Məhkəmə qərarları › İş №e-2(003)-1145/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1145/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1145/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı «X1 Azərbaycan» QSC-nin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1056,51 manat əsas borc, 90,65 manat faiz borcu, 60,31 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmiş xərclər borc 2 manat, bildirişin göndərilməsi üzrə poçt xərcləri 4,80 manat, cəmi 1214,27 manat məbləğində borcun və 32,14 manat məbləğində dövlət rüsumunun «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 27.01.2021-cü ildə «X1 Azərbaycanı» QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1000 manat məbləğində kredit kartı limiti ayrılmışdır. «X1 Azərbaycanı» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə 1056,51 manat ödənilməmiş əsas borcu, 90,65 manat faiz borcu, 60,31 manat cərimə borcu, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc , 4,8 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, cəmi 1214,27 manat borcu vardır. Borcalan Cavabdeh müqavilə şərtlərinə əsasən ona ayrılmış 1000 manat limitdən 56,51 azn məbləğində limiti aşmışdır (limitdən artıq istifadə etmişdir). Müqavilənin 4.3.-ci maddəsinə əsasən İstifadə limiti, “Bank”ın kart hesabı/hesablarına, “Kart/əlavə kart sahibi” olduqda tanıdığı, kart və ya kart nömrə və gizli şifrələrindən (PİN kod) istifadə ediləcək xərclər, nağd pul vəsaitin əldə edilməsi (alınması/çıxarılması), faiz, ödəniş, komissiya, bunların vergi (qanunla nəzərdə tutulduğu təqdirdə), fond (qanunla nəzərdə tutulduğu təqdirdə) reallaşdırılması daxil olmaqla aşılmaması lazım olan istifadə limitidir. “Kart sahibi”nin müraciəti və zəruri sənədləri təqdim etməsi və “Bank”ın bu müraciəti uyğun hesab etdiyi təqdirdə ona ayrılmış istifadə limiti artırıla bilər. “Kart/əlavə kart sahibi” istifadə limitini aşmamağı (keçməməyini) qəbul edir və öhdəsinə götürür. Kart/əlavə kart sahibi kart üzrə müəyyən edilmiş istifadə limitinin hər hansı bir şəkildə aşılması hallarında aşılan məbləğin həmin gündən başlayaraq borc (borc balansı) müəyyən edilən limitə düşənə qədər müəyyən olunan nisbətə (miqdarda) limit aşma faizini və limit aşma komissionunu ödəməyi qəbul bəyan və təsdiq edir. Müqavilənin 4.15.-ci maddəsinin qeyd edilən abzasına əsasən limit aşma (limitdən artıq istifadə) faizi: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə, həmin gün aşılan (limitdən artıq istifadə edilən) məbləğə limit aşma faizi hesablanmağa başlayır və cəmi borc balansı (borc) təyin edilən (müəyyən edilən) limitə düşənədək faiz hesablanması davam edir. Limit aşma faizi illik 40 % təşkil edir. - Limit aşma (lımitdən artıq istifadə) komisyonu: kart üçün müəyyən edilən limit aşıldığı təqdirdə alınacaq sabit bir komissiya haqqıdır. Limit aşma komisyonu aşılan məbləğin 1,5%+ 2,5 manat (iki manat əlli qəpik) kimi olaraq tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh «X1 Azərbaycan» QSC-yə 1214,27 manat məbləğində borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, «X1 Azərbaycan» QSC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və müqavilə üzrə borcun 5 iş günü müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 27.01.2021-ci il tarixli müqaviləyə əsasən 1056,51 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 60,31 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdehdan iddiaçının xeyrinə 27.01.2021-ci il tarixli müqaviləyə əsasən 10 manat dəbbə (cərimə) pulu, tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 22,14 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış 27.01.2021-ci il tarixli müqaviləsinə əsasən 1056,51 manat ödənilməmiş hissə, 90,65 manat faiz, 10 manat cərimə, müqavilədə nəzərdə tutulmiş xərclər borc 2 manat, bildirişin göndərilməsi üzrə poçt xərcləri 4,80 manat, cəmi 1163,96 manat və 22,14 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «X1 Azərbaycan» QSC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 32,14 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı «X1 Azərbaycan» QSC -yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 27.01.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, 1056,51 manat ödənilməmiş hissə, 90,65 manat faiz, 10 manat cərimə, müqavilədə nəzərdə tutulmiş xərclər borc 2 manat, bildirişin göndərilməsi üzrə poçt xərcləri 4,80 manat və ödənilmiş dövlət rüsumuna görə 22,14 manat olmaqla, cəmi 1186,1 (bir min bir yüz səksən altı manat,on qəpik) manat alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 32,14 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı «X1 Azərbaycan» QSC-yə aid edilsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar