Məhkəmə qərarları › İş №e-2(002)-915/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-915/2022

31.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-915/2022 31.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Ağarəhim qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1298,90 (bir min iki yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 6,08 (altı manat səkkiz qəpik) manat pulun, 400 (dörd yüz) manat vəkil xidmətlərinin əvəzinin və 36,05 (otuz altı manat beş qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 1741,03 (bir min yeddi yüz qırx bır manat üç qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M'İİ AZ03NABZ********************, SWİFT İBÄZAZ2X, Azəriqaz İB, VÖEN990000162İ, İ3AN: AZ50İBAZ**********995500İ922) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Nümayəndə çıxış edərək bildirdi ki, İddiaçı ilə abonent X1 qjzı arasında 15.10.2018-ci il tarixində AKX-0035174/10-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğısu istifadəçisi arasmda qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış hənin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir.Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır.Cavabdeh yuxanda bəhs edilən müqavilənin 2.3.2-d yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalari’nm tələblərinə əməl etmək) və “X3”nın 6.5- d bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğıcının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün apanlmamasına nail olmaq məqsədilə qərəzli səkildə qaz sayğacına nüdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmış faktlar yerindəcə aktlaşdınlmaqla rəsmiləşdirilmişdir.Cavabdehin yuxanda qeyd olunan təqsirli hərəkatlar nəticəsində Birliyin səlahiyyətli əməkdaşlan tərəfindən tərtib olunmuş 26.04.2018-d il tarixli A00011527 saylı akt əsasında 125,40 manat; 31.10.2018-d il tarixli ******* saylı akt əsasında 972 manat; 31.05.2021-ci il tarixli ******* saylı akt əsasında 216 manat; Cəmi 1313,40 (bir min üç yüz on üç manat qırx qəpik) manat məbləğində İddiaçı İB-y ə maddi ziyan dəymiş olduğı müəyyən olurmuşdur (sözügedən aktl iddia ərizəsinə əlavə edilir). Həmin zərərdən cavabdeh 14,50 (on dörd manat əlli qəpik) manat ödəniş etmişdir. Beləliklə cavabdehin dəymiş zərərin əvəzi olaraq 1298,90 (bir min iki yüz doxsan səkkiz t doxsan qəpik) manat məbləğındə borcu vardır (125,40+972+216-14,50 =1298,90).Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 6,08 (altı manat səkkiz qəpik) manat borcu debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləğ hazırda Abonentin SALDO və GASREP üzrə ümumi 1304,98 (bir min üç yüz dörd manat dosan səkkiz qəpik) təşkil etməkdədir. (1298,90+6,08=1304,98).Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Ağarəhim qızı məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı təşkilatın vəkilinin çıxışını dinləyib, eləcə də, təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıda göstərilən əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə 15.10.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı İB ilə istehlakçı Cavabdeh Ağarəhim qızı arasında bağlanmış həmin müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş AR Dövlət Neft Şirkəti İddiaçı İBnin 07.03.2018-ci il tarixli MSK-29/1710-0052-1 saylı aktında qeyd edilmişdir ki, “1202AQ**********0 nömrəli sayğacın hesablama mexanizmin qoruyucu örtüyü istilik nəticəsində əriyib,gövdədən qopub.Elektron hissə, element, hesablama mexanizmi aşkar olunmadı.Sayğacın gövdəsi üst hissədən korroziyaya uğrayıb” rəyi verilmişdir. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş İddiaçı tərəfindən tərtib edilmiş 31.10.2018-ci il tarixli təbii X2 pozulması haqqında ******* nömrəli aktdan görünür ki, smart itron diafraqma tipli G-4 markalı 1702AZ**********95 nömrəli sayğaca baxış keçirilmiş, “1702AZ**********95 nömrəli sayğacın çıxış plasmas borusu deşilmişdir” müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş İddiaçı tərəfindən tərtib edilmiş 26.04.2018-d il tarixli A00011527 saylı akt əsasən- 07.03.2018-ci il tarixli MSK-29/1710-0052-1 saylı rəyə müvafiq olaraq “1202AQ**********0 nömrəli sayğacın gövdəsi üst hissədən korroziyaya uğrayıb və qeyd olunana tarixdən qaz sayğacının işləmədiyi dövr ərzində istifadə olunan qazın günlük sərfiyyatına uyğun məbləği-125,40 manat, 31.10.2018-d il tarixli ******* saylı akt əsasında- 972 manat, 31.05.2021-ci il tarixli ******* saylı akt əsasında(sayğacın çıxış plasmas borusu deşilmişdir) isə 216 manat olmaqla, təbii X2 pozulmasına görə **********00000 saylı abonent Cavabdeh Ağarəhim qızına cəmi 1313,40 manat borc pul vəsaiti hesablanmışdır.Həmin borcdan yalnız 14,50 manat ödəniş edilmişdir. Hal-hazırda **********00000 saylı abonent Cavabdeh Ağarəhim qızının akta görə və sayğac üzrə istehlak olunmuş təbii qaza görə ümumilikdə 1298,90 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş 07.02.2022-ci il tarixli “hesabdan çıxarışdan” görünür ki, İddiaçı tərəfindən “Mirzəyevlər və Partnyorları” vəkil bürosunun hesabına hüquqi yardımın göstərilməsinə görə haqq- 400 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdehin sayğac üzrə təbii qazdan istifadəyə görə iddiaçıya borcu yaranmış, habelə özbaşına qoşulma nəticəsində dəymiş zərərə görə tərtib olunmuş akta əsasən cavabdehə 1298,90 manat zərər hesablanmışdır.Həmçinin hüquqi yardıma görə ödənilmiş 400 manat və debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 6,08 (altı manat səkkiz qəpik) manat pulu tələb edir. Bununla da cavabdehin iddiaçıya ödəməli olduğu ümumi məbləğin 1741,03 manat olduğu müəyyən edilir. Ona görə də mülki iş üzrə sübutlara, eyni zamanda Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 15.10.2018-ci il tarixli müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən, X2 tələblərinə əməl etmək istehlakçının vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş X2 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə, eyni zamanda iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 36,05 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı İB-yə vurulmuş 1298,90 (bir min iki yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 6,08 (altı manat səkkiz qəpik) manat pulun, 400 (dörd yüz) manat vəkil xidmətlərinin əvəzinin və 36,05 (otuz altı manat beş qəpik) manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 1741,03 (bir min yeddi yüz qırx bır manat üç qəpik) manat pulun Cavabdeh tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar