Məhkəmə qərarları › İş №e-2(003)-1261/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1261/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1261/2022 19.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlu İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Rafq oğlundan "xxxx" ASC-nin xeyrinə 10.12.2020-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən, 79,24 manat əsas, 16,37 manat faiz, 10.12.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 2066,62 manat əsas, 362,19 faiz borcunun və 45,24 manat dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.12.2020-ci il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən ona 03.11.2023-cü il tarixədək illik 25 faiz dərəcəsi ilə 100 manat kredit xətti ayrılmış, 10.12.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 24.71 faiz dərəcəsi lə 2200 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin 16:02.2022-ci il tarixə İddiaçı ASC-yə 10.12.2020-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 79.24 manat əsas, 16.37 manat faiz, 10.12.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 2066.62 manat asas, 362,19 manat faiz, borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10.12.2020-ci il tarixli kredit kart müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında cavabdehə 03.11.2023-cü il tarixinədək illik 24,71 faiz ödəmək şərtilə 2200 manat məbləğin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 18.02.2022-ci il tarixə İddiaçı ASC-yə 10.12.2020-ci il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 79.24 manat əsas, 16.37 manat faiz, 10.12.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 2066,62 manat əsas, 362,19 manat faiz borcu vardır. İş materialları ilə müəyyən edildi ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Eyni zamanda cavabdeh də hazırki iddia ilə bağlı hər hansı etiraz verməməklə iddia tələbini təkzib edəcək hər hansı bir sübut təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 18.02.2022-ci il tarixə İddiaçı ASC-yə 10.12.2020-cı il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 79.24 manat əsas, 16.37 manat faiz borcu, cəmi 95,61 manat, 10.12.2020-cı il tarixli Kredit müqaviləsinə əsasən isə 2066,62 manat əsas, 362,19 manat faiz borcu cəmi 2428,81 manat, həmçinin ödənilmiş 45,24 manat dövlət rüsumu, ümumilikdə 2569.66 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 18.02.2022-ci il tarixə İddiaçı ASC-yə 10.12.2020-cı il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 79.24 manat əsas, 16.37 manat faiz borcu, cəmi 95,61 manat, 10.12.2020-cı il tarixli Kredit müqaviləsinə əsasən isə 2066,62 manat əsas, 362,19 manat faiz borcu, cəmi 2428,81 manat, həmçinin ödənilmiş 45,24 manat dövlət rüsumu, ümumilikdə 2569.66 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar