Məhkəmə qərarları › İş №e-2(003)-1189/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1189/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1189/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli 11011***-*******02L saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 4872,16 manat əsas kredit borcunun, 409,43 manat faiz borcunun, 40,13 manat cərimənin, cəmi 5321,72 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 73,22 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli kredit limiti müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə illik 50000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğu olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 19 % dərəcəsi ilə (aylıq ödəniş 219,99 manat olmaqla hər ayın 01-dək ödənilmək şərtilə) 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən X1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 4872,16 manat əsas kredit borcu, 409,43 manat faiz borcu və 40,13 manat cərimə borcu olmaqla, cəmi 5321,72 manat borcu qalmaqdadır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iş üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf edərək, izahatında bildirmişdir ki, ilk əvvəl kredit borcunu vaxtında ödəmişdir. Sonralar ailə problemləri ilə bağlı ödəniş edə bilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11011***-*******02L nömrəli kredit limiti müqaviləsindən görünür ki, həmin müqavilə bank tərəfindən borcalana 50000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limitinin ayrılması və kredit limiti çərçivəsində kredit verməsi öhdəliyinin götürülməsi, həmçinin kredit üzrə faktiki illik faiz dərəcəsinin 15 % - 40 %-dək olması haqqında bağlanılmışdır. Həmin kredit müqaviləsinin 2.1-ci bəndindən görünür ki, kredit limitinin müddəti ərzində borcalan ona kredit verilməsi barədə kreditverənə müraciət (kreditverənin 9144 qısa nömrəsinə “kredit” yazaraq göndərmək) etmək hüququna malikdir. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan kredit limiti müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə, 60 manat komissiya, ayda 219,99 manatın hər ayın 01-dək ödənilməsi şərtləri ilə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh öz üzərinə yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 219,99 manat, sonuncu ay isə 219,92 manat ödəniş etməklə yerinə yetirməsi barədə məsuliyyət götürmüşdür. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2023cü il tarixə 4872,16 manat əsas, 409,43 manat faiz borcu və 40,13 manat cərimə olmaqla cəmi 5321,72 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, bank cavabdehi borc barədə xəbərdar etmiş və 3 bank iş günü müddətində öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin şərtlərinə uyğun olaraq kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən edilir, İddiaçı ASC ilə Cavabdeh arasında 120 ay müddətinə illik 15%-dən 40%-dək 50000 manat məbləğində kredit limitin ayrılması haqqında müqavilə bağlanılmış, həmin müqavilə əsasında bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə, 60 manat komissiya, ayda 219,99 manatın hər ayın 01-dək ödənilməsi şərtləri ilə 6000 manat məbləğində kredit verilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş və onun maliyyə arayışda qeyd olunan məbləğlərdə, yəni 4872,16 manat əsas, 409,43 manat faiz borcu və 40,13 manat cərimə olmaqla cəmi 5321,72 manat məbləğində borcu yaranmışdır. Eyni zamanda iş üzrə cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf etməklə ondan tələb olunan əsas, faiz və cərimə borcunu məbləğlərini mübahisələndirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 4872,16 manat əsas, 409,43 manat faiz borcu və 40,13 manat cərimə olmaqla cəmi 5321,72 manat məbləğində borc tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsini tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 73,22 manat məbləğində pul da cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11011***-*******02L nömrəli kredit limiti müqaviləsi ləğv edilməli, Cavabdeh 4872,16 manat əsas borc, 409,43 manat faiz borcu və 40,13 manat cərimə olmaqla cəmi 5321,72 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 73,22 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 11011***- *******02L nömrəli kredit limiti müqaviləsi ləğv edilsin. Cavabdeh 4872,16 manat əsas borc, 409,43 manat faiz borcu və 40,13 manat cərimə olmaqla cəmi 5321,72 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 73,22 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar