Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1158/2022 30.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qaralov İlqar Zahid oğlunun sədrliyi, Abbasova Sevinc Hüseyn qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh “borcun tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 584,10 manat məbləğində pulun və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu cavabdehdən tələb etmir. O, cavabdeh X1 584,10 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-nin monitorinq mütəxəssisi X2 və Cavabdeh arasında olan 004276-10 saylı üzləşmə aktına əsasən cavabdehin xx.xx.2021-ci il tarixə olan borcu 584,10 manat təşkil edir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. Cavabdeh borcunu etiraf etmiş, lakin müxtəlif bəhanələr gətirərək borcunu bu günkü tarixədək ödəməmişdir. xx.xx.2022-ci il tarixdə cavabdehə borc məbləğinin qaytarılmasına görə ona verilmiş pul vəsaitinin geri alınmasına və borc öhdəliyinə xitam verilməsinə dair xəbərdarlıq məktubu cavabdehin qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Xəbərdarlıq məktubunun göndərilməsinə də baxmayaraq, borc məbləği cavabdeh tərəfindən hal-hazıra kimi qaytarılmamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, iddia tələbində qeyd olunan 584,10 manat məbləğində borc öhdəliyini tam şəkildə etiraf edir və iddia tələbinin təmin ediməsi barədə qətnamə çıxarılmasına etiraz etmir və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-nin monitorinq mütəxəssisi X2 və Cavabdeh arasında olan 004276-10 saylı üzləşmə aktına əsasən cavabdehin xx.xx.2021-ci il tarixə olan borcu 584,10 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı, Cavabdeh borcun ödənilməsi barədə xəbərdar etmişdir. İşə əlavə edilmiş Cavabdeh məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, o, iddia tələbi üzrə 584,10 manat məbləğində borc öhdəliyini tam şəkildə etiraf edir. Beləliklə aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında olan xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin xx.xx.2021-ci il tarixə olan borcu 584,10 manat təşkil edir. Cavabdeh iddiaçı qarşısında öhdəliyini tam yerinə yetirməmiş, iddiaçıya 584,10 manat ödənilməmiş borcu qalmışdır. Hazırda iddiaçı bu borcun cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən yalnız 584,10 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı borcunu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2.-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin iddianı tam etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 584,10 (beş yüz səksən dörd manat on qəpik) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Qaralov
Məhkəmə qərarları › İş №e-2(003)-1158/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1158/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver