Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-86/2025 01.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 009776 №-li zərər aktına əsasən, **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC PROCİTY AVTOBUS” markalı avtobusa ümumilikdə 852.20 manat zərər dəymişdir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X5 İXP xx.xx.2024-ci il tarixli ******* №li inzibati xəta haqqında protokolun məzmunundan görünür ki, Cavabdeh barəsində İXM-nin 338.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmiş, X1 tərəfindən imza edilmişdir. İddia tələbi
3. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 852,20 (səkkiz yüz əlli iki manat, 20 qəpik) manat maddi zərər məbləğinin 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 882,60 (səkkiz yüz səksən iki manat, 60 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində Cavabdeh İddiaçı MMC-yə məxsus **-JU-*** DQN-lı “BMC PROCİTY AVTOBUS” markalı avtobusda sərnişin qismində olarkən dayanacaqdan kənarda saxlamaq tələbinın avtobus sürücüsü tərəfindən yerinə yetiurilmədiyinə görə öz şəxsi ambisiyaları səbəbindən avtobusun ön qapısının şüşəsini təpiklə vurub sındırmış və bununla da cəmiyyətə ziyan vurmuşdur. Hadisə barədə Cəmiyyətimizin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə Səbail rayon DYPŞ-nin YNH-si inspektoru polis kapitanı X1 tərəfindən araşdırılaraq Cavabdeh əməllərində İXM-nin 338.3-cü maddəsinin tələbləri pozulması öz əkisini tapdığından barəsində xx.xx.2024-cü il tarixli İXP ******* saylı İnzibati xəta haqqında Protokol tərtib edilmişdir. Hadisə nəticəsində avtobusun ön qapısı yararsız hala düşmüş və təmir olunması üçün 15 (on beş) gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 009776 saylı Zərər Aktına əsasən **- JU-*** DQN-lı avtobusa 852,20 (səkkiz yüz əlli iki manat, 20 qəpik) manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən hadisə nəticəsində İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 852,20 (səkkiz yüz əlli iki manat, 20 qəpik) manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1, 1108.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etmişdir.
6. İddia ərizəsinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
7. İddiaçı MMC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir.
8. İddiaçının nümayəndəsi X2 məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş, cavabdehin haqqında inzibati xəta haqqında protokol tərtib edildiyini və avtobusların tenderlə gəldiyini bildirmişdir.
9. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini qəbul etmədiyini, avtobusa bilərəkdən ziyan vurmadığını, ayağı dəyib sındırdığını bildirmişdir.
10. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericliyin tələbinə əsasən məhkəmə baxışını cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://eqanun.az/framework/46944 Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. b) Əsaslandırma
13. İddia əsaslıdır.
14. İşin faktiki halları bundan ibarətdir ki, İddiaçı MMC-ə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Prociyu Avtobus” markalı avtobusda xidmət zamanı sərnişin qismən olan cavabdeh X3 ilə mübahisə yaranmış və cavabdeh avtomobilə ziyan vurmuşdur. Bununla bağlı xx.xx.2024-cü il tarixli ******* №-li İXP tərtib edilmişdir.
15. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi bilavasitə qanundan irəli gəlməklə, tərəflər arasında mübahisə mülki hüquq pozuntusundan (delikt) yaranan münasibətlərə aiddir.
16. Mülki hüquq pozuntusunun (delikt) (Mülki Məcəllənin 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələri) dizpozisiya şərtləri aşağıdakı ünsürlərdən ibarətdir: zərərçəkənə ziyan vurulmasına gətirib çıxaran əməl (hərəkət və hərəkətsizlik), əməlin hüquqazidd olması və təqsir.
17. İş materiallarına əlavə olunmuş sübutlardan edilən İddiaçı MMC-ə məxsus **-JU-*** dövlət qeydiyyat nişanlı “BMC Prociyu Avtobus” markalı avtobus barədə cavabdehin ona vurduğu zərər məbləği 852.20 manat təşkil edir.
18. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, zərərçəkənə ziyan vurulmasına gətirib çıxaran əməl, həmin əməlin hüquqazidd olması və cavabdehin təqsiri sübut edildiyindən iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə xərcləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 852,20 manat maddi zərər məbləğinin 30 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 882,60 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.
22. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 852,20 manat maddi zərər məbləğinin 30 manat dövlət rüsumu və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 882,60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova