Məhkəmə qərarları › İş №e-2(002)-911/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-911/2022

13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-911/2022 13.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-ə vurulmuş 1209,60 (min iki yüz doqquz manat altmış qəpik) manat məbləğində zərərin,400(dörd yüz) manat vəkil xidmətlərinin əvəzinin və 35,10(otuz beş manat 10 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin,ümumilikdə 1644,70(bir min altı yüz qırx dörd manat ytmiş qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-in Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə(kod 805153, VÖÜN **********, M/H AZ03NABZ********************,SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********,İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçıİstehsalat Birliyi iləabonent ƏhədovNurlanQəşəmoğlu arasında 27.03.2018-ci il tarixində T/17518 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısıMüqavilə»si imzalanmış vətərəflərarasındaimzalanmış həminmüqaviləəsasındaİddiaçıİBabonentəməxsus fərdi yaşayışevini təbii qazlatəchiz etmişdir. Qeyd olunan ünvanaİddiaçıİB-nın Bakı RegionalQazın SatışıDepartamenti tərəfindən **********00020 nömrəliabonent kodu verilmişdir. Cavabdeh yuxarıda bəhsedilənmüqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və“Qazdan istifadə qaydaları”nın tələblərinəəməletmək) və“Qazdan İstifadəQaydaları”nın 6.5- ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar vəfaktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərləlentəalınmışdır). İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında”müvafiq aktlar tərtib edilmişdir. Belə ki,cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsindəBirliyin səlahiyyətliəməkdaşları tərəfindən tərtib olunmuş: - 27.03.2018-ci il tarixli ******* saylı aktəsasında 1166,40 manat; - 25.04.2018-ci il tarixli ******* saylı aktəsasında 43,20 manat; Cəmi 1209,60 (bir min iki yüz doqquz manat altmış qəpik) manatməbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinəəlavəedilir). Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırdaAbonentin SALDO-su üzrə ümumi 1209,60 (bir min iki yüz doqquz manat altmış qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelətəqsirli hərəkətləri nəticəsindəİddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdənməhkəməyəmüraciət etmək zərurəti yaranmışdır.Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaısnda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında hazırda qanunsuz qoşulu olmadığını, bu hadisənin 2018-ci ildə baş veridyini, ekspertiza təyin olunduğu halda, ora gedib həmin halın aşkar edilməsinin mümkün olmayacağını, vurulmuş ziyanın aktda qeyd edilmiş orta hesablamalar əsasında müəyyən edildiyini, həmin hallar barədə aktda qeyd edildiyini, hazırda qanunsuz qoşulma halının olmadığını, həmin sənədlərin əslini təqdim edə bilmədiklərini, lakin əsillərinin mövcud olduğunu bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan 27.03.2018-ci il tarilxi T/17518 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin məzmunundan aydın olur ki, Cavabdeh ilə Azəriqaz İB arasında qazdan istifadə olunmasına dair müqavilə bağlanılmışdır. İş materiallarında olan 25.04.2018-ci il tarixli İddiaçı İB-in ******* nömrəli aktdan görünür ki,Cavabdeh tərəfindən Lökbatan qəsəbəsi, massiv 2 ünvanında qazdan sayğacsız istifadə olunur, itiirlmiş qazın bərpası üzrə dəymiş ziyan hesablanmalı olduğu qeyd eidlmişdir. İş materiallarında olan 25 aprel 2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə hesablama aktının məzmunundan görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üzrə hesablanma aparılaraq, itirilmiş qazın 216 m3 olduğu qeyd edilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19.09.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Buqaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcından texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinəəsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinnin 3-cü bəndinə əsasən qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə iddia tələbi ilə əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə sübut etmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı iddia tələbini əsası kimi cavabdehin qanunsuz olaraq qaz xəttinə qoşulmasına dair hərəkətləri nəticəsində ona maddi ziyan vurulması halına istinad edir ki, həmin halın da sübut edilməsi öhdəliyi məhz iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyanın vurulduğunu bildirsə də, ona vurulmuş maddi ziyanın məhz cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulmasına, habelə cavabdehin təqsirli hərəkətləri ilə ona dəymiş maddi ziyan arasında səbəbli əlaqənin olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, həmçinin, həmin hallar məhkəmə araşdırması çərçivəsində də öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş sübut vasitəsi qismində müvafiq aktlarla bağlı onu qeyd edir ki, həmin akt kserosurət olmaqla, əsli və ya təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmişdir. Halbuki mülki prosessual qnaunvericiliyin tələbinə əsasən sübut qismində sənədlərin əsli və ya təsdiq olunmuş surəti təqdim eidlməlidir. Bundan əlavə, qeyd edilən hər iki akt (0154007 № li 25.04.2018-ci il tarixli və itirilmiş qazın bərpası üzrə hesablanmaya dair 25.04.2018-ci il tarixli akt) iddiaçının özü tərəfindən tərtib edilmiş, cavabdehin həmin aktların tərtib edilməsində iştirakı təmin edilməmişdir (tanış olmamışdır). Qeyd eidlən hallara əsasən iddiaçı tərəfindən sübut qimsində təqdim edilmiş həmin aktlar hazırki mülki iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. İddiaçı tərəfindən isə həmin hallara dair başqa sübut vasitəsi təqdim edilməmişdir. Bununla da, hazırki mülki iş üzrə cavabdehin hansı təqsirli hərəkəti nəticəsində iddiaçıya maddi ziyan vurulması, vurulmuş ziyanla onun hərəkətləri arasında səbəbli əlaqənin olması halının müəyyən eidlməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin eidlməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə xidmət haqqı ilə bağlı 400 manat məbləğində pul vəsaitinin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki,mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia tələbi təmin edilmədiyindən, iddia tələbi qeyd edilən hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı İB-nin cavabdeh X2 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş 35.10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 35.10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar