Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-871/2022 05.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 6.088 manat məbləğində zərər, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və ödənilmiş 81 manat 68 qəpik məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 6.469 manat 68 qəpik məbləğində pul vəsaitinin Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB ilə abonent Cavabdeh arasında 15 fevral 2017-ci il tarixdə 09/7706 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və «X1»nın tələblərinə əməl etmək) və «X1»nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qanunsuz olaraq istifadə etməsi, başqa sözlə, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X1nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən aşağıdakı həcmdə təbii qazın talanması faktı müəyyən edilmiş və buna uyğun olaraq zərərin məbləği hesablanmışdır: - 13.12.2016-cı il tarixli ******* saylı akt əsasında 5593 m3 qazın talanması faktı və buna uyğun olaraq 559,30 manat; - 22.02.2017-ci il tarixli ******* saylı akt əsasında 3152 m3 qazın talanması faktı və buna uyğun olaraq 630,40 manat; - 31.05.2017-ci il tarixli ******* saylı akt əsasında 1915 m3 qazın talanması faktı və buna uyğun olaraq 383 manat; - 02.11.2017-ci il tarixli ******* saylı akt əsasında 2139 m3 qazın talanması faktı və buna uyğun olaraq 427,80 manat; - 04.12.2017-ci il tarixli ******* saylı akt əsasında 1612 m3 qazın talanması faktı və buna uyğun olaraq 322,40 manat; - 17.01.2018-ci il tarixli ******* saylı akt əsasında 3828 m3 qazın talanması faktı və buna uyğun olaraq 765,60 manat; - 16.02.2018-ci il tarixli ******* saylı akt əsasında 1332 m3 qazın talanması faktı və buna uyğun olaraq 266,40 manat; - 12.03.2018-ci il tarixli ******* saylı akt əsasında 1043 m3 qazın talanması faktı və buna uyğun olaraq 208,60 manat; - 04/2018-ci il tarixinə tərtib olunmuş akt əsasında 141 manat; - 05/2018-ci il tarixinə tərtib olunmuş akt əsasında 126,60 manat; - 22.06.2018-ci il tarixli ******* saylı akt əsasında 756 m3 qazın talanması faktı və buna uyğun olaraq 151,20 manat; - 30.07.2018-ci il tarixli ******* saylı akt əsasında 576 m3 qazın talanması faktı və buna uyğun olaraq 115,20 manat; - 24.08.2018-ci il tarixli ******* saylı akt əsasında 576 m3 qazın talanması faktı və buna uyğun olaraq 115,20 manat; - 09/2018-ci il tarixinə tərtib olunmuş akt əsasında 115,20 manat; - 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 576 m3 qazın talanması faktı və buna uyğun olaraq 57,60 manat; - 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 576 m3 qazın talanması faktı və buna uyğun olaraq 57,60 manat; - 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 1008 m3 qazın talanması faktı və buna uyğun olaraq 100,80 manat; - 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 1008 m3 qazın talanması faktı və buna uyğun olaraq 100,80 manat; - 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 1008 m3 qazın talanması faktı və buna uyğun olaraq 100,80 manat; - 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 1008 m3 qazın talanması faktı və buna uyğun olaraq 100,80 manat; - 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 1008 m3 qazın talanması faktı və buna uyğun olaraq 100,80 manat; - 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 324 m3 qazın talanması faktı və buna uyğun olaraq 32,40 manat; - 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 252 m3 qazın talanması faktı və buna uyğun olaraq 25,20 manat; - 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 252 m3 qazın talanması faktı və buna uyğun olaraq 25,20 manat; - 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 252 m3 qazın talanması faktı və buna uyğun olaraq 25,20 manat; - 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 252 m3 qazın talanması faktı və buna uyğun olaraq 25,20 manat; - 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 252 m3 qazın talanması faktı və buna uyğun olaraq 25,20 manat; - 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 900 m3 qazın talanması faktı və buna uyğun olaraq 90 manat; - 12/2019-cu il tarixinə tərtib olunmuş akt əsasında 252 manat; - 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 2520 m3 qazın talanması faktı və buna uyğun olaraq 252 manat; - 02/2020-ci il tarixinə tərtib olunmuş akt əsasında 252 manat; - 05.03.2020-ci il tarixli ******* saylı akt əsasında 252 m3 qazın talanması faktı və buna uyğun olaraq 42 manat olmaqla, cəmi 6.088 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəydiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, onun təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 fevral 2017-ci il tarixli, 09/7706 saylı müqavilədən görünür ki, İddiaçı İB-nin Bakı RQSD ilə istehlakçı Cavabdeh arasında «qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə» müqavilə bağlanmışdır. Müqavilənin predmetini - paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir. Müqavilədə tərəflərin vəzifələri və hüquqları, qazın qiyməti və dəyərinin ödənilməsi şərtləri, qaz qurğularına dair tələblər, xüsusi müddəalar və mübahisələrin həlli qaydası, fors-major hallar, müqavilənin qüvvədə olma müddəti və tərəflərin hüquqi ünvanları və rekvizitləri təsbit olunmuşdur. İş materiallarına əlavə olunmuş abonentin saldosundan, həmçinin tərtib edilmiş aktlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə sadalanan aktlar üzrə cəmi 6.088 manat məbləğində itirilmiş qaz sərfiyyatına görə borc yazılmışdır (hesablanmışdır). Aktlarla yanaşı dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib edilmiş, hər bir hal üzrə cavabdehə rəsmi xəbərdarlıq ünvanlanmış, lakin cavabdeh tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmamış və hər dəfə təbii qazdan sayğacdan kənar istifadə etmə İddiaçı hazırda qeyd olunan 6.088 manat pulun cavabdehdən tutulmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda sayğacdan kənar təbii qazdan istifadə hallarının mövcudluğu aşkar edilmiş və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir (aktlar, fotoşəkillər). Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı il təsdiq edilmiş «X1»nın 3.2.1-ci bəndinə əsasən, istehlakçı qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Ödəniş tarşırığından görünür ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi üçün “Mirzəyev və partnyorları” vəkil bürosuna 300 manat məbləğində xidmət haqqı (qonorar) və 81 manat 68 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 6.088 manat məbləğində zərər və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və 81 manat 68 qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə (iddia ərizəsində qeyd edilən bank rekvizitləri üzrə) ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Təbii qazdan sayğacdan kənar istifadə edilməsinə görə yaranmış cəmi 6.088 manat məbləğində zərər və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və ödənilmiş 81 manat 68 qəpik dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçınə (iddia ərizəsində qeyd edilən bank rekvizitləri üzrə) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-871/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-871/2022
05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver