Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-106/2024 28.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 12936.09 (on iki min doqquz yüz otuz altı dollar, 09 sent) ABŞ dolları- bundan 3120.70 (üç min yüz iyirmi dollar, 70 sent) ABŞ dolları əsas, 5124.69 (beş min yüz iyirmi dörd dollar, 69 sent) ABŞ dolları faiz, 4242.21 (dörd min iki yüz qırx iki dollar, 21 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 448.49 (dörd yüz qırx səkkiz dollar, 49 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 155.98 (yüz əlli beş manat, 98 qəpik) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək cavabdehdən LPO İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 5926,79 ABŞ dolları əsas, 5806,74 ABŞ dolları faiz, 4242,21 ABŞ dolları cərimə, xx.xx.2023-cü il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 845,39 ABŞ dolları faiz borcunun və 242,03 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 26% dərəcəsi ilə 10480 (on min dörd yüz səksən) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 8386.93 (səkkiz min üç yüz səksən altı dollar, 93 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixinədək uzadılmışdır. Kredit Müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2016cı il tarixli Əlavə Sazişə əsasən Kredit Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği 7940.55 (yeddi min doqquz yüz qırx dollar, 55 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 12936.09 (on iki min doqquz yüz otuz altı dollar, 09 sent) ABŞ dolları təşkil edir. Bundan 3120.70 (üç min yüz iyirmi dollar, 70 sent) ABŞ dolları əsas, 5124.69 (beş min yüz iyirmi dörd dollar, 69 sent) ABŞ dolları faiz, 4242.21 (dörd min iki yüz qırx iki dollar, 21 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 448.49 (dörd yüz qırx səkkiz dollar, 49 sent) ABŞ dolları faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********500 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, o, bankla arasında bağlanmış kredit müqaviləsi üzrə 2019-cu ilədək vaxtlı-vaxtında ödənişlər etmiş, sonradan müəyyən gecikmələri olmuşdur. İddiaçı banka sadəcə 5386 manat borcu vardır. Lakin, həmin borc ondan tələb olunan miqdarda deyil, onun ödənişləri daha çox olmuşdur. Ekspert rəyində göstərilən məbləğlə də razı deyildir. Hesab edir ki, əsas borc və faiz məbləği düzgün hesablanmamışdır. İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana şəxsi istehlak məqsədilə illik 26 faiz olmaqla 36 ay müddətinə qaytarmaq şərtilə 10480 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və ona hesablanmış faizləri kreditora ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndindən müəyyən olunur ki, gecikdirilən borc məbləğinə cərimə kimi illik 52 faiz dərəcəsilə, aylıq isə 4,33 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2014-cü il tarixli № ********* saylı müqaviləyə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlər borcalan tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 422,33 manat məbləğində, xx.xx.2017-ci il tarixdə isə 422,16 manat məbləğində ödənilməlidir. xx.xx.2014-cü il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2015-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, borcalana verilmiş kreditin qalıq məbləği 8386,93 ABŞ dolları təşkil edir və kreditin müddəti artırılaraq 42 ay müəyyən edilir. xx.xx.2014-cü il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2015-ci il tarixli 1 saylı əlavə sazişin ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə borclar borcalan tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 306,16 manat, xx.xx.2018-ci il tarixdə isə 299,58 manat ödənilməlidir. xx.xx.2014-cü il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixli 2 saylı əlavə sazişdən görünür ki, kreditin cəmi məbləği 7940,55 ABŞ dolları təşkil edir və kreditin müddəti artırılaraq xx.xx.2020-ci il tarixədək müəyyən edilir. xx.xx.2014-cü il tarixli № ********* saylı müqavilə üzrə xx.xx.2016-cı il tarixli 2 saylı əlavə sazişin ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödənişlər borclu tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək hər ay 149,97 manat, xx.xx.2020-ci il tarixdə isə 149,92 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı LPO İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank borcalana borcunu ödəməsini, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/4436 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı müqavilədə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə əsas borc üzrə 5926,79 ABŞ dolları, faiz borcu üzrə 4961,35 ABŞ dolları, xx.xx.2023-cü il tarixə illik 5 faiz hesablanmaqla əsas borc üzrə 5926,79 ABŞ dolları, faiz borcu üzrə 5806,74 ABŞ dolları, illik 5 faiz ilə 845,39 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9650 saylı ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 07 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə bağlanmış xx.xx.2016-ci il tarixli, Əlavə Saziş şərtləri əsas götürülməklə Hacıyev Əјdər Camal oğlunun banka olan borcu xx.xx.2020-ci il tarixədək (müqavilənin bitmə tarixi) 7075,24 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2020-сi il tarixədək əsas borc üzrə 3264,70 ABŞ dolları, faiz borcu üzrə 3810,54 ABŞ dolları. İş materiallarından göründüyü kimi, Hacıyev Əjdər Camal oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 07 iyul 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə bağlanmış xx.xx.2016-cı il tarixli, Əlavə Saziş şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il (sualda göstərilən tarix) tarixədək olan dövrün faiz borcu (müqavilə müddətinin bitdiyi tarixdən) ilik 5 faizlə hesablanmaqla banka olan borcu 7540,91 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 3264,70 ABŞ dolları faiz borcu üzrə 3810,54 ABŞ dolları, illik 5 faizlə borcu 465,67 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə iclasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatı (ekspert rəyi) iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilərək hesab edilmişdir ki, cavabdeh tərəfindən banka edilən ödənişlərin bank tərəfindən silinmə ardıcıllığı nəzərə alınmaqla cavabdehin banka olan hazırkı borcu məhz ekspertiza rəyində göstərilən məbləğdə ola bilər. Bu səbəbdən həmin ekspert rəyi cavabdehin cari borcunun müəyyən edilməsi üçün əsas götürülməlidir. Məhkəmə hər iki ekspert rəyinə birlikdə qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixli ekspert rəyi hazırkı işdə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, xx.xx.2024-cü il tarixli ekspert rəyi verilərkən tərəflər arasında bağlanmış sonuncu- xx.xx.2016-cı il tarixli saziş və bankın silinmə ardıcıllığı nəzərə alınmışdır. İddiaçı tərəf bank olduğundan kredit alanın ödədiyi məbləğlərin silinmə ardıcıllığı ancaq onun sistemi vasitəsilə düzgün müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan xx.xx.2014-cü il tarixli № ********* saylı kredit müqaviləsi, ona xx.xx.2015-ci il tarixli 1 saylı əlavə saziş və ona xx.xx.2016-cı il tarixli 2 saylı əlavə saziş əsasında cavabdeh ona verilmiş kredit məbləği üzrə əsas və faiz borcunu qaytarmamışdır. Bununla da onun banka əsas borca görə 3264,70 ABŞ dolları, faiz borcuna görə 3810,54 ABŞ dolları və borcun gecikdirilən borc üçün illik 5 faiz dərəcəsinə görə 465,67 ABŞ dolları məbləğində borcu olduğu təsdiq edilir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən 300 ABŞ dolları tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 132 manatı cavabdehdən tutulmalı, qalan 110,03 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məsələsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 3264,70 ABŞ dolları, faiz borcuna görə 3810,54 ABŞ dolları, illik 5 faiz dərəcəsinə görə 465,67 ABŞ dolları, cəriməyə görə 300 ABŞ dolları və ödənilmiş dövlət rüsumuna görə 132 manat məbləğində pul tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh əsas borca görə 3264,70 ABŞ dolları, faiz borcuna görə 3810,54 ABŞ dolları, illik 5 faiz dərəcəsinə görə 465,67 ABŞ dolları, cəriməyə görə 300 ABŞ dolları (ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə) və ödənilmiş dövlət rüsumuna görə 132 manat məbləğində pul LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumunun qalan 110,03 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, Hesab AZ34CTRE********************). Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-106/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-106/2024
28.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver