Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1072/2025 18.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8050 manat məbləğində pul vəsaiti və ödənilmiş 100,50 manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki mülki iddia tələbi üzrə iddiaçı "xxxx" Group MMC ilə Cavabdeh arasında 10 avqust 2022-ci il tarixli, 0061 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh 1800 manat ilkin ödəniş olunmaqla 24 ay müddətinə 510 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin iş üzrə Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə bağlandığı vaxtdan iddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş cihazı cavabdehə təhvil versə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və nəticədə 8050 manat borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair 03 may 2024cü il tarixli 061 nömrəli xəbərdarlıq məktubu göndərilsə də, heç bir müsbət nəticə əldə olunmadığına görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəbdən də Cavabdeh 8050 (səkkiz min əlli) manat məbləğində pul vəsaiti və məhkəməyə müraciət üçün ödənilmiş 100.5 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" X1 Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan qiyabi icraat qaydasında keçirilməsini və təqdim olunmuş maliyyə arayışı əsasında iddia tələbinin təmin olunması barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbələrini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 0061 saylı icarə müqavilədən görünür ki, müqavilədə nəzərdə tutulmuş 1800 manat ilkin ödəniş kimi ödənilir, sonrakı 24 ay 510 manat olmaqla ödəniləcəyi nəzərdə tutulur. (Müqavilə 3.2) Hesablaşma müqavilədə göstərilmiş icarəyə verənin hesablaşma hesabına köçürmə yolu ilə aparılır və ya nağd qaydada ödənilə bilər. Ödənişlər vaxtında olunarsa, sonda cihaz icarəyə götürənə qalır. (Müqavilə 3.3). Müqavilə ilə nəzərdə tutulmamış əlavə xidmətlər tərəflərin razılığı ilə bu müqavilənin tərkib hissəsini təşkil edəcək əlavələr əsasında ödənilir. (Müqavilə 3.4). Müqavilə imzalandığı gündən əlavədəki mallar və xidmətlər təhvil təslim edilmişdir. (Müqavilə 3.5). İcarəyə götürən cihazı geri qaytarmaq istədikdə əsaslı səbəb olmalıdır. Hər ay üçün 1500 manat satıcının hesabına ödənilir. 30 gün müddətində ödəniş gecikərsə, cihaz qeyr-şərtsiz geri alınacaq. Gecikdirilmiş hər günə görə məbləğin 0,5 % əlavə cərimə hesablanacaq. (Müqavilə 3.6). Cihazın yerdəyişməsi yalnız şirkət tərəfindən həyata keçirilə bilər. Ödəniş isə 200 manatdır. (Müqavilə 3.7). Bu müqavilə 24 ay müddətinə bağlanmışdır. (Müqavilə 3.8) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilmiş elektron çıxarışdan görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 7 ünvanı, VÖEN-i ********** və qanuni təmsilçisi Nümayəndə1 olan İddiaçı MMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan maliyyə arayışının əslindən görünür ki, Cavabdeh 10 avqust 2022-ci il tarixli, 0061 saylı icarə müqaviləsi üzrə qalıq borcu 8050 manat məbləğindədir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024cü il tarixli, 061 saylı xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 06 yanvar 2025-ci il tarixli, ********** saylı ödəniş qəbzin surətindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 100,5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 0061 saylı icarə müqaviləsi üzrə Cavabdeh üzərinə düşdüyü öhdəliyi yerinə yetirməmiş, nəticədə onun cəmiyyətə 8050 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, cavabdeh borc barədə xəbərdar olunmuşdur. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh ilə 10 avqust 2022-ci il tarixli, 0061 saylı icarə müqaviləsi imzalamış, cavabdeh şirkətdən 14040 manat məbləğində cihaz təhvil almış, lakin xəbərdarlıqlara baxmayaraq şirkətə aylıq ödənişləri etməmişdir. Hazırda Cavabdeh müqavilədən irəli gələn öhdəliyin icra edilməməsi səbəbindən 10 avqust 2022-ci il tarixli, 0061 saylı icarə müqaviləsi üzrə 8050 manat borcun və ödənilmiş 100,5 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsi adlandırılsa da, lakin mahiyyət etibarı həmin müqavilə nisyə alqı-satqı müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəllənin (Bundan sonra MM-in) 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, müqavilə üzrə yaranmış borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən “Tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1). Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsas borc hissəsində əsaslı hesab edilərək təmin olunmalı, Cavabdeh müqavilə üzrə yaranmış 8050 manat məbləğində borc tutularaq İddiaçı MMC-nin ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, «Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları və miqdarı qanuna müvafiq olaraq müəyyən edilir». İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı hazırki işin məhkəmədə baxılması üçün dövlət büdcəsinə 100,5 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, Cavabdeh 10 avqust 2022-ci il tarixli, 0061 saylı icarə müqaviləsi üzrə 8050 (səkkiz min əlli) manat məbləğində pul vəsaiti və 100,5 (bir yüz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 10 avqust 2022-ci il tarixli, 0061 saylı icarə müqaviləsi üzrə 8050 (səkkiz min əlli) manat məbləğində pul vəsaiti və 100,50 (bir yüz manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №e-2(003)-1072/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-1072/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver