Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1232/2023 16.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı “X1” Bakı filialının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı “X1” Bakı filialının Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı “X1” Bakı filialı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı “X1” Bakı filialının nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, “X1” Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2021-ci il tarixli 864 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 15% ödəmək şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X1” Bakı filialı ilə Cavabdeh1 arasında 180 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 346,65 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq borcalan xx.xx.2023-cü il tarixə banka kredit borcu üzrə 5546,40 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi borcalan tərəfindən banka ödəniş edilməmişdir. Bank tərəfindən borcalana kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə cavabdehin banka olan borcu müqavilə şərtlərinə əsasən hesablanmış faizlərlə birlikdə 12302,86 manat təşkil edir. Bundan 10000 manat vaxtı kecmiş kredit borcu, 2302,86 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli 864 saylı kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 arasında 180 saylı zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Ona görə də Cavabdeh2 və Cavabdeh1 əsas borca görə 10000 manat, faiz borcuna görə 2302,86 manat olmaqla cəmi 12302,86 manat borcun, ödənilmiş dövlət rüsumuna görə 126,91 manatın “X1” Bakı filialının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən “X1” Bakı filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 864 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana mənzil təmiri məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 15 % ödəmək şərti ilə 10000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan tərəfindən kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda bankın verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 346,65 manat ödəyir. “X1” Bakı filialının xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən müəyyən olunur ki, bank borcalan Cavabdeh2 ayrılmış kreditə görə 10000 manat vermişdir. xx.xx.2021-ci il tarixli 864 saylı kredit müqaviləsinə əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əsas borca görə 10000 manat, faiz borcuna görə 2479,56 manat olmaqla cəmi 12479,56 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən “X1” Bakı filialı və zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 180 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin “X1” Bakı filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 864 saylı kredit müqaviləsi əsasında borcalana veriləcək 10000 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. “X1” Bakı filialının borclu Cavabdeh2 ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcluya kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. “X1” Bakı filialının zamin Cavabdeh1 ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank zaminə kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. “X1” Bakı filialının xx.xx.2023-cü il tarixli 2023-204 saylı maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli 864 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Cavabdeh2 “X1” Bakı filialına əsas borca görə 10000 manat, faiz borcuna görə 2302,86 manat olmaqla cəmi 12302,86 manat borcu vardır. Borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, cavabdehlərin “X1” Bakı filialı ilə bağladıqları müqavilələrdən irəli gələn öhdəliklərini icra etməmələri tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehlərdən xx.xx.2021-ci il tarixli 864 saylı kredit müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 10000 manat, faiz borcuna görə 2302,86 olmaqla cəmi 12302,86 manat borcun tutulmasına dair tələbləri əsaslıdır və ona görə də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli 864 saylı kredit müqaviləsi üzrə əsas borca görə 10000 manat, faiz borcuna görə 2302,86 manat, dövlət rüsumuna görə 126,91 manat olmaqla cəmi 12429,77 (on iki min dörd yüz iyirmi doqquz manat, yetmiş yeddi qəpik) “X1” Bakı filialının xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1232/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1232/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver