Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-796/2022 25.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin (Ləğv prosesinədir) Cavabdeh qarşı «kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi » tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin (Ləğv prosesinədir) Cavabdeh qarşı «kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 59703,47 (əlli doqquz min yeddi yüz üç manat qırx yeddi qəpik) manat – bundan 49231,15 (qırx doqquz min iki yüz otuz bir manat on beş qəpik) manat əsas, 10389,55 (on min üç yüz səksən doqquz manat əlli beş qəpik) manat faiz, 82,77 (səksən iki manat yetmiş yeddi qəpik) manat cərimə borcunun və ödənilmiş 269,50 (iki yüz altmış doqquz manat əlli qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdehməxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 fərdi yaşayış evi və 0.066 ha torpaq sahəsinə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 129.LN.1501.221117.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 300 (üç yüz ay) ay müddətinə illik 8.00 (səkkiz) faiz ödənilmək şərti ilə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2017-ci il tarixli, 129.CL.221117.00001/a saylı İpoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdehməxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.6-cı bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********296 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh kredit üzrə cəmi borcu 59703,47 (əlli doqquz min yeddi yüz üç manat qırx yeddi qəpik) manat təşkil edir. Bundan 49231,15 (qırx doqquz min iki yüz otuz bir manat on beş qəpik) manat əsas, 10389,55 (on min üç yüz səksən doqquz manat əlli beş qəpik) manat faiz, 82,77 (səksən iki manat yetmiş yeddi qəpik) manat cərimə borcu təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin qalıq borcunun yarandığını, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin cavabdehə göndərildiyini, habelə dövlət qeydiyytaına alındığını, indiyədək borcun ödənilməsinin təmin edilmədiyini, ipoteka predmetinin likvid dəyərinin müəyyən eidlməsi ilə bağlı ekspert rəyi ilə razı olduqlarını, bu barədə ekspert rəyi ilə tanış olduqlarını, əmlkan likvid dəyərinin 85000 manat olması ilə razı olduqlarını bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək,iddia tələbini qəbul edərək, izahat verərək, öz izahatında iddia tələbi ilə razı olduğunu bu qədər qalıq borcunun olduğunu qəbul etdiyini, habelə ekspert rəyi ilə razı olduğunu, əmlakın likvid dəyərinin 85000 manat müəyyən edilməsi ilə razı olduğunu bildirərək, bu barədə məhkəməyə yazılı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli 129.LN.1501.221117.00001 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı bank tərəfindən borcalan Cavabdeh 300 ay müddətinə, aylıq faiz dərəcəsi 8% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 (əlli min) manat məbləğində kredit götürmüşdür. Ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdehn xx.xx.2017-ci il tarixli 129.LN.1501.221117.00001 №-li kredit müqaviləsi üzrə aylıq 385.91 manat ödəməklə, əsas məbləğə görə 50000 manat, 65537.76 manat faiz borcuna görə olmaqla, cəmi 115537.76 manat ödəməyi öhdəsinə götürmüşdür. Kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh tərəfindən 50000 manat məbləğində kredit təhvil alınmışdır. 129.CL.221117.00001/a N-li alqı-satqı və ipoteka müqaviləsinin məzmunundan görünür ki, xx.xx.2017-ci il traixli kredit müqaviləsi üzrə kreditin qaytarılmasına dair ööhdəliyin icrasının təminatı kimi Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 fərdi yaşayış evi və 0,066 ha torpaq sahəsi kreditin təminatı üçün ipotekaya qoyulmasına razılıq vermiş, ipoteka ilə yüklü edilmiş əmlak 95000 manat dəyərində qiymətləndiirlmişdir. Xəbərdarlıq vərəqəsinin məzmunundan görünür ki, iddiaçı LPO İddiaçı ASC tərəfindən borclu şəxsdən kredit müqaviləsi üzrə borcu öədnilməsi tələb eidlmiş, əks halda bununla bağlı məhkəməyə mürcaiət edilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh xəbərdarlıq edilmişdir. 17 sentyabr 2021-ci il tarixli İpoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması barədə ərizənin və məktubun məzmunundan görünür ki, iddiaçı bank tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və bildiriş qeydə alınmışdır. 1193054 № li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X1 məzmunundan aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 fərdi yaşayış evi -0,066 ha torpaq sahəi, 56,9 kv.m xüsusi mülkiyyət hüquq əsasında Cavabdeh məxsusdur, habelə xeyrinə hüquq yüklü edilən şəxs qismində AGBank Elmlər Filial, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti 300 ay, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas öhdəliyin icrasının təminatı qismində, qeydiyyat tarixi xx.xx.2017-ci il kimi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, 15 sentyabr 2021-ci il tarixə aid dövrə qədər Cavabdeh xx.xx.2017-ci il tarixli 129.LN.1501.221117.00001 saylı kredit müqaviləsi üzrə 49231.15 manat əsas borc, 10389.55 manat faiz borcu, 82.77 manat cərimə borcu olmaqla, cəmi 59703.47 manat borcu mövcuddur. "xxxx" MMC-in xx.xx.2022-ci il tarixli QXM A-210 nömrəli ekspert rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 fərdi yaşayış evinin (torpaq sahəsi daxil olmaqla) likvid dəyəri 85000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, Cavabdeh ilə iddiaçı bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən 50000 manat məbləğində kredit cavabdehin mülkiyyətinə verilmiş, cavabdeh isə həmin kredit məbləğini 300 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq hər ay 385.91 manat məbləğində ödəniş etməklə geri qaytarmağı öhdəsinə götürsə də, müqavilə üzrə öhdəliyini vaxtında yerinə yetirməmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, 15 sentyabr 2021-ci il tarixə aid dövr üçün cavabdehin müqavilə üzrə qalıq borcun məbləği əsas borc üzrə 49231.15 manat, faiz borcu üzrə 10389.55 manat təşkil edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, bu barədə yazılı ərizə təqdim etmişdir. Bu halda, məhkəmə müqavilə üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin borca görə hesablanmış cərimə borcunun məbləğinə münasibətdə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən hesablanmış cərimə borcunun məbləği indiyədək ödənilməyən əsas borcun məbləğinə mütənasib olmaqla, ədalətli olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində də təmin olunmalıdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 fərdi yaşayış evi və torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi;ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 36.3-cü maddəsinə əsaəsn ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə ərizənin daxil olduğu gündən 1 ay müddətində baxır və həmin mübahisələrin həllinə dair qətnamə və ya qərardad çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda, həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılır. Həmin qanunun 39.3.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsaəsn ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İpoteka haqqında Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən eidlməsi məsələsinə” dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını və müvafiq borc öhdəliyinin ipoteka predmetinin satışıdan əldə olunmuş vəsaiti hesabına ödənilməsini tələb edir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ipoteka haqqında qanunvericiliyin tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə müvafiq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən eidlməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) məhz xx.xx.2022-ci il tarixli ekspert rəyi əsas götürülməklə (hər iki tərəf qeyd edilən ekspert rəyi ilə razı olduğundan ) müəyyən edilməli, ipoteka predmetinin ilkin satış qiyməti 85000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehin müvafiq mənzildən çıxarılması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi halı qeyd olunan şərtlər mövcud olduqda ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsini 1 ay ərzində tərk etməsi üçün əsasdır , tərk etmədiyi halda qanunevriciliklə müəyyən edilmiş qayadada məcburi qayadada çıxarılma üçün əsasdır və bu norma imperativ norma kimi müəyyən edilmişdir. Bu halda, məhkəmə ipoteka haqqında qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, habelə hazırki mülki iş üzrə tutmanın ipoteka predemetinə yönəldilməsi halının müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi cavabdehin ipoteka predmeti olan yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində tərk etmədiyi halda, müvafiq mənzildən çıxarılma hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 269.50 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə mülki prosessual qnaunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması hissəsində də əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 17.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi yaranmış 49231.15 manat məbləğində əsas borcu, 10389.55 manat məbləğində faiz borcu, 82.77 manat cərimə borcu olmaqla, cəmi 59703.47 manat məbləğində borc, ödənilmiş 269.50 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməli, cavabdehdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 fərdi yaşayış evi və 0,066 ha torpaq sahəsinə yönəldilməli, ipoteka predmeti olan fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 85000 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan mənzilin satışı açıq hərrac yolu ilə realizə edilməli, həmin mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra Cavabdeh ipoteka predmeti olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi yaranmış 49231.15 manat məbləğində əsas borcu, 10389.55 manat məbləğində faiz borcu, 82.77 manat cərimə borcu olmaqla, cəmi 59703.47 manat məbləğində borc pul vəsaiti, ödənilmiş 269.50 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,066 ha olan torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi və torpaq sahəsi açıq hərrac yolu ilə realizə edilsin. Həmin Fərdi yaşayış evinin və torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh verilsin. Həmin Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi üçün kifayət etmədikdə, qalıq borcun məbləği Cavabdeh iddiaçı LPO “AGBANK “ ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,066 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 85000 (səksən beş min manat) manat müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0,066 ha olan torpaq sahəsinə tutma yönəldikdən və o, satıldıqdan sonra Cavabdeh həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-796/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-796/2022
25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver