Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1102/2023 31.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin və debitor borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya vurulmuş 10201,66 manat məbləğində zərərin, debitor borc üzrə 961,78 manat və ödənilmiş 123,49 manat dövlət rüsumu olmaqla, cəmi 11286,93 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin "xxxx" Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 03-13220 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Abonentin ünvanına İddiaçı İB-nin Bakı X10 Departamenti tərəfindən **********00000 saylı abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd olunan müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”-nın 6.5-ci bəndinin tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib edilmiş aktlar: -xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 476 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 622,80 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 69,20 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 256,20 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 182 manat; -xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 426,60 manat; -xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; -xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; -xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; -xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 127,90 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 892,80 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat; -xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; -xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat olmaqla, cəmi 10201,66 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2016-cı il üzrə 749,60 manat sərfiyyat borcu, 2020-ci ilin martnoyabr-dekabr ayları üzrə 4 manat sərfiyyat borcu, 2021-ci ilin aprel ayı üzrə 1 manat sərfiyyat borcu, 2022-ci ilin iyul-dekabr ayları üzrə 153 manat sərfiyyat borcu və limitdən əlavə 6 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar ayı üzrə 70,68 manat sərfiyyat borcu olmaqla, cəmi 984,28 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin mart ayından 2023-cü ilin yanvar ayına qədər cavabdeh 22,50 manat məbləğində ödəniş etmişdir. Qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 961,78 manat debitor borcu da qalmışdır. Beləliklə, cavabdehin Birliyə borcu hazırda abonentin saldosu və gazrep üzrə ümumi 11163,44 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 iddia tələbini qismən etiraf edərək izahatında göstərdi ki, ünvan 2 ünvanı cavabdehin babasının mülkiyyətində olmuşdur və sayğac da onun adına olmuşdur. Həmin evdə qeyri qanuni istifadə təxminən 01-02 il ərzində olmuşdur. Həmin müddətlər ərzində isə qeyd edilən miqdarda borc absurd olmaqla yanaşı ağlabatan deyildir. Cavabdehin babası X3 2021-ci il 12 oktyabr tarixində, atası X4 isə xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Cavabdehin babasının vəfat etdiyi 2021-ci ilin oktyabr ayından 2022-ci il iyun ayının 22-dək həmin ünvanda heç kəs yaşamamışdır. Həmin tarixlər arasında tərtib edilmiş aktlar tam olaraq əsassızdır. Qış aylarında aylıq sərfiyyat 70-80 manat, yay aylarında isə 10-20 manat olur. Bu səbəbdən də, əlavə sərfiyyat kimi 2000-2200 manat hissədə borcu qəbul edir. Eyni zamanda debitor borc kimi 961,78 manat borcu da qəbul edirlər. Daha sonra cavabdeh müraciət edərək sayğacı öz adına keçirmişdir. Lakin, sayğac elektron olmadığına görə onun dəyişdirilməsi üçün müraciət edilsə də ,yalnız 2 ay sonra əməkdaşlar gələrək sayğacı dəyişdirmişlər. Cavabdeh tərəfindən borcun etirafı ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə etibarsızdır. Belə ki, həmin ərizənin surətindən görünür ki, ərizə şablon formada (blankda) yazılmış və imzalanmışdır. İmzalandıqdan sonra borc məbləği yazılmışdır. Həmin məbləği qətiyyət qəbul etmirlər. Qeyd edilənlərə əsasən iddia tələbinin qismən təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı İstehsalat Biriliyinin Bakı X10 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. - Cavabdehin adına olan abonent saldosundan və “Gasrep” hesabdan çıxarışdan ( abonent kodu **********00000) görünür ki, cavabdehin abonent hesabına aktlar əsasında 2017-ci ilin dekabr ayında 476 manat, 2018-ci ilin yanvar ayında 622,80 manat , 2018-ci ilin fevral ayında 69,20 manat, 2018-ci ilin mart ayında 256,20 manat, 2018-ci ilin aprel ayında 182 manat, 2018-ci ilin may ayında 64,80 manat, 2019-cu ilin noyabr ayında 426,60 manat, 2019-cu ilin dekabr ayında 295,20 manat, 2020-ci ilin yanvar ayında 295,20 manat, 2020-ci ilin fevral ayında 295,20 manat, 2020-ci ilin mart ayında 127,90 manat, 2021-ci ilin fevral ayında 885,60 manat, 2021-ci ilin mart ayında 295,20 manat, 2021-ci ilin oktyabr ayında 892,80 manat, 2021-ci ilin noyabr ayında 648 manat, 2021-ci ilin dekabr ayında 648 manat, 2022-ci ilin yanvar ayında 648 manat, 2022-ci ilin fevral ayında 648 manat, 2022-ci ilin mart ayında 734,40 manat və 2022-ci ilin aprel ayında 669,60 manat zərər və 961,78 manat debitor borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş üzrə cavabdehdən tələb olunan borc məbləğinin əsasını onun tərəfindən dəfələrlə, yəni 2017-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayınadək təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktının müəyyən edilməsi barədə tərtib edilmiş aktların təşkil etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair (cavabdehin etiraf etdiyi haldan başqa) hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməməklə, həmin illərdə tərtib edilmiş aktların əsaslı olması müəyyən edilməmişdir. Belə ki, həmin aktlardan başqa, cavabdehin qazdan istifadə qaydalarının pozulması ilə bağlı halların mövcüdluğunu təsdiq edən digər təsdiqedici sübutlar məhkəməyə təqdim edilməmiş və işin halları ilə də müəyyən edilməmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlar ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, aktlar tərtib edildiyi zaman istehlakçının iştirakı təmin edilməmiş, quraşdırılmış avadanlıqlara baxış keçirilmədən istehlakçı tərəfindən təbii qazdan istifadə edilməsi üçün hansı avadanlıqlardan istifadə oluması müəyyən edilməmişdir. Ümumiyyətlə, aktlar tərtib edilən zaman həmin ünvanın mülkiyyətçisi cavabdehin babası olmuş, cavabdehin sayğacdan kənar qaz xətti barədə məlumatı olmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatı, onun tərəfindən etiraf edilən məbləğdə nəzərə alınmalı və bu hal cavabdehin sayğacdan kənar təbii qazdan istifadəni təsdiq edən sübut kimi qəbul edilməlidir. Belə ki, cavabdeh həmin hissədə etirafedici izahat verməklə iddiaçını bu hissədə sübut etmə yükündən azad etmişdir. Buna görə də həmin halın iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, etiraf olunan məbləğdən başqa, digər aktlar tərtib edilməsinə əsas olmuş hallar sübut olunmadığından həmin aktlar əsasında cavabdehdən dəymiş ziyanın tələb edilməsi əsassızdır. Məhkəmə müəyyən edilmiş halı nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən 2017-ci il tarixdən 2021-ci il tarixədək təbii qazdan qeyri-qanuni xətt vasitəsilə istifadə etməsi nəticəsində iddiaçıya 2200 manat dəyərində zərər dəymişdir. Məhkəmə iddianın debitor borc hissəsinə münasibətdə hesab edir ki, bu hissədə iddia tələbi əsaslıdır. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən də həmin ünvanda yaşayan zaman quraşdırılan sayğacdan istifadəyə görə 961,78 manat borcun yaranması etiraf edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehin hərəkəti nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olan, yəni cavabdehin etiraf etdiyi hissədə kənar xətt vasitəsilə istehlak etdiyi qaza görə 2200 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 123,49 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 51,61 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belələliklə məhkəmə, yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməklə vurulmuş zərərə görə 2200 manat, debitor borca görə 961,78 manat və ödənilmiş dövlət rüsumuna görə 51,61 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 2200 manat, debitor borca görə 961,78 manat və ödənilmiş dövlət rüsumuna görə 51,61 manat tutularaq İddiaçı "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153 VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 71,88 manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1102/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1102/2023
31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver