Məhkəmə qərarları › İş №e-2(002)-829/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-829/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-829/2025 18.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2024-ci il tarixli GTZK9259471B208 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC Cavabdeh 48 ay müddətinə illik 18.9 faiz dərəcəsi ilə 13400 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.

2. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiq vasitəsilə) bağlanmış xx.xx.2024-ci il tarixli BCBS8177014B208 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC Cavabdeh 58 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 10000 AZN məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini şərtləşdirilmiş qaydada geri qaytarmağı öhdəsinə götürmüşdür.

3. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə “Kapital Bank ASC-yə xx.xx.2024-cü il tarixli GTZK9259471B208 saylı kredit müqaviləsinə əsasən 13400 AZN əsas, 1199.67 AZN faiz, cəmi 14599.67 AZN borcu, xx.xx.2024-cü il tarixli BCBS8177014B208 saylı müqaviləsinə əsasən 5000 AZN əsas, 693.67 AZN faiz, cəmi 5693.67 AZN, ümumilikdə 20293.34 AZN borcu yaranmışdır.

4. İddiaçı ASC tərəfindən borcluya ünvanlanmış 17 dekabr 2024-cü il tarixli 8-1160- 16/MH34778 nömrəli pretenziya məktubunda göstərilir: xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, ona 48 ay müddətinə, illik 18.9 faiz hesablanmaqla, 13400 manat məbləğində Gündəlik tələbat krediti verilmiş və bu kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 13400 manat, faiz borc məbləği 1199.67 manat olmaqla, 14599.67 manat məbləğində ümumi borcu, gecikmə günü 93 gün olmaqla, 1959.42 manat məbləğində gecikmə yaranmışdır. xx.xx.2024-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, ona 58 ay müddətinə, 10000 manat məbləğində Birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc məbləği 5000 manat, faiz borc məbləği 693.67 manat olmaqla, 5693.67 manat məbləğində ümumi borcu, gecikmə günü 99 gün olmaqla 1335.04 manat məbləğində gecikmə yaranmışdır. Qarafikə uyğun ödəniş aparmadığınız üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi Sizdən tələb olunur. tam borc məbləğinin ödənilməsini 3 təqvim günü ərzində təmin etməyiniz xahiş olunur. Əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barənizə müvafiq tədbirlər görüləcəkdir. İddia tələbi

5. İddiaçı İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx/xx/2024-cü il tarixli GTZK9259471B208 saylı kredit müqaviləsinə əsasən 13400 AZN əsas; 1199.67 AZN faiz; cəmi 14599.67 AZN borcu, xx/xx/2024-cü il tarixli BCBS8177014B208 saylı müqaviləsinə əsasən 5000 AZN əsas; 693.67 AZN faiz; cəmi 5693.67 AZN, ümumilikdə 20293.34 AZN borcun və ödənilmiş 150.88 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2024-cü il tarixli GTZK9259471B208 saylı Kredit müqaviləsinə əsasən onun kartına 48 ay müddətinə, illik 18.9 faiz dərəcəsi ilə 13400 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsait filialdan əldə edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2024-cü il tarixli BCBS8177014B208 saylı Kredit müqaviləsinə əsasən onun kartına 58 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 10000 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq kart filialdan əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqavilələri, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığı Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx/xx/2024-cü il tarixli GTZK9259471B208 saylı kredit müqaviləsinə əsasən 13400 AZN əsas; 1199.67 AZN faiz; cəmi 14599.67 AZN borcu, xx/xx/2024-cü il tarixli BCBS8177014B208 saylı müqaviləsinə əsasən 5000 AZN əsas; 693.67 AZN faiz; cəmi 5693.67 AZN, ümumilikdə 20293.34 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad etmişdir.

8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq məhkəmə iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması xahiş edilmişdir.

10. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbin qanuni əsası:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

13. İddia qismən əsaslıdır.

14. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır, həmin müqavilə etibarlıdır. İddiaçı bank tərəfindən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə 13400 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 48 ay müddətində illik 18.9 faiz dərəcəsi ilə iddiaçı banka hər ay 399.95 manat və xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən cavabdehə 10000 manat kredit verilmiş, cavabdeh qeyd edilən məbləğdə kredit məbləğini 58 ay müddətində illik 22.9 faiz dərəcəsi ilə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh hər iki müqavilə üzrə öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan qalıq kredit borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da, o, müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh etiraz və etirazın əsaslarında dair sübutları təqdim etməmiş, bank tərəfindən tələb edilən məbləğlə razılaşmaması və müvafiq ekspertizanın keçirilməsinə dair vəsatətlə müraciət etməmişdir.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

16. Məhkəmə yuxarıda adı çəkilən Plenum Qərarının tələblərini nəzərə alaraq qeyd edir ki, bank tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunda kreditorun iradə ifadəsi müqavilənin ləğvi barədə olmuş və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış 13400 manat əsas, 1199.67 manat faiz, 14599.67 manat və xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış 5000 manat əsas, 693.67 manat faiz, 5693.67 manat borcunun ödənilməsi tələb edilmişdir. Göründüyü kimi həmin pretenziya məktubunda kreditor bankın iradə ifadəsi müqavilə üzrə bütün borcun tutulması, yəni müqavilənin ləğvi ilə bağlı olduğundan məhkəmə hesab edir ki, pretenziya məktubunun göndərilməsi tarixindən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir.

17. Odur ki, məhkəmə qeyd edilən halları və Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilənin ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan öhdəliklər xətm edilmiş sayılmasını əsas götürərək, eləcə də, cavabdeh tərəfindən iddia tələbinə dair heç bir etiraz və etirazın əsaslarına dair heç bir sübutun məhkəməyə təqdim edilməməsini və cavabdehin kredit müqaviləsi üzrə yaranmış borcunun aşkar olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğlər, yəni 13400 manat əsas, 1199.67 manat faiz borcu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə pretenziya məktubunda göstərilən məbləğlər, yəni 5000 manat əsas, 693.97 manat faiz borcu həddində iddia tələbi təmin edilməlidir.

18. Bununla yanaşı, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 150.88 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli GTZK9259471B208 saylı kredit müqaviləsi üzrə 13400 manat məbləğində əsas borc, 1199.67 manat məbləğində faiz borcu, xx.xx.2024-cü il tarixli BCBS8177014B208 saylı kredit müqaviləsi üzrə 5000 manat məbləğində əsas borc, 693.67 manat məbləğində faiz borcu olmaqla, cəmi 20293.34 manat məbləğində borc və ödənilmiş 150.88 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

20. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli GTZK9259471B208 saylı kredit müqaviləsi üzrə 13400 manat məbləğində əsas borc, 1199.67 manat məbləğində faiz borcu olmaqla cəmi 14599,67 manat; xx.xx.2024-cü il tarixli BCBS8177014B208 saylı kredit müqaviləsi üzrə 5000 manat məbləğində əsas borc, 693.67 manat məbləğində faiz borcu olmaqla, cəmi 5693,67 manat pul vəsaiti və ödənilmiş 150.88 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar