Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-823/2022 20.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-in Cavabdeh oğluna qarşı “işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-in Cavabdeh oğluna qarşı “işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İşçi tərəfindən İşəgötürənə vurulmuş 3221.66 manat məbləğində maddi ziyan Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-də “Sürücü”vəzifəsində işə qəbul olunmuş və müxtəlif hüquqi və ya fiziki şəxslərlə Cəmiyyət arasında bağlanan “Daşıma” müqavilələrinə əsasən, Cəmiyyətin mülkiyyətində və ya istifadəsində olan yük nəqliyyat vasitələri ilə yüklərin daşımasını həyata keçirmək məqsədilə sürücü olaraq çalışmışdır. (Əsas: xx.xx.2021-ci il tarixli ərizə qoşmaya 3 saylı əlavə, əmək müqaviləsi – qoşmaya 4 saylı əlavə, vəzifə təlimatı – qoşmaya 5 saylı əlavə) Eyni zamanda cavabdehlə Cəmiyyət arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. (qoşmaya 6 saylı əlavə). İşin faktiki halı belə baş vermişdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdə Cəmiyyətə məxsus ** JV *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə əmək funksiyalarını yerinə yetirərkən Beyləqan rayonu ərazisində avtomobildə nasazlıq aşkarlamışdır. Təlimata uyun olaraq aşkarlanan nasazlıq barədə Cəmiyyətdə “baş dispetçer” vəzifəsində çalışan Namiq Alıyevə məlumat vermişdir. Namiq Alıyev cavabdehə nəqliyyat vasitəsini qəti olaraq idarə etməməyi, olduğu yerdə mühərriki söndürərək saxlamaq barədə göstəriş vermişdir. Lakin cavabdeh bir müddət gözlədikdən sonra nəqliyyat vasitəsinin mühərrikini işə salaraq hərəkətə başlamışdır. Bundan sonra avtomobilin mühərriki sıradan çıxmışdır. Nəticədə Cəmiyyətə 5000 manat zərər dəymişdir. Hadisə barədə cavabdeh xx.xx.2021-ci il tarixdə izahat vermişdir. (qoşmaya 7 saylı əlavə) İzahatında vurduğu zərəri etiraf etmişdir. Eyni zamanda dəymiş zərərin məbləği ilə da razılaşmış (qoşmaya 8 saylı əlavə) və onun hissə-hissə ödənilməsini xahiş etmişdir. Lakin sonra işçi heç bir xəbər vermədən işə gəlməmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehə Cəmiyyət tərəfindən rəsmi məktub göndərilərək işə çıxmamasının səbəbləri barədə məlumat verilməsi tələb edilmişdir. (qoşmaya 9 saylı əlavə ) Həmin tələbimiz də yerinə yetirilmədiyi üçün xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. (qoşmaya 10 saylı əlavə) Göstərilənləri nəzərə alaraq bildirmək istəyirik ki, xidməti vəzifələrini yerinə yetirən zaman cavabdeh tərəfindən İddiaçı MMC-yə 5000 manat miqdarında maddi ziyan dəymişdir. Həmin zərərin ödənilməsi məqsədilə cavabdehin ərizəsi əsasında __ ay müddətində onun əmək haqqından 1778.34 manat tutulmuşdur. Hazırda cavabdehin İddiaçı MMC-yə 3221.66 manat borcu qalmışdır. Azərbaycan RespublikasıƏmək Məcəlləsinin 199-cu maddəsinə əsasən həmin ziyanın əvəzi tam həcmdə ödənilməlidir.Qeyd edilən məbləğdə ziyan vurulması cavabdehin yazdığı izahatla təsdiq olunur. Bu halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, hazırki mülki iş üzrə cavabdeh onlara vurulmuş ziyanın məbləği ilə bağlı razı olmasına dair yazılı ərizəsi vardır, ona görə də hesab edirik ki, əlavə araşdırmaya ehtiytac yoxdur, bu baxımından da qüsur aktı hadisə olan vaxtı tərtib edilməmiş, qüsur aktı mövcud deyildir, qüsur aktına heç ehtiyac da yoxdur, cavabdeh özü bunu təsdiq edibdir, cavabdeh indi işdən çıxıb deyə boynuna almır, onun əmək haqqısından da 1778 manat pul tutulubdur, qalan məbləğ isə ödənilməyib, cavaddeh də özü işdən çıxmışdır, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, öz izahatında avtomobilin mühərriki deyil, yalnız bir hissəsi olan turbo-kompressor hissəsi zədələnmiş,buna səbəb isə onun hərəkətləri olmamış, onu necə müəyyən ediblər ki,həmin hissəsini o zədələyib, o zaman ona dedilər ki, sən hissə-hissə ödənilməsi barədə ərizə yaz, hər ay maaşından tutulsun, o da inanaraq o ərizəni yazmışdır, ancaq sonra heç bir ay keçmədi onu işdən çıxardılar, həmin hissə sürücünün səhvi ucbatından xarab olmur, o xarab olana kimi heç kim onu bilmir, o işdən çıxamasın deyə həmin ərizəni yazıb imzalamış, halbuki həmin hissəsin heç qiyməti o qədər deyil, onlar isə ondan 1700 manatdan çox pul tutublar, indi ondan nə istəyirlər, hansı əsasla ondan pul istəyirlər, həm işdən çıxardıblar, həm pul istəyirlər, heç o həmin hissə onun təqsiri ucbatından elə olmuyubdur, hadisə olan kimi tez onlara məlumat veridyini, onu kim bilə bilərdiki belə bir şey olacaq, olubdusa ona görə də ondan 1700 manatdan çox pul tutublar, işdən də çıxardıblar indi nə istiyirlər, məcbur qalıb işdə çıxartmasınlar deyə nə dedilər razı olub, işdən çıxartmasaydılar o pulu da tutacaqdılar, həm bir ay keçməmiş işdən çıxardıblar, həm də indi ondan pul istiyirlər, heç həmin hadisənin onun təqsiri ucbatından olmasını da araşdırmayıblar, özləri necə istəyib elə də müəyyən ediblər, heç kimin gəlib orada heç bir araşdırma aparmadıqlarını, heç bir sənəd hazırlamadıqlarını, elə özlərindən ərizə yazdırıb imzaladıb, idi də gəlib pul istəyirlər, bu nə dərəcədə düzgündür, ona görə də iddia tələbini qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin izahatını nəzərə alaraq, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki,Cavabdeh İddiaçı MMC-in direktoruna sürücü vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 032/100321 saylı əmək müqaviləsinin sürətindən görünür ki,Cavabdeh İddiaçı MMC-ə sürücü vəzifəsində işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli vəzifə təlimatının sürətindən görünür ki,sürücü Cavabdeh vəzifə təlimatı ilə tanış olmuşdur. İş materiallarında olan 032/2021 saylı tam maddi məsuliyyət haqqında müqavilənin sürətindən görünür ki,Cavabdeh tutduğu vəzifəyə uyğun olaraq işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşıması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli izahatından görünür ki,xx.xx.2021-ci il tarixdə Beyləqan ərazisində idarə etdiyi **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində nasazlıq aşkarlanmış,bu barədə baş dispetçer Namiq Əliyevə məlumat vermişdir.Namiq müəllim bildirmişdir ki,nəqliyyat vasitəsini saxlamağı,sürməməyi və Nazim Əliyevə məlumat verməyi bildirmişdir.Məlumat verdikdən sonra xəbər gəlmədiyi üçün yenidən avtomobili idarə etmişdir.Bir qədər getdikdən sonra avtomobildən tüstü qalxmışdır.Maşını söndürmək üçün mühərrikə gedən boruları kəşmiş və mühərrik sönmüşdür.Sonra evakuator xidməti gələrək maşını Xırdalana təmirə gətirdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki,Cavabdeh xx.xx.2021-ci ildə "xxxx" MMCə məxsus olan **-JV-*** yük maşınına görə 5000 manat ziyanla razı olduğunu,tam ödəməyə maddi imkanı olmadığını,aylıq əmək haqqından 300 manat tutulmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-c il tarixli 59 nömrəli əmrdən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasındaki əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194.1-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 199-cu maddəsinin a və b bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda və işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Qərarında qeyd eidlmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:- törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;- əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;- törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;- zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübutetmək öhdəliyini daşıyır. Belə ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona məxsus əmlakının mühərrikinin zədələnməsi nəticəsində ona 5000 manat məbləğində maddi ziyan vurulduğunu, bu halın cavabdehin hərəkətləri nəticəsində olduğunu, həmin məbləğdən 1778,34 manat məbləğin cavabdehin əmək haqqından tutulduğunu, cavabdeh işdən çıxdığından, qalıq ziyan məbləğinin ödənilmədiyindən, hazırda 3221,66 manat qalıq ziyan məbləğ olduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Cavabeh iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, avtomobilin mühərrikinin zədələndiyini qəbul etmədiyini,zədələnən hissəsinin mühərrikin turbo kompressor hissəsinin olduğunu, vurulmuş ziyan onun təqsiri ucbatından olmamış, bununla bağlı heç bir araşdırma aparılmamış, vurulmuş ziyanın məbləği ilə razı olmadığını, onun əmək haqından 1700 manatdan artıq pul tutulduğunu, vurulmuş ziyanın məbləğinin düzgün müəyyən edilmədiyini əsas gətirərək etiraz etmişdir. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomobil cavabdehin faktiki sahibliyində olmuş, avtomobildə yaranmış nasazlıq nəticəsində avtomobilin mühərrik sıradan çıxmışdır. İddiaçı avtomobilə vurulmuş ziyanın müəyyən eidlməsi ilə bağlı yeganə sübut qismində cavabdehin yazdığı izahat ərizəsinə istinad etmiş, cavabdehin təqsirli hərəkətləri nəticəsində avtomobilin hansı hissələrinin və hansı dərəcədə zədələnməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçı tərəfin sübut qismində istinad etdiyi cavabdehin izahat ərizəsi ilə bağlı onu qeyd edir ki, cavabeh qeyd edilən ərizənin işdən çıxmamaq üçün məcburiyyət altında qalaraq yazdığını ifadə etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, qeyd edilən ərizə o halda vurulmuş ziyanın məbləğinin müəyyən eidlməsi üçün sübut qismində çıxış edə bilərdi ki, bu hal tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən eidlmiş olardı və qarşılıqlı razılaşma indiki halda da aşkar olardı. Bundan əlavə, məhkəmə hesab edir ki,əmlaka vurulmuş ziyanın məbləği məhz bu sahədə xüsusi biliyi olan şəxslər-müətəxəssislər tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilməli olduğu halda, iddiaçı tərəfindən belə bir araşdırmanın aparılmasına dair heç bir sübut (qüsur aktı və ya digər sənəd) məhkəməyə təqdim edilməmişdir. Həmin ərizədə qeyd edilən vurulmuş ziyanın məbləğinin 5000 manat olmasının nəyin nəticəsi olaraq (hansı araşdırmanın nəticəsi olaraq ziyanın məbləği qismində müəyyən edildiyi) müəyyən edildiyi qeyd edilməmiş, habelə bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də indiki halda tərəflər arasında vurulmuş ziyanın məbləği ilə bağlı belə bir qarşılıqlı razılaşmanın olması halı müəyyən edilmədiyindən, qeyd edilən ərizə (hər hansı araşdırmanın nəticəsinə əsaslanmadığından) vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün mötəbər sübut qismində çıxış edə bilməz. İddiaçı tərəfindən isə qeyd edilən halla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekspertizanın keçirilməsi üçün zərrui olan tədqiqat nümunələri (qüsur aktı) təqdim edilmədiyindən,iş üçün əhəmiyyət kəsb edən həmin halların müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizanın keçirilməsi mümkün olmamış, baş vermiş hadisə nəticəsində avtomobilin hansı hissəsinin və hansı dərəcədə zədələnməsinin və ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Halbuki qeyd edilən halla dair sübut təqdim etmək və həmin halları sübut etmək vəzifəsi məhz iddiaçı tərəfin üzərinə düşür.İddiaçı tərəf isə qeyd edilən halla (avtomobilin hansı hissəsinin və hansı dərəcədə zədələnməsi) bağlı heç bir sənədin (qüsur aktı və digər) olmadığını bildirmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə vurulmuş ziyanın məbləğinin yalnız xüsusi bilik əsasında mütəxəssis (ekspert) rəyi əsasında müəyyən eidlməsi mümkün olduğundan, iddiaçı tərəfindən isə müvafiq ekspertizanın keçririlməsi üçün zərrui olan sənədlərin (qüsur aktı və digər) təqdim eidlmədiyindən, habelə hazırda da həmin sənədlərin iddiaçı tərəfindən təqidm edilməsinin qeyr-mümkün olduğundan, hazırki mülki iş üzrə MPM-nin 97.5-ci maddəsinin tələbinin tətbiq eidlməsi üçün əsas vardır.Başqa sözlə, iddiaçı tərəfindən vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün (habelə bununla bağlı müvafiq ekspertizanın keçirilməsi üçün) zəruri olan heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Halbuki, bu iddiaçının vəzifəsi olmuşdur. Ona görə də məhkəmə qeyd eidlən halları əsas götürərək, hesab edir ki, iddiaçı tərəfindən qüsur aktı və ya avtomobilin hansı hissəsinin, hansı dərəcədə zədələnməsinə dair hər hansı sənəd təqdim edilmədiyindən, iddiaçıya məhz 5000 manat məbləğdə ziyan vurulması və qalıq məbləğin 3221.66 manat ziyan məbləği olması halının müəyyən edilməsi mümkün olmadığından, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Həmçinin, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iddiaçılar tərəfindən ödənilmiş 2,30 manat dövlət rüsumu özünə aid edilməlidir. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərk, hesab edir ki, İddiaçı MMC-in Cavabdeh oğluna qarşı “işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” iddia tələbi təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-in Cavabdeh oğluna qarşı “işçinin təqsiri üzündən işəgötürənə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” iddia tələbi təmin edilməsin. Ödənilmiş 2.30 (iki manat 30 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-823/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-823/2022
20.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver