Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1226/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 10867,78 (on min səkkiz yüz altmış yeddi manat 78 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 117,40 (bir yüz on yeddi manat 40 qəpik) manat və 122,96 (bir yüz iyirmi iki manat 96 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 11108,14 (on bir min bir yüz səkkiz manat 14 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-cü il tarixində 03-1100 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən**********00000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1728 manat; - xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,60 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 676,90 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 734,40 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat; - xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat olmaqla, cəmi 10867,78 (on min səkkiz yüz altmış yeddi manat 78 qəpik) manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Cavabdehin ödənilməmiş 2021-ci ilin noyabr-dekabr ayları üzrə 58,40 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 247,88 manat sərfiyyat borcu və limitdən əlavə 3,52 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 282,64 manat sərfiyyat borcu və limitdən əlavə 5,76 manat sərfiyyat borcu, cəmi 598,20 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin noyabr ayından 2023-cü ilin dekabr ayına qədər cavabdeh 480,80 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 117,40 (bir yüz on yeddi manat 40 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO üzrə ümum 10985,18 (on min doqquz yüz səksən beş manat 18 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş cavabdeh öz izahatında iddianı etiraf etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı aktlardan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyriqanuni istifadə etmişdir. İş materiallarından görünür ki, 2021-2023-cü illər üzrə ümumilikdə 17 akt olmaqla cəmi 10867,78 manat hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1.İddiaçı İB tərəfindən 2021-ci ilin noyabrından 2023-cü ilin aprelinə qədər 17 aktla cavabdehə qazdan qanunsuz istifadəyə görə 10867,78 manat əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir. “X2”nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh ilə telefon əlaqəsi zamanı (***-***-**-**) 2021- 2023-cü illərdə mənzillərində aşağıda göstərilən qaz qurğularından istifadə olunduğunu bildirdi: - 1ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi, - 1 ədəd İran sobası, - 1 ədəd qənaətli su qızdırıcı. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə “X2”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq iddiaçının fərdi yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 mərşət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3, 1 ədəd İran sobasının maksimal qaz sərfinin 1,5 m3, 1 ədəd qənaətli su qızdırıcısının maksimal qaz sərfiyyatının 3 m3 olduğunu və istfadə dövrünü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesab anması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün-1 x 1,2 m3x 3 saat x 30 gün =108 m3, 1 ədəd İran sobası üçün - 1 x 1,5 m3 x 12 saat x 30 gün=540 m3, 1 ədəd qənaətli su qızdırıcı üçün — 1 x 3 m3 x 4 saat x 30 gün = 360 m3, Cəmi 1008 m3 təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: Yay aylarında İran sobasından istifadə edilmədiyini nəzərə alsaq, aylıq qaz sərfiyyatı 108 m3 + 360 m3 = 468 m3 təşkil edə bilər. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı aşağıdakı kimi ola bilər: 2021-ci il üzrə - 1 ay x 468 m3+2 ay x 1008 m3= 2484 m3, 2022-ci il üzrə - 7 ay x 468 m3+ 5 ay x 1008 m3= 8316 m3, 2023-ci il üzrə - 3 ay x 1008 m3= 3024 m3, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1 noyabr 2021-ci il tarixdən 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3-dək hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i isə 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq, 2021-ci il üzrə sərf edilmiş 2484 m3 qazın dəyəri (1200 m3 x 0,12 manat =1284 m3 x 0.20 manat =400,8 manat) 400,8 manat, 2022-ci il üçün sərf edilmiş 8316 m3 qazın dəyəri (1200 m3 x 0,12 manat + 1300 m3 x 0,2 manat + 5816 m3 x 0,25 manat = 1858 manat) 1858 manat, 2023-cü il üzrə sərf edilmiş 3024 m3 qazın dəyəri isə (1200 m3 x 0,12 manat + 1300 m3 x 0,20 manat + 524 m3 x 0,25 manat =535 manat) 535 manat, cəmi 2793,8 manat təşkil edə bilər.
2. Cavabdeh tərəfindən 2021-ci ilin noyabrından 2023-cü ilin dekabrına qədər cəmi 480,8 manat ödəniş edildiyini, həmin dövr ərzində sayğacdan keçən qazın dəyərinin 598,8 manat təşkil etdiyini və iddiaçıya dəymiş zərərin məbləğinin 2793,8 manat təşkil edə biləcəyini nəzərə alsaq, cavabdehdən tələb edilən borc məbəği 2793,8 manat + 598.8 manat - 480.8 manat = 2911,8 manat təşkil edər. Azərbaycan Respubliasının Mülki Məcəlləsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir (maddə 427.3). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin gecikdirməsi hesab edilir (maddə 445.2.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Həmçinin Mənzil Məcəlləsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar (maddə 135.1). Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir (maddə 136.4). Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir (maddə 139.1). Məhkəmə iclasında cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf etməsə də, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyilə müəyyən edilmişdir ki, o, 2021-ci ilin noyabr-dekabr aylarında, 2022-ci ilin yanvar – aprel aylarında təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Beləliklə mütəxəssis rəyi nəzərə alınmaqla, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh tərəfində təbii qazdan (2021-ci ilin noyabr-dekabr aylarında, 2022-ci ilin yanvar – aprel aylarında) istifadə nəticəsində onun ümumilikdə 5018,5 manat borcu yaranmışdır. Yuxarıda göstərilən hallara qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəlikləri pozmuş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də onun hərəkəti nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olan, yəni istifadə etdiyi təbii qaza görə yaranmış 5018,5 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 122,96 manat məbləğində dövlət rüsumundan 70,18 manat məbləğində pul cavabdehdən alınıb iddiaçının hesabına ödənilməli, 52,78 manat məbləğində dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Beləliklə, İddiaçı İB-yə vurulmuş 5018,5 manat, iddiaçı tərəfindən ödənilmiş 122,96 manat məbləğində dövlət rüsumundan 70,18 manat hissəsi olmaqla, ümumilikdə 5088,68 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241 və 244-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı İB-yə vurulmuş 5018,50 manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan 70,18 manat hissəsi olmaqla, ümumilikdə 5088,68 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zaur Tağıyev