Məhkəmə qərarları › İş №e-2(002)-794/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-794/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-794/2024 21.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi ilə, Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə Nəbiyev Viktor Carayeviç arasında bağlanmış xx.xx.2019-ci il tarixli BPM**********03 saylı kredit müqaviləsinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC Nəbiyev Viktor Carayeviçə 37 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2500 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsi Əlavə olan ödəniş qrafikindən görünür ki, qeyd edilən kreditin aylıq ödəniş məbləği 91.1 manat təşkil edir.

2. Bakı şəhər Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən, Nəbiyev Viktor Carayeviç xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

3. "xxxx" ASC Problemli kreditlərin hüquqi tətbiqi departamentinin məhkəmələrlə İş Şöbəsi tərəfindən verilmiş maliyyə arayışına əsasən, cavabdeh Nəbiyev Viktor Carayeviçin xx.xx.2023-cü il tarixə “Azərbaycan Beynəlxalq Bankı ASC-yə xx.xx.2019-ci il tarixli kredit müqaviləsinə əsasən 830.83AZN əsas; 1.85 manat faiz; cəmi 832.68 AZN məbləğində borcu yaranmışdır.

4. İşə əlavə edilmiş, xx.xx.2023-cü il tarixli 239№-li Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 45 saylı notariat ofisinin məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş Nəbiyev Viktor Carayeviçin vərəsələrinə 45 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, 2V-190 və 2V-191 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 45 Saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-190 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Nəbiyev Viktor Carayeviçin vərəsələri: şəhadətnamə verilən miras əmlak: Cavabdeh1 (arvadı), Cavabdeh3 (qızı), Cavabdeh4 (oğlu), Cavabdeh2 (qızı) və onların hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdırlar. Miras əmlakı: ƏMDK-in yanında DƏDRX-in Bakı şəhər ərazi İdarəsi tərəfindən xx.xx.2011 tarixdə Nəbiyev Viktor Carayeviçna verilmiş **********43-05101-093004 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.3 kv/m yaşayış sahəsi 30.1 kv/m yardımçı sahəsi 19.2 kv/m olan 2 otaqlı mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********TF76601 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1 ünvanında yerləşən mənzil yüklüdür.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 45 Saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-191 №-li Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş Nəbiyev Viktor Carayeviçin vərəsələri: şəhadətnamə verilən miras əmlak: Cavabdeh1 (arvadı), Cavabdeh3 (qızı), Cavabdeh4 (oğlu), Cavabdeh2 (qızı) və onların hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdırlar. Miras əmlakı: AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD782232 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTK**********0455 mühərrikin nömrəsi 2***- ******* və buraxılış ili 2003-cü il olan VAZ 2106 MİNİK markalı 99ZM981 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.

7. "xxxx" ASC tərəfindən Nəbiyev Viktor Carayeviçnın vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvanlanmış 6-2-22/2-34077/2023 nömrəli, xx.xx.2023cü il tarixli bildiriş vərəqəsinin surətindən görünür ki, yuxarıda adı çəkilən BPM**********96 nömrəli xx.xx.2019-ci il tarixli Kredit müqaviləsinə əsasən Nəbiyev Viktor Carayeviçin vərəsələrinin nağd kredit üzrə isə 830.83 AZN əsas borc və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Öhdəlik 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcək və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəmə qərarının çıxarılması xahiş olunacaqdır. İddia tələbi

8. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iddiaçı "xxxx" ASC-nin xeyrinə kredit borcu üzrə Banka ödənilməmiş borcu – 830.83 manat əsas borc, 1.85 manat faiz borcu olmaqla, cəmi 832.68 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə cavabdeh Nəbiyev Viktor Carayeviç arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********03 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcalan Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X4 Carayeviç xx.xx.2022-ci il tarixdəvəfat etmişdir. Bakı şəhəri 45 saylı Notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum Nəbiyev Viktor Carayeviçin xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ¼ hissədə pay almaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Miras əmlakı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.3 kv.m. yaşayış sahəsi, 30.1 kv.m., yardımçı sahəsi, 19.2 kv.m. olan 2 otaqlı mənzil və xx.xx.2020-ci il AD782232 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTK**********0455, mühərrikin nömrəsi 2***-******* və buraxılış ili 2003-cü il olan VAZ 2106 minik markalı ** ZM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Maliyyə arayışına əsasən, Nəbiyev Viktor Carayeviçinkredit borcu üzrə Banka ödənilməmiş borcu – 830.83 manat əsas borc, 1.85 manat faiz borcu olmaqla, cəmi 832.68 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Nəbiyev Viktor Carayeviçin vərəsələri kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 borcun qaytarılması haqqında tərəfimizdən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 832.68 manat olduğundan, tərəfimizdən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

10. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 445.1, 445.2.1, 449.4, 741-ci maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçı "xxxx" ASC-in nümayəndəsi X1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini müdafiə etdiklərini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir.

12. İddiaçı "xxxx" ASC məhkəmə baxışında ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

13. Cavabdeh3 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahat verərək borcunu qəbul etdiyini bildirmişdir.

14. Cavabdehlərə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

15. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

16. 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

17. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

18. 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir.

19. 424.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

20. 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

21. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

23. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

24. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

25. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

26. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

27. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

31. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı:

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. b) Əsaslandırma

35. İddia əsaslıdır.

36. Belə ki, işin mübahisəsiz halları bundan ibarətdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Nəbiyev Viktor Carayeviç arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən müqaviləyə əsasən cavabdehə 2500 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 37 ay müddətində illik 20 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 91.1 manat ödəniş etməklə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh Nəbiyev Viktor Carayeviç xx.xx.2022-ci il tarixində vəfat etmiş və onun vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 45 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli, 2V-190 və 2V-191 reyestr nömrəli “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmiş, eyni zamanda cavabdeh məhkəmə araşdırması zamanı tələbi qəbul etdiyini qeyd etmiş və son ödənişlərin nəzərə alınmasını xahiş etmişdir. "xxxx" ASC pretenziya qaydasına riayət edərək, mərhum Nəbiyev Viktor Carayeviçin vərəsələri cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İşdə olan sənədlərdən aydın olur ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtləri pozulmuşdur.

37. Beləliklə, borclunun vərəsələrinə ünvanlanmış pretenziya məktubunda 830.83 manat və müvafiq faizin tutulması tələb edilmişdir. Həmin məbləğ iddia ərizəsində göstərilən məbləğlə eynilik təşkil edir.

38. Məhkəmə yuxarıda adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə yaranmış gecikmə məbləğinin deyil, bütün borcun tutulması ilə bağlı olduğundan, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.

39. Odur ki, məhkəmə qeyd edilən halları və cavabdehlər tərəfindən iddia tələbinə dair heç bir etiraz, etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsi və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğu nəzərə alınaraq, eləcə də miras aktiv mənzil və nəqliyyat vasitəsindən ibarət olmaqla vərəsələrin ¼ payı müəyyən edildiyindən, vərəsələrin hər birinə düşən miras payı kreditorun tələbini əhatə etdiyindən iddia tələbi təmin olunmalıdır.

40. Mirasın açılma tarixinin xx.xx.2022-ci il olmasını nəzərə alaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli qərarına əsasən, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir....Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur....Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının məzmunundan aydın olur ki, vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

41. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

42. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada borclu olduğu 830.83 manat əsas, 1.85 mant faiz borcu olmaqla, cəmi 832.68 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

43. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 830.83 manat əsas, 1.85 mant faiz borcu olmaqla, cəmi 832.68 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar