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılmalıdır. 100 manat ekspertiza xərci Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. 300 manat qiymətləndirmə xərci Cavabdeh3 tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Qeyd edilməlidir ki, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğin cavabdehə qaytarılmasına dair göstərişin qətnamədə yer alması, digər sözlə ifadə etdikdə məhkəmə tərəfindən qətnamənin icra qaydasının müəyyən edilməsi zəruridir. Çünki, ipoteka predmetinin satışından əldə ediləcək vəsaitin borcun ödənilməsindən sonra artıq qalacaq hissəsinin müqəddəratına müvafiq hüquqi qiymət verilməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Bu səbəbdən, Azərbaycan Respublikası MPM-in 220.6-cı maddəsinin tələbləri baxımından yuxarıda qeyd olunan göstəriş qətnamənin nəticə hissəsində yer almalıdır və bu, qətnamənin icrası üçün məqsədəuyğun olmaqla, iddia tələblərindən kənara çıxma kimi qiymətləndirilə bilməz. Qalan hissədə iddia təmin edilə bilməz. Belə ki, ekspert rəyindən də göründüyü kimi, xx.xx.2022-ci il tarixli EF/23501/86 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 69.060,54 manat əsas borcu var, müqavilə şərtlərinə görə hesablanmış və ödənilməmiş faiz 4.289,72 manat təşkil edir. Eləcə də, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli EF/23501/86 saylı kredit müqaviləsi üzrə ekspert rəyinə əsasən 69.060,54 manat əsas borc, 4.289,72 manat faiz və 100 manat cərimə olmaqla, cəmi 73.450,26 manat pul vəsaiti və ödənilmiş 334 manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh3 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və üzərində yerləşən 4 nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin daşınmaz əmlakın ilkin satış qiyməti 189.000 manat (torpaq sahəsinin likvid qiyməti 119.000 manat, tikililərin likvid qiyməti 70.000 manat olmaqla, cəmi likvid qiyməti 189.000 manat) müəyyən edilsin. Əmlak açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait Cavabdeh3 İddiaçı ASC-yə olan kredit borcunun ödənilməsinə yönəldilsin. Əmlakın satışından əldə olunan vəsait hesabına cavabdehin iddiaçı qarşısında öhdəlikləri icra edildikdən sonra qalan məbləğ Cavabdeh3 qaytarılsın. 100 manat ekspertiza xərci Cavabdeh3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 300 manat qiymətləndirmə xərci Cavabdeh3 tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-789/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-789/2024
04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver