Məhkəmə qərarları › İş №e-2(002)-98/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-98/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-98/2025 13.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.000 Avro məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş Şahid Cavabdeh qarşı «pulun və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 30.000 Avro məbləğində əsas borcun, 2012-ci ilin dekabr ayından hal-hazıradək hər gün üçün həmin məbləğin bir faizi miqdarında əlavə faizlərin tutulması, faizlərin tutulmasının qətnamə icra olunan günədək davam etməsi və cavabdehdən 50.000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şahid 2012-ci ilin ilk aylarında fərdi qaydada sahibkarlıq fəaliyyəti həyata keçirmək üçün tikinti sahəsində istifadə olunan «Pompa-Betonvuran» texnikasını almaq qərarına gəlmişdir. Bu məqsədlə tanışları vasitəsilə həmin texnikanı haradan və kimdən daha sərfəli qiymətə almaq üçün soraqlaşmağa başlamışdır. Beləliklə, Elbrus adında şəxs iddiaçıya bildirmişdir ki, həmin texnikanı Litva Respublikasında yaşayan Vüqar adında şəxs gətirə bilər. Elbrus iddiaçını Cavabdeh xalası oğlu İddiaçı ilə tanış etmişdir. Ziyafətlə tanış olana qədər Elbrusun köməkliyi ilə Cavabdehla «skype» vasitəsi ilə danışığı olmuş və Vüqar bildirmişdir ki, onun Bakıda bütün işlərini xalası oğlu Ziyafət apardığından Ziyafət vasitəsilə onunla əlaqə yaratmaq mümkündür. Beləliklə, iddiaçı Vüqarla almaq istədiyi texnikaya dair söhbət etmiş və qiymətdə razılıq əldə etmişdir. Ümumi razılığa əsasən həmin «Pompa-Betonvuran» texnikanın Azərbaycana gətirilməsi üçün cavabdeh ilkin olaraq 30.000 Avro pulun ona göndərilməsini tələb etmişdir. Qalan hissəsini isə texnika iddiaçıya verildikdən sonra girov qoyulmaqla əlavə pulun götürülməsinə və həmin pulu ona göndərmək yolu ilə hesablaşmalarına dair razılaşmışlar. İddiaçı bu məqsədlə 16 oktyabr 2012-ci il tarixdə 20.000 Avro, 15 noyabr 2012-ci il tarixdə 10.000 Avro pulu İddiaçı vasitəsilə cavabdehə göndərmişdir. Cavabdeh pul göndəriləndən sonra 2012-ci ilin dekabr ayının axırınadək texnikanı göndərməyi öhdəsinə götürmüşdür. 2012-ci ilin dekabr ayında texnika göndərilmədiyindən iddiaçı cavabdehlə əlaqə yaratmış və texnikanın göndərilməməsinin səbəbini soruşmuşdur. Cavabdeh isə bildirmişdir ki, texnikanın gecikməsi müəyyən maliyyə problemləri ilə bağlıdır. Lakin, buna baxmayaraq, qısa müddətdə texnikanı göndərəcəyini bildirmişdir. 2013-cü ilin mart ayında isə Cavabdeh xalası oğlu İddiaçı vasitəsilə texnikanın gətirilməsi üçün əlavə olaraq 30.000 Avro pul lazım olduğunu bildirmişdir. Buna cavab olaraq iddiaçı əlavə pulunun olmadığını və texnikanın qalıq dəyərini həmin texnika ona verildikdən sonra ödəyə biləcəyini bildirmişdir. Beləliklə, iddiaçı cavabdehlə olan razılığının baş tutmamasından və cavabdehin onu aldatmasından şübhələndiyi üçün verdiyi pulu qaytarmasını cavabdehdən tələb etmişdir. İddiaçı hətta cavabdehin atası Adil adlı şəxslə görüşmüş və Adil iddiaçıya söz vermişdir ki, pulun qaytarılmasına köməklik edəcəkdir. 2014-cü ilin axırlarında cavabdeh özü şəxsən Bakı şəhərində iddiaçı ilə görüşmüş, həmin görüşdə cavabdehin oğlu və xalası oğlu Ziyafət də iştirak etmişdir. Cavabdeh oğluna başqa maşınların satışından əldə edəcəyi puldan iddiaçıya olan 30.000 Avro borcunun ödənilməsini tapşırmışdır. Lakin sonradan cavabdehin oğlu başqa bir hadisə ilə bağlı həbs edilmiş, bundan əlavə cavabdehin Elbrus adlı şəxs vasitəsilə ödəniş etməsi də mümkün olmamışdır. Belə ki, Elbrus yalnız Vüqara borcunun olduğunu bildirmiş və iddiaçıya hər hansı ödəniş etməmişdir. İddiaçı cavabdehin onu aldatmasını başa düşmüş və onun məsuliyyətə cəlb olunması üçün 27 iyun 2013-cü il tarixdə Binəqədi RPİ-nin 4-cü PB-yə müraciət edərək Vüqar adlı şəxsin onu aldadaraq ümumilikdə 30.000 Avro miqdarında pulunu mənimsədiyini bildirmiş, iddiaçının həmin ərizəsi xx.xx.2013-cü il tarixdə ərazi aidiyyatı üzrə Nəsimi RPİ-nin 20-ci PB-yə göndərilmiş və həmin bölmənin təhqiqatçısı D.Səlimov tərəfindən cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2013-cü il tarixdə Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən həmin material üzrə təhqiqatçı D.Səlimovun qəbul etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş və əlavə araşdırma aparılması üçün Nəsimi RPİ-nin İŞ-yə göndərilmiş, xx.xx.2013cü il tarixdə həmin materialın araşdırılması Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Anar Əliyevə həvalə edilmiş və xx.xx.2013-cü il tarixdə onun tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2013-cü il tarixdə Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilərək material Nəsimi RPİnin İŞ-yə göndərilmiş və xx.xx.2013-cti il tarixdə araşdırmanın aparılması Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi V.Məcidova həvalə edilmiş, xx.xx.2014-cü il tarixdə materialda Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından V.Məcidov tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən müstəntiq V.Məcidovun xx.xx.2014-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ləğv edilərək, əlavə yoxlama aparılması üçün həmin material Nəsimi RPİ-nin İŞ-yə göndərilmiş və xx.xx.2014-cü il tarixdə müstəntiq Cövdət İskəndərovun icraatına verilmişdir. Həmin müstəntiq də əvvəlki müstəntiqlər kimi səthi araşdırma apararaq, dələduzluq edərək iddiaçını aldatmış və onun 30.000 Avro pulunu mənimsəmiş Vüqar adlı şəxsin əməlində cinayət tərkibinin əlamətləri olduğu halda, təkrar olaraq 24 yanvar 2014-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmiş və bu barədə qəbul etdiyi qərarın surətini iddiaçıya göndərməmişdir. Bununla bağlı iddiaçı dəfələrlə aidiyyatı üzrə Azərbaycan Respublikası Baş Prokuroruna və tabelik üzrə digər prokurorlara rəsmi şikayətlər etmiş, həmin şikayətlər prokurorluq orqanları tərəfindən müvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə Nəsimi rayon Prokurorluğuna göndərilmiş və həmin məktubların surətləri iddiaçıya ünvanlanmışdır. 24 yanvar 2014-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan iddiaçının verdiyi şikayət əsasında xx.xx.2018-ci il tarixdə 399-ş18 nömrəli məktubla Nəsimi rayon Prokuroru S.Məmmədli tərəfindən iddiaçıya bildirilmişdir ki, həmin materialın öyrənilməsindən ötrü Nəsimi rayon Prokurorluğuna təqdim edilməsi üçün xx.xx.2018-ci il tarixdə Nəsimi RPİ-yə sorğu verilmiş və Nəsimi RPİ-nin xx.xx.2018-ci tarixli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli 082-13830-1217 saylı akta əsasən Şahid ərizəsi əsasında toplanmış 304/13 saylı rədd materialı məhv edilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı iddiaçının müraciətləri heç bir nəticə vermədiyindən, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddiaçını aldatması, 30.000 Avro məbləğində pul vəsaitini qaytarmaması nəticəsində iddiaçıya böyük məbləğdə maddi ziyan dəymişdir. Bundan əlavə, iddiaçı 2012-ci ildən hal-hazıradək həmin məbləğə faizin hesablanmasını tələb edir. Həmçinin, iddiaçı 2012-ci ildən mənəvi-psixoloji sarsıntı keçirmiş, aktiv həyat tərzindən məhrum olmuş və bütün bunların nəticəsində ona mənəvi ziyan dəymişdir. Belə ki, iddiaçı borcun qaytarılmaması səbəbindən şəhərdə olan evini sataraq, kənddə yerləşən atası evinə köçməyə məcbur olmuşdur. Ona görə də, iddiaçı cavabdehdən mənəvi ziyana görə pul məbləğinin tutulmasını da tələb etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı xx.xx.2019 tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 30.000 Avro (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) məbləğində pul vəsaitinin tutularaq iddiaçı Şahid ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Fuad Hüseynov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-594/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: 8. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh Litva Respublikasında yaşayır. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, iddiaçı Şahid tanımır, onunla hər hansı bir alış-verişi olmamışdır. Cavabdeh bildirir ki, iddiaçını Elburus adlı şəxsin şəriki kimi tanımışdır. Cavabdeh Elbrus adlı şəxsə ağır texnika göndərmiş, həmin vaxt Vasif Elbrusla şərikli iş görürmüş. Heç vaxt heç bir məbləğdə Şahid pul almamışdır, ona heç bir məbləğdə borcu yoxdur, iddiaçı Şahid iddiası əsassızdır, bu barədə məhkəmə əsassız olaraq qətnamə qəbul etmişdir. Daha sonra appelyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2014-cü il tarixli qərarın surətindən görünür ki, X1 və X2 öz izahatlarında Şahid ilə Cavabdeh arasında texnikanın alınması ilə bağlı 30 min avro məbləğində razılaşmanın olduğunu, Şahpələngovun Vüqarın xalası oğlu Ziyafətin vasitəsilə Cavabdeh həmin məbləği göndərdiyini, sonradan pulun qaytarılması ilə bağlı problemin yarandığını təsdiq etmişlər. Həmin qərara əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, maraqlı tərəflərə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdi (Qətnamənin 3-cü səhifəsinin 7-ci abzası). Birinci instansiya məhkəməsinin yuxarıda göstərilən əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə olunmuş (iş materiallarının 34-37-ci səhifələri) cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2014-cü il tarixli qərardan məlum olur ki, Nəsimi RPİ-nin İŞ-də araşdırma aparılan zaman izahat vermiş X1 və X2 bildirmişdirlər ki, Vasif və Vüqar arasında olan haqq-hesabdan onlar xəbərsiz olmuşdurlar. Vasif Bəxtiyara zəng edərək Vüqara Ziyafət vasitəsilə cəmi 30.000 Avro göndərdiyini və bu günə kimi maşının göndərilmədiyini demişdir. Bundan sonra X8 borcu varsa ona verməsini bildirmişdir. Elbrus isə şəriki Bəxtiyarla birlikdə Vüqara ümumilikdə 28.000 Avro borcunun olduğunu, lakin ona pul verə bilməyəcəyini və Vüqara borclu olduğunu demişdir. Vasif isə ona pulu Vüqarın özünün Elburus və Bəxtiyardan alınması barədə dediyini bildirmişdir. Əvvəlcə onlar razılığa gələ bilməmiş, lakin sonradan Vasif polisə müraciət etdikdən sonra Bəxtiyar Vasifə iki ədəd beton qarışdıran maşın vermişdir. Göstərilənlərdən məlum olmuşdur ki, birinci instansiya məhkəməsi cinayət işinin başlamasının rədd edilməsi haqqında xx.xx.2014-cü il tarixli qərarda qeyd olunmuş məlumatları təhrif etmiş yə qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, həm Elbrus, həm də Bəxtiyar Şabıyev izahatlarında Vasif və Vüqar arasında olan haqq-hesabdan xəbərsiz olduğunu bildirsə də, qətnamədə qeyd olunmuşdur ki, guya hər iki şəxs Şahpələngovun Cavabdeh 30.000 Avro verdiyini təsdiq etmişlər. Bundan əlavə hər iki şəxs izahatında qeyd etmişdirlər ki, Şahid onlara bildirmişdir ki, Vüqar ona (Vasifə) pulu Elbrus və Bəxtiyardan almasını demişdir. Buna görə də, onlar Vasifə iki ədəd beton qarışdıran maşın vermişdir. Bununla əlaqədar cavabdeh bildirmək istəyir ki, həqiqətən də Elbrus Əzizov və X3 Musayevə borcu olmuşdur. Cavabdeh Elbrus Əzizov və Bəxtiyar Şabıyevə şəxsən demədiyi halda onların Cavabdeh olan borcu müqabilində Şahid iki ədəd beton qarışdıran maşın verməsi inandırıcı deyildir. Cavabdeh qeyd edir ki, guya müqabilində Şahid iki ədəd betonqarışdıran maşın verildiyi iddia edilən borc məbləğinin bir hissəsini Elbrus Əzizov və X5 Musayevə ödəmiş, hal-hazırda da həmin borcun bir hissəsi ödənilməmiş qalmışdır. Digər tərəfdən məhkəmə baxışı zamanı şahid kimi ifadə vermiş İddiaçı bildirmişdir ki, Vüqar Elbrusa ona olan borcunu Vasifə verməsini təklif etmişdir, lakin Elbrus bundan imtina edərək borcunu yalnız Vüqarın özünə qaytaracağını demişdir. Bununla əlaqədar cavabdeh bildirmişdir ki, İddiaçı ifadəsində qeyd etdikləri Elbrus Əzizov və Bəxtiyar Şabıyevın verdiyi izahatlarla ziddiyyət təşkil edir. Elbrus Əzizov və Bəxtiyar Şabıyev izahatlarında qeyd etmişlər ki, Şahid onlara bildirmişdir ki, Vüqar ona (Vasifə) pulu Elbrus və Bəxtiyardan götürməsini demişdir. Onlar da guya Vüqara olan borclarının müqabilində Vasifə iki ədəd maşın vermişlər. Həmçinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2014-cü il tarixli qərarda qeyd olunmuşdur ki, Nəsimi RPİ-nin İŞ-də araşdırma aparılan zaman Şahpələngov bildirmişdir ki, baş vermiş hadisə ilə əlaqədar heç bir şikayət və tələbi yoxdur, betonqarışdıran maşın ona verilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçı Şahid izahat verərək bildirdi ki, pulu şəxsən Vüqara yox, İddiaçı vermişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi: Bakı şəhər Prokurorluğu tərəfindən Nəsimi rayon Prokurorluğuna ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli məktubların surətlərindən görünür ki, Şahid müraciətləri qanunamüvafiq qaydada araşdırılması üçün həmin Prokurorluğa göndərilmişdir. İş materiallarında olan Nəsimi rayon Prokurorluğu tərəfindən Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli məktubların surətlərindən görünür ki, Şahid müraciətləri qanunamüvafiq qaydada araşdırılması və tədbir görülməsi üçün həmin Polis İdarəsinə göndərilmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2014-cü il tarixli qərarın surətindən görünür ki, X1 və X2 öz izahatlarında Şahid ilə Cavabdeh arasında texnikanın alınması ilə bağlı 30 min avro məbləğində razılaşmanın olduğunu, Şahid Vüqarın xalası oğlu Ziyafətin vasitəsilə Cavabdeh həmin məbləği göndərdiyini, sonradan pulun qaytarılması ilə bağlı problemin yarandığını təsdiq etmişlər. Həmin qərara əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, maraqlı tərəflərə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarında olan Nəsimi rayon Prokurorluğunun Şahid ünvanladığı xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, ərizəçiyə onun ərizəsi əsasında toplanmış rədd materialının Nəsimi RPİ-nin xx.xx.2017-ci il tarixli 082-13830-1217 saylı aktı ilə məhv edildiyi bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, Cavabdeh 30.000 avro (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) məbləğində pul vəsaitinin tutularaq iddiaçı Şahid ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən məbləğin həqiqətən də Şahid tərəfindən Cavabdeh verilməsi məsələsini araşdırmamışdır. İşə apellyasiya instansiya məhkəməsində baxılan zaman Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5321/2021 saylı 18 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı Qədir oğlunun adından xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək bank vasitəsilə Litva Respublikasının Kaunas şəhərində yaşayan Cavabdeh adına hər-hansı vəsaitlərin göndərilibgöndərilməməsi ilə bağlı bank əməliyyatına dair məlumatlar götürülməsinə dair "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı Qədir oğlunun adından xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Cavabdeh adına hər hansı pul vəsaiti köçürülməmişdir. Eyni zamanda bildirilmişdir ki, ləğv prosesində olan QSC "xxxx" KB-də İddiaçı Qədir oğlunun adına olan AZ96MOSZ******************** saylı kart hesabına yuxarıda qeyd edilən müddət ərzində xx.xx.2012-ci il tarixdə 39750 (otuz doqquz min yeddi yüz əlli) Avro, xx.xx.2021-ci il tarixdə 17.000 (on yeddi min) Avro, xx.xx.2012-ci il tarixdə isə 30.000 (otuz min) Avro məbləğində vəsait mədaxil edilmişdir. Apellyasiya məhkəməsi baxışı zamanı iddiaçı Şahid öz izahatında bildirmişdir ki, pulu İddiaçı vermişdir. Pulu şəxsən Cavabdeh vermədiyini söyləmişdir. İddiaçı pulu İddiaçı bir yerdə cavabdehin hesabına ödədiyini, pul aldıqdan sonra Cavabdeh zəng vuraraq bəli, pulu aldım deməsini söyləsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfin bu hissədə, yəni Şahid Cavabdeh hesabına pulun köçürülməsi sübuta yetirilməmiş və bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5321/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 594/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmişdir. Bundan əlavə qeyd edir ki, Şahid Məhərrəmli oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5321/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində müəyyən edilmiş halları əsas kimi götürərək cavabdeh İddiaçı qarşı 30.000 avro pul tələbinə dair Lənkəran rayon Məhkəməsində iddia qaldırmış və həmin iddia tələbi Lənkəran rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(049)-73/2022 saylı qətnaməsi ilə təmin edilmiş, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsi tərəfindən təmin edilməmiş, xx.xx.2022-ci il tarixli 2(106)-1535/2022 saylı qətnaməsi ilə Lənkəran rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(049)-73/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-1535/2022 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli 2(102)- 665/2023 saylı qərarı ilə təmin edilməmiş və Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(106)-1535/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Yuxarıda gösətərilənləri məhkəmənin diqqətinə çatdırır və bildirir ki, Cavabdeh qohumluq münasibətinə görə doğma xalası oğludur. O, uzun müddətdir ki, Kaunas şəhərində yaşayır. Uzun illər müddətində Müsayev Vüqar həmin şəhərdən yük daşıyan maşınlar alaraq Bakı şəhərinə göndərmiş və həmin avtomobilləri onun dediyi şəxslərə sataraq pullarını ona göndərmişdir. "xxxx" KB ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə tərəfindən göndərilmiş sorğulara verilmiş cavablardan məlum olmuşdur ki, İddiaçı Qədir oğlunun adından xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Cavabdeh adına hər hansı pul vəsaiti köçürülməməsi qeyd edilsə də, eyni zamanda bildirilmişdir ki, ləğv prosesində olan QSC "xxxx" KB-də İddiaçı adına olan AZ96MOSZ******************** saylı kart hesabına yuxarıda qeyd edilən müddət ərzində xx.xx.2012-ci il tarixdə 39.750 Avro, xx.xx.2021-ci il tarixdə 17.000 Avro, xx.xx.2012-ci il tarixdə isə 30.000 Avro məbləğində vəsait mədaxil edilmişdir. 2012-ci ilin ilk aylarında Cavabdeh adına olmuş kartın müddəti bitdiyinə görə sonuncu tərəfindən onun adına verilmiş etibarnamə əsasında onun adına evro (qold) kart açdırmasını və ona göndərməsini xahiş etmiş, lakin bankdan sonuncunun ona verdiyi etibarnamə əsasında evro kart açdırmağın mümkün olmadığı bildirilmişdir. Bu səbəbə görə də, onun istəyi və yaxın qohumluq münasibətlərinə görə öz adına evro kart açdırmış və sürətli poçt vasitəsi ilə Cavabdeh göndərmişdir. Həmin kart Cavabdeh olmuş və sonuncuya göndərdiyi bütün pulları da onun tərəfindən Kaunas şəhərində çıxarılması "xxxx" KB ASC-nin təqdim etdiyi sənədlərdə qeyd edilmişdir. Həmin müddətdə onun Respublikanın hüdudlarını tərk etməməyi iş üzrə Dövlət Sərhəd Xidmətinin rəsmi məktubunda da sübut edilir. Ona məxsus evro kartın Cavabdeh verilməsi və Cavabdeh tərəfindən həmin kartla ödədiyi pulları Kaunas şəhərində şəxsən çıxarmasını bütün qohumlar və dostlar bilirlər. "xxxx" tərəfindən verilən bank çıxarışlarından da məlum olur ki, onun adına olan AZ96MOSZ******************** saylı kart hesabına xx.xx.2012-ci il tarixdə 39.750 Avro, xx.xx.2021-ci il tarixdə 17.000 Avro və xx.xx.2012-ci il tarixdə isə 30.000 Avro məbləğində vəsait mədaxil edilmiş, həmin vəsaitlər Bakı şəhərindən mədaxil edilmiş və həmin vəsaitlər Kaunas şəhərində çıxarılmışdır. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh xalası oğlu olsa da, onu aldatmış və həmin 30.000 min Avro pulun onun tərəfindən alındığını inkar etmişdir. Cavabdeh onu aldatmasını yaxın qohumlar arasında belə izah etmişdir ki, guya indiyə kimi o, sonuncunu aldatmış və kifayət qədər sonuncunun pulunu mənimsəmişdir. Ona görə də, sonuncunun ona borcu yoxdur. Hal-hazırda Lənkaran rayon İcra Şöbəsində Lənkəran rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(049)-73/2022 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi icraatdadır və buna görə də, hər ay tələbkar Şahid adlı şəxsə hissə-hissə pul ödəyir. Baxmayaraq ki, yuxarıda qeyd etdiyi kimi, Şahid ona veriyi 30.000 Avro pulu öz adına açdığı və Cavabdeh Verdiyi karta köçürmüş və həmin kartdan Cavabdeh tərəfindən həmin pul və digər pullar çıxarılmışdır. Cavabdeh həmin pulları çıxarması bank sənədləri ilə təsdiq olunur. Yuxarıda gösətərilənlərə əsasən hesab edir ki, Cavabdeh 30.000 Avro məbləğində pul alınaraq ona verilməsi haqqında qətnamə qəbul edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Şahid ifadəsində bildirdi ki, 2012-ci ildə Litvada yaşayan Cavabdeh ilə tanış olmuş və skype vasitəsi ilə danışmışlar. Sonuncu ona maşınlar göstərmiş və 30.000 Avro qiymətinə başa gəldiyini bildirmişdir. Vuqar ona Litvada olduğundan pul işləri ilə xalası oğlu İddiaçı məşğul olduğunu bildirmişdir. O, Ziyafət vasitəsi ilə Standard Bank yolu ilə 20.000 Avro və 10.000 Avro pul göndərmişdir. Pulu göndərildikdən sonra ilin axırı maşınları göndərməli idi. Lakin nə maşınları göndərməmiş, nə də pulu qaytarmamışdır. Uzun danışıqlardan sonra 2014-cü il tarixdə o, oğlu, Vüqar, Vüqarın oğlu, Ziyafət, Elbrus Binəqədi qəsəbəsində görüşmüşlər. Vüqar oğluna demişdir ki, Litvaya qayıdır, Vasif müəllimin pulunu qaytarsınlar. Oğlunun nömrəsini götürmüşdür, lakin zənglərinə cavab verməmişdir. O da polisə, prokurorluğa şikayətlər etmişdir. 2018-ci ildə Vüqara qarşı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunmuşdur. Vüqar qətnamədən apellyasiya şikayəti vermiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuşdur. Sonra Ziyafətə qarşı Lənkəran Rayon Məhkəməsində iddia qaldırmış və birinci instansiya, apellyasiya və Ali Məhkəmə onun xeyrinə qərar çıxarmışdır. Qeyd etmək istəyir ki, ona əslində borcu olan Vüqardır, lakin köçürmələr Ziyafət vasitəsi ilə olduğuna görə Ziyafəti məhkəməyə vermişdir. Məhkəmə yuxarıda qeyd edilən şahid ifadəsinə tənqidi yanaşır və həmin şahid ifadəsini mötəbər sübut hesab etmir. Belə ki, istər iddia ərizəsində iddiaçının qeyd etdiyi məqamlara, istərsə də, şahidin ifadəsində qeyd edilən məqamlara qanuni qüvvəyə minmiş məhkəmə aktı (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-665/2023 saylı qərarı) ilə müvafiq hüquqi qiymət verilmişdir. İddia ərizəsində də, şahidin ifadəsində də həmin məhkəmə aktları sadalanmışdır. Bununla yanaşı, məhkəmə tərəfindən hazırki mülki işə baxılarkən iddiaçının öz hesabına köçürdüyü pul vəsaitlərinin cavabdeh tərəfindən şəxsən hesabdan məxaric edilib-edilməməsi məsələsi araşdırılmışdır. Məhkəmə araşdırması zamanı pul vəsaitlərinin iddiaçının adına olan hesaba köçürülməsi təsdiq olunsa da, həmin vəsaitlərin hazırki iş üzrə cavabdeh tərəfindən məxaric edilməsi təsdiq olunmamışdır. İddiaçı tərəfindən qeyd edilən halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Şahid ifadəsi isə hazırki işdə mötəbər sübut növü deyil. Eləcə də, şahidin ifadəsi subyektiv mülahizə xarakterli olub, ifadədə hər hansı mötəbər sübut növünə istinad edilmir. Nə iddiaçı, nə şahid tərəfindən cavabdehin iddiaçının hesabına köçürülmüş pul vəsaitlərini məxaric etməsinə dair sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Göründüyü kimi, iddiaçı hazırda iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları (öz adına əldə etdyi kartın cavabdehə göndərilməsi, cavabdeh tərəfindən 30.000 Avro məbləğində pul vəsaitinin məxaric edilməsi) məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddia təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 257 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş 257 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 257 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar