Məhkəmə qərarları › İş №e-2(003)-1131/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1131/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1131/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tariхli, 2023/00122-01 №-li kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 34700,00 manat məbləğində qalıq, ona hesablanmış 5670,48 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000,00 manat məbləğində dəbbə pulu, cəmi 41370,48 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 215 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 30,43 kv.m ümumi sahədən ibarət olan mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 38000 manat məbləğində müəyyən olunmaqlaaçıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti kreditin əsas borcu üzrə 34700,00 manat məbləğində qalıq, ona hesablanmış 5670,48 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000,00 manat məbləğində dəbbə pulu, cəmi 41370,48 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 215 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsinə dai qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT ASC ərizə ilə məhkəməyə müraciət edərək, iddianın baxılmamış saxlanılaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını və ərizəni araşdırıb, hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, “İddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (maddə 259.0.11). İddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər” (maddə 260.1, 260.6). Məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin baxılmamış saxlanılması barəsində ərizə verdiyindən və digər tərəf işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyi, işin baxılmasını tələb etdiyi barədə məhkəməyə məlumat vermədiyi üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehlərdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 200 manat məbləğindədir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanıldığından iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı BOKT ASC-i qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Belə ki, o, ərizə ilə məhkəməyə müraciət edərkən cəmi 215,0 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ləğv prosesində olan İddiaçı BOKT ASC tərəfindən xx.xx.2024-cü il tarixdə **********33 nömrəli qəbzlə ödənilmiş 215,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınıb ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixdə **********33 nömrəli qəbzlə ödənilmiş 215,0 manat dövlət rüsumu dövlət büdcəsindən alınaraq ləğv prosesində olan İddiaçı BOKT ASC-yə qaytarılsın. Ekspertiza xərci kimi 200,0 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ********************, SWİFTBİK CTREAZ 22) hesabına ödənilsin. Qərardad tərəf(lər)ə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar