Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1025/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı AG Telekom MMC (K@TV1) Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin (K@TV1) kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 144.90 məbləğində zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, ödənilmiş dövlət rüsumuna görə 30.40 manat olmaqla, ümumilikdə 275.30 manat məbləğində pulun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə “Televiziya və Radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xx.xx.2005-ci il tarixdə və xx.xx.2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulur. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. AR DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 16 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi xx.xx.2001-ci il tarixdən cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2007-ci il tarixdə həmin ünvanda yaşayan cavabdehlə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2011ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2011-ci il tarixdə 21 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bu barədə 0156 L saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0156 L saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən mənzilə sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmişdir. Qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 manat və xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsəydi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Ona görə də Cavabdeh iddiaçının xeyrinə “K@TV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində abunə haqqı qismində vurulmuş zərərə görə 144,90 manatın, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün sərf olunan 100 manatın, ödənilmiş dövlət rüsumuna görə 30,40 manatın tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Cavabdeh oğlu iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, həqiqətən də 2001-ci il tarixdən ünvan 2 ünvanında yaşamışdır. 2007-2011-ci illər arasında müqavilə əsasında İddiaçı MMC-nin “K@TV 1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2011-ci il tarixdə şəbəkədən ayrılmışdır. Şəbəkədən ayrılmasına səbəb kabel aparatının xarab olması olmuşdur. Daha sonra mütəxəssis çağıraraq onu təmir etdirmiş və ödənişləri mütəmadi olaraq etmişdir. Lakin ödənişləri edən zaman rəsmi olaraq ödəniş qəbzi almamışdır. Sonradan etdiyi ödənişlərin rəsmi olaraq İddiaçı MMC-nin hesabına keçirilmədiyini və həmin əməkdaşın işdən çıxarıldığını bilmişdir. İddiaçı MMC-nin (K@TV1) nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin 16 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 381 saylı arayışdan müəyyən olunur ki, xx.xx.2001-ci il tarixdən ünvan 2 Cavabdeh adınadır, həmin mənzildə yaşamaqla daimi qeydiyyatdadır. -“Ədalət-A” hüquq firmasının əməkdaşı V.N.Qasımov, İddiaçı MMC-nin (KATV1) əməkdaşı A.N.Abdullayev, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı S.Məmmədovun iştirakı ilə tərtib olunmuş “AG Telekom MMC”-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2013-cü il tarixli L seriyalı 0156 saylı aktın surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Kaveroçkin küçəsi 21 saylı evin 214 saylı mənzilinə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş və mənzilin qapısını döyərkən qapını açan şəxs baxış keçirilməsinə icazə verməmişdir. Aktı yazıb surətini qapıya qoymuşlar. -İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, “AG Telekom MMC” ilə Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 214 saylı mənzilində yaşayan Cavabdeh arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2007-ci il tarixdə bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2011-ci il tarixədək isə son ödəməsini edərək xx.xx.2011-ci il tarixdə 21 manat borcla şəbəkədən ayrılmışdır. -İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 214 saylı mənzilinə 0156 L saylı akt tərtib olunanadək sonuncu dəfə xx.xx.2012-ci il tarixdə həmin binaya baxış keçirilmişdir. -xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 214 saylı mənzili tam mülkiyyət hüququ əsasında X1. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi istinad olunan maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh kabel şəbəkəsinə müqavilə bağlamadan qanunsuz qoşulma hadisəsi baş verdiyindən həmin hadisə nəticəsində iddiaçıya dəymiş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Bundan başqa, cavabdehin məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, o, iddiaçının dəymiş zərərin ödənilməsi ilə bağlı tələbinin təmin edilməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Məhkəmə iddiaçı tərəfindən zərərə görə hesablanmış 144.90 manat əsaslıdır və iddia ərizəsi vurulmuş zərərin miqdarına münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddiaçı tərəfindən hesablanan 100 manat xidmət haqqının cavabdehin vurulmuş zərərin miqdarına münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək iddia ərizəsinin bu hissədə qismən təmin edilməsini və cavabdehdən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 30 manat pulun tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin (K@TV1) kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 144.90 məbləğində zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 30 manat, ödənilmiş dövlət rüsumuna görə 30.40 manat olmaqla, ümumilikdə 205.30 manat məbləğində pul İddiaçı MMC-nin (K@TV1) xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin (K@TV1) kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində zərərin əvəzi olaraq 144.90 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 30 manat, ödənilmiş dövlət rüsumuna görə 30,40 manat olmaqla ümumilikdə 205.30 (iki yüz beş manat, otuz qəpik) manat məbləğində pul İddiaçı MMC-nin (K@TV1) xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1025/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1025/2023
11.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver