Məhkəmə qərarları › İş №e-2(003)-1119/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1119/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1119/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 2215 manat məbləğində pulun, dövlət rüsumunun (42 manat) və əlavə artan dəbbə pulu hesablanıb alınaraq mənə verilməsinə dair barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdırlar ki, 03 iyul 2024 tarixində Renault Clio markalı, **-RH-*** nömrəli şəxsi maşınımı “Tap.az” saytına yerləşdirmişdir. Həmin gün Cavabdeh onunla əlaqə saxlayaraq görüşmüş, görüş zamanı günlük 30 manatdan şifahi razılığa gələrək maşını kirayə vermişdir. Rəsmiləsdirərkən qazi eyni zamanda Sərhəd Qoşunlarının baş leytenantı olduğunu və şəxsiyyət vəsiqəsinin hərbi hissədə saxlanıldığını deyərək onu aldatmışdır. Bu səbəblə 58 saylı notariusda rəsmiləşdirmə baş tutmamışdır. Maşını verərkən təkərləri və akkumulyatoru yeniləmək üçün kartdan karta və günlük kirayə haqqı çıxaraq 400 manat ödəmişdir. Daha sonralar ölkə xaricində olduğu üçün görüşə bilməmiş sadəcə telefonla əlaqə saxlamışdır. 23 noyabrda 680 manatdan ibarət 15 ödənilməmiş cəriməsi və maşına həbs xəbərdarlığı olduğu üçün Azərbaycana gəlmək məcburiyyətində olub maşını götürmüşdür. Cərimələri tanımadığı X2 adında şəxsə qanunsuz şəkildə yazdırmışdır. Maşını təhvil alarkən iki köhnə təkərin hələ də maşının üzərində, digər iki təkərin də böyük ölçüdə və köhnə təkər olduğunu görmüşdür. Təklər fərqli ölçüdə olduğu üçün maşının alt detalları (Xadavoy) ciddi şəkildə zərər görmüşdür. Eyni zamanda aşağıda sadaladığı zərərləri vurmuşdur. Xadavoy (70) • Akkumulyator dəyişməmiş(80 manat), • Təkər və pacevnik (470) • Arxa sağ və sol hissələrdən batıqlar(100), • Ön və arxa buferlərdə dərin və böyük cızıqlar(200), • Ön faralarda cızıqlar(20), • Maşında aktiv xətalar(150), • İşıq kulçater qırığı (70), • Cərimə (680+) • Günlük ödəniş (375) Ümumilikdə 2215 manat maşınıma ziyan vuraraq qaçmışdır. Cərimələr ödənilmədiyi üçün hər gün üzərinə 1% dəbbə pulu gəlməkdə davam edir. Azərbaycana gəldikdən sonra 5 gün ərzində cavabdeh şəxsi tapa bilməmişdir. Maşını dostundan göndərərkən qazi olmadığını və ondan gizləndiyi üçün telefonu açmadığını öyrənmişdir. Atasını tapıb dediyi üçün də onu polislə hədələmişdir. Bununla bağlı səs yazıları da mövcuddur. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən iddia tələbinin dəyişdirilməsinə dair ərizəsi verərək Cavabdeh cərimə və ona hesblanmış dəbbə pulu ilə bərarbər 876,4 manat və 42 manat rüsumun İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə verdiyi izahatında bildirdi ki, İddiaçı özünə məxsus avtomobili hər gün 30,0 manat ödəmək şərti ilə şifahi razılaşma əsasında cavabehdehə icarəyə vermişdir. Avtomobil 2024-ci ilin iyul ayında cavabdehə verilmiş, lakin cavabdeh icarə ödənişlərini etmədiyindən 2024-cü ilin noyabr ayında ondan alınmışdır. Avtomobil cavabdehə verilərkən təkərləri köhnə olduğu üçün cavabdehin kart hesabına 160,0 manat pul vəsaiti köçürülmüşdür ki, təkərləri yeniləsin. Lakin avtomobil geri alınarkən avtomobilin üzərində köhnə təkərlər olmuşdur. Bundan başqa avtomobil geri alınarkən avtomobilin cavabdehdə olduğu dövrdə cərimə borcları olmuşdur. Həmin cərimələr onlar tərəfində ödənilmişdir.İddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəqliyyat vasitəsinin itifadəsinə dair Etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Renault Clio markalı, **-RH-*** nömrəli avtomobil Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. Pul köçürmələri barədə qəbzin sürətindən görünür ki, 416973******8256 saylı kart hesabından 409858******0580 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 160,0 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə olunmasına dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 327.1-ci maddəsi ilə 40,0 manat cərimə olunmuş (EQ22511824 saylı protokol), həmin məbləğə 17,20 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1-819744056 nömrəli qəbzin surətindən görünür ki, EQ22511824 saylı protokol əsasında hesablanmış cərimə üçün 57,2 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə olunmasına dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə 20,0 manat cərimə olunmuş (EQ23944820 saylı protokol), həmin məbləğə 2.4 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan 05.12.224-cü il tarixli **********1 nömrəli qəbzin surətindən görünür ki, EQ23944820 saylı protokol əsasında heablanmış cərimə üçün 22.60 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə olunmasına dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə 20,0 manat cərimə olunmuşdur (EQ24529028 saylı protokol) İş materiallarında olan olan xx.xx.2025-ci il tarixli 1-778844679 nömrəli qəbzin surətindən görünür ki, EQ24529028 saylı protokol əsasında heablanmış cərimə üçün 27,20 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə olunmasına dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 328.2-ci maddəsi ilə 50 manat cərimə olunmuşdur (EQ24345763 saylı protokol) İş materiallarında olan olan xx.xx.2025-ci il tarixli **********9 nömrəli qəbzin surətindən görünür ki, EQ24345763 saylı protokol əsasında heablanmış cərimə üçün 73,50 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə olunmasına dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 327.1-1-ci maddəsi ilə 100 manat cərimə olunmuş (EQ23851398 saylı protokol), həmin məbləğə 5 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli **********2 nömrəli qəbzin surətindən görünür ki, EQ23851398 saylı protokol əsasında heablanmış cərimə üçün 90 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə olunmasına dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 346-1.1-ci maddəsi ilə 20,0 manat cərimə olunmuş (AYN0681651 saylı protokol) həmin məbləğə 6.2 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan olan xx.xx.2024-cü il tarixli **********5 nömrəli qəbzin surətindən görünür ki, AYN0681651 saylı protokol əsasında heablanmış cərimə üçün 26.40 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə olunmasına dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə 20,0 manat cərimə olunmuş (EQ23580648 saylı protokol) həmin məbləğə 6.2 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan olan xx.xx.2024-cü il tarixli **********5 nömrəli qəbzin surətindən görünür ki, EQ23580648 saylı protokol əsasında heablanmış cərimə üçün 26.40 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə olunmasına dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 346.1-ci maddəsi ilə 20,0 manat cərimə olunmuş (EQ22688861 saylı protokol) həmin məbləğə 8,6 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan olan xx.xx.2025-ci il tarixli **********2 nömrəli qəbzin surətindən görünür ki, EQ22688861 saylı protokol əsasında heablanmış cərimə üçün 28,60 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimələrinə dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 327.1-ci maddəsi ilə 40,0 manat cərimə olunmuş (EQ22725873 saylı protokol) həmin məbləğə 17,2 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan olan xx.xx.2025-ci il tarixli **********6 nömrəli qəbzin surətindən görünür ki, EQ22725873 saylı protokol əsasında heablanmış cərimə üçün 57,20 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə olunmasına dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 328.1-ci maddəsi ilə 10,0 manat cərimə olunmuş (EQ22844362 saylı protokol) həmin məbləğə 4,3 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan olan xx.xx.2025-ci il tarixli 1-820182742 nömrəli qəbzin surətindən görünür ki, EQ22844362 saylı protokol əsasında heablanmış cərimə üçün 14,30 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə olunmasına dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 327-1.1-ci maddəsi ilə 100,0 manat cərimə olunmuş (EQ22852632 saylı protokol) həmin məbləğə 43,0 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan olan xx.xx.2025-ci il tarixli 1-82018948 nömrəli qəbzin surətindən görünür ki, EQ22852632 saylı protokol əsasında heablanmış cərimə üçün 143,0 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimələrinə dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 327.2-ci maddəsi ilə 100,0 manat cərimə olunmuş (EQ23816211 saylı protokol) həmin məbləğə 32,0 manat dəbbə pulu hesablanmışdır. İş materiallarında olan olan xx.xx.2025-ci il tarixli 1-820195227 nömrəli qəbzin surətindən görünür ki, EQ23816211 saylı protokol əsasında heablanmış cərimə üçün 132 manat ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin cərimələrinə dair sənədin sürətindən görünür ki, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə İXM-nin 346-1.1-ci maddəsi ilə 20 manat cərimə olunmuş (AYN0721759 saylı protokol) həmin məbləğə 2 manat endirim hesablanmışdır. İş materiallarında olan olan xx.xx.2025-ci il tarixli 1-820200396 nömrəli qəbzin surətindən görünür ki, AYN0721759 saylı protokol əsasında heablanmış cərimə üçün 18,0 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması və toplanmış sübutlardan müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən özünə məxsus Renault Clio markalı, **- RH-*** dövlət qeydiyyat nişanlı avtomobilini aralarında olan şifahi razılaşmaya əsasən gündəlik 30,0 manata cavabdehin itifadəsinə vermişdir. Qeyd olunan avtomobil 2024-cü ilin iyul ayından 2024-cü ilin noyabr ayınadək cavabdehin istifadəsində olmuşdur. Avtomobil cavabdehin istifadəsində olduğu müddətdə yol hərəkəti haqqında qanunun tələbləri pozulduğundan İXM-nin müvafiq maddələri ilə cərimə olunmuşdur. Qeyd olunan cərimələrə görə iddiaçı tərəfindən ümumilikdə 716,40 manat cərimə ödənilmişdir. Həmçinin iddiaçı tərəfindən kart hesabından cavabdehin kart hesabına 160,0 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: -8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ilk öncə iddia tələbinin cavabdehin itifadəsinə verilmiş avtomobilə yeni təkərlərinin alınması barədə verilmiş 160 manat pul tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, 160 manat məbləğdə pulun cavabdeh tərəfindən istifadəsinə verilmiş avtomobilin köhnə təkərlərinin yenisi ilə əvəzlənməsinə görə iddiaçıdan alınmasına baxmayaraq, cavabeh nə avtomobilin təkərlərini yenisi ilə əvəzləmiş, nə də həmin məbləğdə pulu iddiaçıya qaytarmamışdır. Bununla da müəyyən edilir ki, cavabdeh hər hansı bir əsası olmadan iddiaçıya məxsus əmlakı (pul məbləğini) özündə saxlamaqla əsassız varlanmışdır (əmlak əldə etmişdir). Həmçinin məhkəmə, iddiaçıya məxsus avtomobilin cavabdehin istifadəsində olan dövrdə yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması nəticəsi barəsində cərimə növündə inzibati tənbehlərin tətbiq edilməsini, bu cərimələrin onun tərəfindən ödənilməməsini, cərimələrin ödənilməməsi halının sonradan avtomobildən istifadənin məhdudlaşdırılmasına səbəb olmasını ehtimalını və bu ehtimala görə iddiaçının məcburiyyət qarşında qalaraq cavabdeh tərəfindən ödənilməyən ümumilikdə 716,40 manat cərimə məbləğlərinin ödənilməsini nəzərə alaraq hesab edir ki, həmin məbləğdə pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunaraq iddiaçının xeyrinə cavabdehdən 876,40 manat (160 mant + 716,40 manat) məbləğində pul tutulmalıdır. Həmçinin iddia tələbinin təmin edilməsini, həmçinin iddia tələbinin 876,40 manat məbləğində olmasını, iş üzrə ödənilmiş dövlət rüsumunun məbləğinin 42,15 manat olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumuna görə 30 manat cavabdehdən tutularaq iddiaçıya verilməli, artıq ödənilmiş dövlət rüsumuna görə 12,15 manat iddiaçının özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 876,4 manat məbləğində pul, 30 manat dövlət rüsumu, cəmi 906,4 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. 42,15 manat (********** nömrəli qəbz) məbləğində ödənilmiş dövlət rüsumununun 12,15 manat artıq hissəsi İddiaçı qaytarılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar