Məhkəmə qərarları › İş №e-2(003)-1139/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1139/2025

16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1139/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi” tələbinə dair ilkin iddiasına; Cavabdeh İddiaçınə qarşı pozulmuş “istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı "Azəriqaz”’İB-yə vurulmuş 15009,45 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 136.23 manat məbləğində dövlət rüsumunun və ümumilikdə isə 15545.68 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent HaşumovCeyhun Əliyulla oğlu arasında xx.xx.2017-ci il tarixində T-17168 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı; İB-nın Bakı RegionalQazın Satışı Departamenti tərəfindən **********00030 Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları"nın tələblərinə əməl etmək) və "X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans vəistismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 2016-ci il üzrə 2 akt olmaqla cəmi 3113.10 manat, 2018-ci il üzrə 1 akt olmaqla cəmi 562 manat, 2021 -ci il üzrə 1 akt olmaqla cəmi 2448 manat, 2022-ci il üzrə 1 akt olmaqla cəmi 2592 manat, 2023-ci il üzrə 1 akt olmaqla cəmi 6220.80 manat, ümumilikdə 14935,9 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymişolduğu müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 73.55 manat məbləğində qaz sərfiyatı debitor borcu olmuşdur. Cavabdeh İddiaçınə qarşı pozulmuş istehlakçı hüquqlarının müdafiəsi və borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddia üzrə iddianın təmin edilərək İddiaçı tərəfindən ünvan 2 ünvanı üzrə (abonent kodu **********00030) əsassız hesablanmış 15009,45 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı "Azəriqaz”İB-nə vurulmuş 15009,45 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun iddiaçı tərəfindən ödənilmiş 136,23 manat dövlət rüsumunun, ümumilikdə isə 15545,68 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmədə iddia qaldırmışdır.Qeyd etmək istəyir ki, bu iddia tamamilə qanunsuz və əsassızdır. Belə ki, onun tərəfindən qaz ümumiyyətlə istifadə edilmir və qanunsuz qaz xəttinə qoşulma yoxdur və heç vaxt olmayıb. Nəticədə İddiaçı İB-yi dəfələrlə əsassız ona cərimə aktları tərtib etmiş və nəticədə 15009,45 manat məbləğində borc pul yazılmışdır. Göstərilənlərin nəzərə alaraq, qarşılıqlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3161/2024 nömrəli iş üzrə 4 oktyabr 2024-cü il tarixli qərardadı ilə mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3161/2024 nömrəli iş üzrə 28 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6603/2024 nömrəli 20 noyabr 2024-cü il tarixli qəradadı ilə, məhkəmə aidiyyəti ilə bağlı verilmiş şikayətlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən deyil, kassasiya instansiyası məhkəməsi tərəfindən baxılmalı olduğu üçün şikayətin icraata qəbul edilməsi barədə qərardadı ləğv edilmiş, iş apellyasiya baxışından çıxarılaraq müvafiq prosessual hərəkətlərin edilməsi üçün həmin1 məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1139/2025 nömrəli iş üzrə 22 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət baxılması üçün işlə birlikdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1081/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-3161/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilmiş və iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə məsələnin yenidən müzakirəsi üçün həmin məhkəməyə göndərilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbinin təmin olunmasını xahiş etdi. Eyni zamanda izahatında bildirmişdir ki, cavabdeh qaz xəttindən istifadə etmir və onun tərəfindən qaz xəttinə qanunsuz qoşulma halları heç vaxt olmamışdır. İş materiallarına əlavə olunan foto şəkillər onun evinə aid deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli və qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00030 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh) 2016cı ilin yanvar ayında 2916 manat, 2016-cı ilin noyabr ayında 197,10 manat, 2018-ci ilin yanvar ayında 562 manat, 2021-ci ilin fevral ayında 2448 manat, 2022-ci ilin fevral ayında 2592 manat, 2023-cü ilin mart ayında 6220,80 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin qaz xəttində kəsik olduğu üçün əlavə olaraq kənar xətdən rezin boru ilə tıbii qaz xəttinə qoşularaq istifadə edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasınadair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00030 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 1971 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonentin qaz xəttində kəsik olduğu üçün əlavə olaraq kənar xətdən rezin boru ilə tıbii qaz xəttinə qoşularaq istifadə edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00030 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 2810 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdankənar qeyri-qanuni olaraq istixanada istifadə edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00030 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 21600 kub.metr qaz itkisi hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan kənar xətt vasitəsi ilə istifadə edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00030 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 21600 kub.metr qaz itkisi hesablanmışdır. Məhkəmə 16 aprel 2025-ci il tarixdə yerində müayinə keçirilmiş və fotoşəkillər çəkilmişdir. Müayinə zamanı müəyyən olundu ki, bu evə sayğac quraşdırılıb, lakin qaz xətti çəkilməmişdir. Quraşdırılmış sayğacın göstəriciləri “0”-dır. Mübahisəli ərazidə 1 tikili, təmirsiz və yaşayış üçün yararsız vəziyyətdədir. Eyni zamanda həmin ərazidə istixana quraşdırılmış, lakin qaz xətti çəkilməmiş və əvvəllər çəkilməsi barədə əlamətlər yoxdur. Cavabdehin sözlərinə görə bu istixanada göyərti və bibər əkillər. Bunun üçün isə qaz tələb olunmur. Məhkəmə hesab edir ki, 2016-cı, 2018, 2021 və 2022-ci ildə tərtib olunmuş aktlar əsassızdır. Belə ki, həmin ərazidə ümumiyyətlə qaz xətti mövcud deyil və əvvəllər də qazdan istifadə edilməsi əlamətləri aşkar olunmadı. Eyni zamanda İddiaçı İB Cavabdeh tərəfindən kənar qaz xəttindən, qeyri-qanuni istifadə edilməsi ilə bağlı heç bir sübut təqdim edə bilmədi. Bu səbəbdən bu aktlarla hesablanmış borc silinməlidir. AR MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı İB-nin dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh aid **********00030 saylı abonə koduna itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və ümumilikdə 51840 kub.metr qaz itkisi hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13 (8-1 -ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Qanunvericiliyə uyğun olaraq İddiaçı İB cavabdeh tərəfindən qanunsuz qoşulma hallarını aşkar etdikdə 2022-ci ilin may ayından sonra akt tərtib etməli, bu aktın bir nüsxəsinin inzibati xəta haqqında iş üzrə icraata başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərməli idi, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idi. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın bu hissəsi də əsassız olduğundan təmin oluna bilməz. Məhkəmə ilkin iddianın debitor borcu hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də, əsassızdır. Belə ki, ilkin iddiaçı cavabdehin təbii qazdan istifadə etməsi və 73,55 manat məbləğində debitor borcu yaranmasını iddia etmiş, lakin həmin debitor borcunun hansı dövrə aid olmasını əsaslandıra bilməmişdir. Bundan başqa iş materiallarında olan abonent saldosunda 73,55 manat məbləğində debitor borcu mövcud olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir, sözügedən debitor borcu Cavabdeh tərəfindən İddiaçınə ödənildiyindən, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “hüquqi yardımla bağlı çəkdiyi 400 manat xərcin cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, ilk iddia tələbi bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilən Məcəllənin 121.1,-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi xidmətlə bağlı 400 manat məbləğində pul vəsait ilə bağlı hər hansı bir müqavilənin bağlanmasını və ya ödəniş qəbzini təsdiq edən sübut təqdim edilmədiyindən, iddia bu hissədə əsassızdır. Buna görə də, iddia həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilən əsaslara görə iddia təmin olmadığına görə əksinə qarşılıqlı iddia təmin olunmalıdır və Cavabdeh (**********00030 sayla qeydiyyata alınmış abonent koduna) üzərinə yazılmış 15.009,45 manat borc silinməlidir. Məhkəmə eyni zamanda ilkin iddia tələbinin “136,23 manat dövlət rüsumunun cavabdehdən tutulması”na dair hissəsini araşdıraraq, hesab edir ki, ilk iddia tələbi bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə aşağıda qeyd ediləcək maddi və prosessual hüquq normalarına əsasən qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi’’ tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə Cavabdeh (abonent kodu **********00030 olan sayğac) hesablanmış 15009,45 manat məbləğində borc silinsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar