Məhkəmə qərarları › İş №e-2(003)-111/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(003)-111/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-111/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası DİN-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası DİN-nin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası DİN Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-027 nömrəli video müşahidə kamerasına dəymiş ziyanın ödənilməmiş hissəsi – 1306 (min üç yüz altı) manat məbləğində pulun cavabdehdən tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə 02:40 radələrində Cavabdeh etibarnamə ilə idarə etdiyi “Khazar SD” markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobillə ön qeydiyyat nişanı olmadan Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə S.Rəhimov küçəsinin kəsişməsində yol ayrıcına daxil olarkən işıqforun qadağanedici işığınının tələblərini pozaraq “X6” MMC-yə məxsus X2 etibarnamə ilə idarə etdiyi “X5” markalı **-JB-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-027 nömrəli video müşahidə kamerasının dirəyi əzilərək video müşahidə nöqtəsinə maddi ziyan dəymişdir. Cavabdeh barəsində İXM-nin 342.7, 327.2-maddələri ilə inzibati tənbeh görülərək protokol tərtib edilmişdir. İşə əlavə olunmuş materiallardan aydın olur ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-027 nömrəli video müşahidə kamerasına xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində zərər görmüşdür. "xxxx" MMC tərəfindən video müşahidə nöqtəsinə dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən akta əsasən maddi zərər aşağıdakı kimi müəyyən edilmişdir: 1. 1 (bir) ədəd dirək–yenisi ilə əvəz olunmalı – 2040 manat, 2. Nöqtənin sökülməsi, yenidən bərpa edilməsi, işçilik və nəqliyyat – 649 manat, ümumilikdə hadisə zamanı video müşahidə nöqtəsinə dəyən maddi zərər məbləği 2689 manat təşkil etmişdir. Əmlak sığortalı olduğu üçün dəymiş ziyanın 1383,97 manat hissəsi Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənildiyini nəzərə alaraq, qalan 1306 azn məbləğində dəymiş ziyan cavabdehdən tutularaq Daxili İşlər Nazirliyinə ödənilməlidir. Cavabdehin təqsirli hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin əmlakına zərər vurulması mübahisəsizdir və yol-nəqliyyat hadisəsi zamanı video müşahidə nöqtəsinə ciddi zədələrin vurulması iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə də aşkar müəyyən olunur. Cavabdeh mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıdığından, 1306 manat məbləğində maddi zərər cavabdehdən tutularaq DİN-nin hesabına köçürülməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası DİN-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hadisə nəticəsində DİN-ə məxsus Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-027 nömrəli video müşahidə kamerasına dəymiş ziyan 2689 manat olmuş, həmin ziyandan 1383,0 manat olan hissəsi sığorta şirkəti tərəfindən ödənilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş, məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-in 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-111/2024 saylı qərardadı ilə İddiaçı Azərbaycan Respublikası DİN-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia üzrə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə “X5" markalı, **-JB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakı şəhəri Xətai rayonu N.Tusi küçəsi ev 12 mənzil 27-də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu R.Bağırov küçəsi ev 28/1-də yaşayan X3 izahatında bildirmişdir ki, “xx.xx.2022-ci il tarixdə təxminən saat 02:40 radələrində “X6” MMC-yə məxsus idarə etdiyim “X5" markalı **-JB-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu S.Rəhimov küçəsi ilə üzü R,Behbudov küçəsi istiqamətinə işıqforun yaşıl işığında təxminən saatda 40 km surətlə hərəkət edərək yol ayrıcına daxil oldum və bu zaman sağdan işıqforun qadağanedici '‘QİRMİZİ" işığında R.Behbudov küçəsi ilə hərəkət edən sonradan mənə məlum olan “Khazar" markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh idarə etdiyi avtomobil ilə işıqforun qadağanedici "QİRMİZİ" işığının tələblərinə riayət etməyərək yol ayrıcına daxil olduğu üçün toqquşduq. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı digər avtomobilin sürücüsü xəsarət aldığı üçün istiqamət üzrə hərəkət edən avtomobil ilə xəstəxanaya apardılar.” Qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə “Khazar SD1’ markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakı şəhəri Nərimanov rayonu Ə.Əlizadə küçəsi ev 3 mənzil 14-də qeydiyyatda olan və yaşayan Cavabdeh izahatında bildirmişdir ki, “xx.xx.2022-ci il tarixdə təxminən saat 02;40 radələrində etibarnamə ilə idarə etdiyim “Khazar SD" markalı **-PU-*** dövlət nömrə nişanlı avtomobil ilə qabaq nömrə nişanı olmadan Bakı şəhəri Nəsimi rayonu R.Behbudov küçəsi ilə üzü S.Rəhimov küçəsi istiqamətinə hərəkət edirdim və fikirli olduğumdan işıqforun qadağanedici “QİRMİZİ" işığında yol ayrıcına daxil oldum və S.Rəhimov küçəsi ilə hərəkət edən sonradan mənə məlum olan “X6” MMC-yə məxsus “X5” markalı **-JB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X2 idarə etdiyi avtorBohil ilə toqquşduq. Baş vermiş hadisə zamanı mən xəsarət almadım.” İş materiallarında olan TP seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM 342.7 və 327.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, “Video Müşahidə” nöqtəsinə zərər dəymiş, 1 ədəd dirəkin yenisi ilə əvəz olunması 2040 manat, 1 ədəd dirəyin bərpası üçün görülən işlər 649 manat müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC 1383,37 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5951 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən baş vermiş yol-nəqliyyat hadisəsi DİN-ə məxsus Təhlükəsiz Şəhər Xidmətinin TŞ 3-027 nömrəli video müşahidə kamerasına dəymiş zərərin məbləği 2689,0 manat müəyyən edilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən idarə edilən zaman məhz onun tərəfindən vurulduğundan, vurulmuş ziyanın məbləği 2689,0 manat müəyyən edilmiş, həmin maddi ziyanın 1383,97 manatı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ödənildiyindən, ödənilməmiş qalan 1306 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də iddiaçıya məxsus Təhlükəsizlik Xidmətinin TŞ 3-027 nömrəli video müşahidə kamerasına dəymiş ziyan bilavasitə Cavabdeh tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən iddiaçıya məxsus işıq dirəyinə dəymiş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçıya məxsus Təhlükəsizlik Xidmətinin TŞ 3-027 nömrəli video müşahidə kamerasına vurması, məhkəmə iclasında verilmiş izahat, inzibati xəta törətməsinə dair tərtib edilmiş qərarla, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edildiyindən, iddia təmin edilməli olduğundan, iddiaçı isə dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmə xərcinə daxil olan 33,06 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. 1306 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilsin. 33,06 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar