Məhkəmə qərarları › İş №e-2(003)-1228/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1228/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1228/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Bəhrəmzadə Sabit Xanlar oğlu, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3199,06 manat əsas, 36,36 manat faiz, cəmi 3235,42 manat məbləğində borc və 52,76 məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100821-113860/10 saylı istehlak krediti müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1 % dərəcəsi ilə 3203,51 manat məbləğində kredit verilmişdir. Eyni zamanda digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehlər həmin bildirişi qəbul etmiş, lakin rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazlarını göndərməməklə iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 100821-113860/10 saylı güzəştli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh2 arasında 60 ay müddətinə illik 1 faiz olmaqla 3203,51 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan iddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 100821-113860/10 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixli 100821-113860/10 saylı güzəştli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürməsi və bank qarşısında borcalanla birgə məsuliyyət daşıması haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il İddiaçı ASC-yə 3199,06 manat əsas, 36,36 manat faiz, cəmi 3235,42 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə yaranmış borc barədə məlumat verilməklə ödənilməsi tələb edilmiş,ödənilməyəcəyi təqdirdə məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. İş materialları ilə müəyyən edilir ki, iş üzrə cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilələr üzrə öz üzərinə götürdükləri öhdəlikləri vaxtında yerinə yetiməmişlər və onların iddiaçı qarşısında maliyyə arayışında göstərilən məbləğində icra edilməmiş pul öhdəlikləri vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda hazırki iddia ərizəsi cavabdehlərə rəsmi qaydada verilsə də, 10 (on) iş günü müddətində iddia tələbinə qarşı etiraz etməməklə onu mübahisələndirməmişlər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739, 470 və 472-ci maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehlərdən birgə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3199,06 manat əsas, 36,36 manat faiz, cəmi 3235,42 manat məbləğində borc, 52,36 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3199,06 manat əsas, 36,36 manat faiz, cəmi 3235,42 manat məbləğində borc, 52,36 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar