Məhkəmə qərarları › İş №e-2(003)-1197/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1197/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1197/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə ilkin, Cavabdeh İddiaçınə qarşı əsassız borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1231,20 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 488,86 manat pulun, 400 manat vəkil xidmətlərinin əvəzinin və 40,21 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2160,27 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində AKX-00112xx/xx-2018 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01590 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5- ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmişdir. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə aaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1231,20 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Qeyd olunanlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 488,86 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 1720,06 manat təşkil etməkdədir (1231,20+488,86 =1720,06). Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh İddiaçınə qarşı əsassız borcun silinməsi tələbinə dair qarşılqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AKT ******* nömrəli xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1231.20 manat məbləğində pul və 488,86 manat məbləğində debitor borcu kimi qeyd olunan pul məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı İB ona qarşı iddia qaldıraraq məndən 1231 manat zərərin, 488,86 manat məbləğində debitor borcun tutulması məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, guya o təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etmiş və bununla da İddiaçı İB-nə zərər vurmuşam, həmçinin əlavə borcu vardır. Qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, o heç vaxt təbii qazdan kənar xətt vasitəsilə istifadə etməmiş, nə də sayğaca müdaxilə etməmiş və bu barədə tərtib edilmiş aktlar – uydurma və heç bir əsası olmayan aktlardır. Sayğac çöldə yerləşir və hər ay İddiaçı İB-nin əməkdaşları tərəfindən baxış keçirilərək ona ödəniş etməyi üçün qəbz təqdim edilmişdir. Sayğacda heç bir problem olmamış və bununla bağlı qeyd olunanlar yalandır. İstifadə etdiyi qazın pulunu isə ödəmişdir. Ona görə də hesab edir ki, AKT ******* nömrəli xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1231.20 manat məbləğində borc əsassızdır. Həmçinin digər ondan tələb olunan borclar da əsassdır və silinməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini etiraf etməyərək iddia ərizəsinin məzmununa oxşar izahat verdi və ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İzahatında həmçinin bildirmişdi ki, abonent saldosuna əsasən Cavabdeh hazırda 1720,06 manat məbləğində borcu mövcüddur. Həmin borcun 1231,20 manat məbləğində hissəsi akt əsasında yazılmış borcdan, digər Məhkəmə iclasında Cavabdeh ilkin iddia tələbini etiraf etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Əlavə olaraq bildirdi ki, o, heç vaxt ünvanına yerləşdirilmiş sayğaca müdaxilə etməmiş və sayğaca müdaxilə olması barədə məlumatı olmamışdır. Həmçinin bildirmişdir ki, tərtib edilmiş aktla bağlı məlumatı olmamışdır. Qeyd olunanlara. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan satıcı İddiaçı İstehsalat Biriliyi ilə sifarişçi Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı barədə xx.xx.2018-ci il tarixli AKX-00112xx/xx-2018 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi və ünvana Smart G-4 markalı 1802AZ**********13 nömrəli sayğacın quraşdırılması haqqında bağlanılmışdır. İş materiallarında olan X3nın pozulması haqqında “AKT” ******* nömrəli xx.xx.2018ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh ünvanına baxış keçirilmiş və həmin baxış zamanı ünvanda olan sayğacın çıxış plasmas borusunun deşilmiş olması müəyyən edilmişdir. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanması barədə hesabatın surətindən görünür ki, “AKT” ******* nömrəli xx.xx.2018-ci il tarixli akt əsasında 6156 m3 təbii qazın itirilməsi müəyyən edilmişdir. İş materiallarında olan abonent saldosundan (abonent kodu **********01590) görünür ki, Cavabdeh 1720,06 manat məbləğində borcu mövcüddur. Həmin borcun 1231,20 manat hissəsi “AKT” ******* nömrəli xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış borcdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X3»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3 - 4.7-ci bəndlərinə əsasən, qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, iş materiallarına və məhkəmə iclasında araşdırılmış hallara əsaslanmaqla ilkin və qarşılıqlı iddia tələblərinə qiymət verərək qeyd edir ki, hər iki iddia tələbinin mübahisə predmetinə daxil “AKT” ******* nömrəli xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1231,20 manat borcun yaranmasına dair hallar müəyyən edilmədiyindən həmin borcun Cavabdeh tələb olunması əsaslı deyil. Belə ki, fiziki şəxs olan Cavabdeh (istehlakçının) ünvanın yerləşdirilmiş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşımaqla yanaşı, İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu (sayğacın çıxış plasmas borsunun deşilməsi halı - Cavabdeh hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi, yəni sayğacın çıxış plasmas borusunda aşkar olunmuş deşiyin istehlakçının təqsiri üzündən baş verməsi) İddiaçı tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilməsinin tələb edilməsi əsassızdır. Eyni zamanda hər iki iddia tələbinin mübahisə predmetinə daxil 488,66 manat məbləğində debitor borcu ilə əlaqədar məhkəmə qeyd edir ki, istehlakçı, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən həmin borcun yaranmasına səbəb olmuşdur. Yəni istehlakçı istifadə etdiyi qazın dəyərini yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən vaxtı-vaxtında ödəmədiyindən 488,66 manat məbləğində debitor borcu yaranmışdır. Odur ki, məhkəmə, həmin borcun İddiaçı tərəfindən Cavabdeh tələb edilməsini əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi qismən əsaslı hesab edilməklə Cavabdeh 488,66 manat məbləğində borc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi də qismən əsaslı hesab edilməklə “AKT” ******* nömrəli xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1231,20 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən iddia tələbi üzrə 400 manat məbləğində vəkil xidmətlərinə görə Cavabdeh tələb edilsə də həmin məbləğin hazırki iş üzrə vəkilin göstərdiyi yardıma görə xərclərin çəkilməsi barədə sübut təqdim edilməmiş, iş materialları ilə də müəyyən edilmişdir. Odur ki, məhkəmə ilkin iddia tələbin həmin hissədə də əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsin əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbi üzrə iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, dövlət rüsumunun qalan 10,21 manat hissəsi İddiaçı özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, ikin iddia tələbi qismən təmin edilməli, Cavabdeh yaranmış debitor borca görə 488,86 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməli, ödənilmiş 40,21 manat məbləğində dövlət rüsumunun qalan 10,21 manatı İddiaçı özünə aid edilməlidir. Qarşılıqlı iddia tələbi qismən təmin edilməklə, İddiaçı tərəfindən Cavabdeh abonent koduna (abonent kodu **********01590) “AKT” ******* nömrəli xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1231,20 manat borc borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh yaranmış debitor borca görə 488,86 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq İddiaçınə ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 40,21 manat məbləğində dövlət rüsumunun qalan 10,21 manatı İddiaçı özünə aid edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh abonent koduna (abonent kodu **********01590) “AKT” ******* nömrəli xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmış 1231,20 manat borc borc silinsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar