Məhkəmə qərarları › İş №e-2(003)-1201/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1201/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1201/2022 13.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu iddiaçı «Bank VTB (Azerbaycan)» ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı «Bank VTB (Azerbaycan)» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış 04.09.2020-ci il tarixli 303442-1-35276 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 07.02.2022-ci il tarixinə Banka borclu olduğu 1020,16 manat məbləğində əsas borc, 68,72 manat məbləğində faiz üzrə borcu, 101,55 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1191,43 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 31,91 manat dövlət rüsumunun Cavabdehdan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.09.2020ci il tarixli 303442-1-35276 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 07.02.2022-ci il tarixinə Banka borclu olduğu 1020,16 manat məbləğində əsas borc, 68,72 manat məbləğində faiz üzrə borcu, 101,55 manat məbləğində cərimə üzrə borcu olmaqla, ümumilikdə 1191,43 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 31,91 manat dövlət rüsumunun Cavabdehdan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarasınız. onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 04.09.2020-ci il tarixli 303442-1-35276 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 20 faiz hesablanması şərti ilə 24 ay müddətina 2000 AZN məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin Banka ümumilikdə 1191,43 AZN məbləğində borcu qalmışdır.Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdi Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.09.2020-ci il tarixli, 303442-1-35276 saylı nağd pul kredit müqaviləsindən görünür ki, həmin müqavilə «Bank VTB (Azerbaycan)» ASC ilə Cavabdeh 24 ay kredit müddətinə 20 faiz ödəmək şərtilə 2000 manat kreditin verilməsi barədə bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 07.02.2022-ci il tarixə «Bank VTB (Azerbaycan)» ASC-yə 04.09.2019-cu il tarixli nağd pul kredit müqaviləsi üzrə 1020,16 manat əsas, 69,72 manat faiz, 101.55 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1191.43 manat borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, «Bank VTB (Azerbaycan)» ASC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 04.09.2020-ci il tarixli müqaviləyə əsasən 1020,16 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 101.55 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 iddiaçının xeyrinə 04.09.2020-ci il tarixli müqaviləyə əsasən 10 manat dəbbə (cərimə) pulu, tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan iddiaçı tərəfindən dövlət rüsumunun 21,91 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan 10 manat isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «Bank VTB (Azerbaycan)» ASC ilə Cavabdeh arasında bağlanmış 04.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1020,16 manat ödənilməmiş hissə, 69,72 manat faiz, 10 manat cərimə və 21,91 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq «Bank VTB (Azerbaycan)» ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 31,91 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı «Bank VTB (Azerbaycan)» ASC -yə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 04.09.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, 1020,16 manat ödənilməmiş hissə, 69,72 manat faiz, 10 manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 21,91 manat olmaqla, cəmi 1121,79 (bir min bir yüz iyirmi bir manat,yetmiş doqquz qəpik) manat alınaraq iddiaçı «Bank VTB (Azerbaycan)» ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 31,91 manat məbləğində dövlət rüsumunun qalan 10 (on) manatı iddiaçı «Bank VTB (Azerbaycan)» ASC-yə aid edilsin .Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar