Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1151/2024 30.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsi ilə) iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********86 nömrəli X7 müqaviləsi üzrə 611.48 manat əsas borc olmaqla, 611.48 manat borcun, xx.xx.2022-ci il tarixli CL-EE000259784 nömrəli Kredit müqaviləsi üzrə isə 8893.27 manat əsas borc, vəfat etdiyi tarixə qədər hesablanmış 91.74 manat faiz borcu və 91.73 manat cərimə borcu olmaqla, 9076.74 manat borcunun, və ödənilmiş 116.89 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli BPM**********86 nömrəli X7 müqaviləsi üzrə 611.48 manat əsas borc olmaqla, 611.48 manat borcun, xx.xx.2022-ci il tarixli CL-EE000259784 nömrəli Kredit müqaviləsi üzrə isə 8893.27 manat əsas borc, vəfat etdiyi tarixə qədər hesablanmış 91.74 manat faiz borcu və 91.73 manat cərimə borcu olmaqla, 9076.74 manat borcunun, və ödənilmiş 116.89 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli, BPM**********86 nömrəli X7 müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən əsasən cavabdehə 24 ay müddətinə, 19 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Daha sonra "xxxx" ASC ilə X5 arasında xx.xx.2022-ci il tarixli CL- EE000259784 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X3 illik 16.9 faizlə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 317004 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 1982 nömrəli məktubdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 X1 qalmış mirası qəbul etmiş və vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın Sənaye filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X2 xx.xx.2021-ci il tarixli BPM**********86 nömrəli X7 müqaviləsi üzrə xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 611.48 manat əsas borc olmaqla, 611.48 manat borcu, Qaradağ filialı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən isə xx.xx.2022-ci il tarixli CL- EE000259784 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2023-cü ilədək Banka ödənilməmiş 8893.27 manat əsas borc, vəfat etdiyi tarixə qədər hesablanmış 91.74 manat faiz borcu və 91.73 manat cərimə borcu olmaqla, 9076.74 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 116.89 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2023-cü il tarixində 6-2-22/2-31165/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməımişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********86 saylı tamkart çərçivə müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədləri üçün 24 ay müddətinə qaytarmaq, illik 19 % ödəmək şərti ilə 3000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, BPM**********86 saylı tamkart çərçivə müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borclu müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 151,23 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2022-ci il tarixli CL-EE000259784 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank istehlak məqsədləri üçün 36 ay müddətinə qaytarmaq, illik 16,9 % ödəmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, bu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli CL-EE000259784 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, borclu müqavilə üzrə ödənişləri xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 356,03 manat, xx.xx.2025-ci il tarixdə isə 355,89 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin maliyyə arayışından müəyyən olunur ki, borcalan X2 xx.xx.2021-ci il tarixli BPM**********86 nömrəli X7 müqaviləsi üzrə 611,48 manat əsas borc olmaqla, 611,48 manat borcu, xx.xx.2022-ci il tarixli CL-EE000259784 nömrəli Kredit müqaviləsi üzrə isə 8893,27 manat əsas borc, vəfat etdiyi tarixə qədər hesablanmış 91,74 manat faiz borcu və 91,73 manat cərimə borcu olmaqla, 9076,74 manat borcu vardır. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 317004 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 hesab edilmişdir və onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli 6-2- 22/2-31165/2023 saylı xəbərdarlıqdan müəyyən olunur ki, bank borc alan X2 qanun üzrə vərəsələri Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1.-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, mərhum X2 xx.xx.2021-ci il tarixli BPM**********86 nömrəli X7 müqaviləsi üzrə 611,48 manat əsas borc olmaqla, 611,48 manat borcu, xx.xx.2022-ci il tarixli CL-EE000259784 nömrəli Kredit müqaviləsi üzrə isə 8893,27 manat əsas borc, vəfat etdiyi tarixə qədər hesablanmış 91,74 manat faiz borcu və 91,73 manat cərimə borcu olmaqla, 9076,74 manat borcu ödənilməmiş qalmış, iddiaçı mərhumun miras əmlakı qəbul edən vərəsələri Cavabdeh1 və Cavabdeh2 öhdəliyin icrası ilə bağlı müraciət etsə də, cavabdehlər bu tələbi icra etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə tam ödəməyə borclu olduqlarından iddia ərizəsi əsaslıdır, ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli müqaviləyə görə əsas borca görə 611,48 manat, xx.xx.2022-ci il tarixli CL-EE000259784 saylı kredit müqaviləsi üzrə 8893,27 manat əsas borc, 91,74 manat faiz borcu və 91,73 manat cərimə borcu olmaqla, ümumilikdə 9076,74 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 117,29 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1151/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1151/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver