Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1041/2023 27.01.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum Cavabdeh cinayət işi üzrə zərərçəkmişlər İddiaçı2 dəymiş 9200 manat və İddiaçı1 Müseyib oğluna 6300 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib müəyyən etdi ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlarından görünür ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvan – Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Güney Qışlaq kəndidir. Belə olan halda, yəni cavabdehin ünvanı, Bakı şəhəri Xəzər rayonu ərazisində olmadığından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalı deyildir. İddiaçı cavabdehin Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılmasını əsas gətirməklə hazırki iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. İddiaçının cavabdehin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılmasını əsas götürməklə Xəzər Rayon Məhkəməsinə müraciət etməsinə münasibətdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan respublikası Qanununun müddəasına (maddə 9) əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında həyata keçirilə bilər. Qanunun mənasından göründüyü kimi, hətta şəxs ömürlük azadlıqdan məhrum edildikdə belə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması imperativ deyil, dispozitiv olaraq nəzərdə tutulmuşdur. Yəni müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması kimi qəbul edilə və ona qarşı verilən iddiaların məhz cəzaçəkmə müəssisəsinin yeri üzrə baxılması üçün əsas ola bilməz. Prosessual qanunvericilik bir qayda olaraq iddianın cavabdehin rəsmi qeydə alındığı məhkəməyə verilməli olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, şəxsin cəza çəkmə müəssisəsində saxlanılması ona qarşı verilən iddiaların məhz həmin cəzaçəkmə müəssisəsinin yerləşdiyi ərazi üzrə baxılması üçün əsas ola bilməz. Əvvəla, cavabdehin hansı vaxtdan, hansı müddətədək cəzaçəkmə müəssisəsində saxlanılmalı olması işdən aydın olmur. Bunun aydınlaşdırılması zəruridir. Çünki, ola bilər ki, cavabdehin cəzaçəkmə müəssisəsində saxlanılma müddətinin bitməsi ilə əlaqədar müəssisədən buraxılmış olsun. Bu halların mövcudluğu da iddianın Xəzər Rayon Məhkəməsinə verilməsini istisna edən hallardandır. İkincisi, Cəzaçəkmə Müəssisəsində müəyyən müddətə saxlanılan şəxslərə qarşı iddiaların müəssisənin olduğu yer üzrə verilməsini qanunverici MPM-in 35 yaxud 36-cı maddələrində müəyyən edə bilərdi, ancaq etməmişdir. Demək, bu əsasa görə aidiyyət qaydalarının fərqli olması nəzərdə tutulmadığından şikayət də əsaslı ola bilməz. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1041/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1041/2023
27.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver