Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1287/2022 16.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı QSC nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 25.11.2019-cu il tarixli 0214A********** saylı kredit müqaviləsinin və 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh3 Örucəli oğlundan, Alışov Çingiz Mirhüseyn oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1555,0 manat məbləğində kredit borcu, 15,64 manat məbləğində faiz borcu və 702,16 manat məbləğində cərimə olmaqla, cəmi 2272,0 (iki min iki yüz yetmiş iki) manat 80,0 (səksən) qəpik məbləğində borcun, 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2 və Cavabdeh3 Örucəli oğlundan, Alışov Çingiz Mirhüseyn oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3030,97 manat məbləğində kredit borcu, 33,0 manat məbləğində faiz borcu və 1315,45 manat məbləğində cərimə olmaqla, cəmi 4379,0 (dörd min üç yüz yetmiş doqquz) manat 72,0 (yetmiş iki) qəpik məbləğində borcun və ödənilmiş 86,53 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə 25.11.2019-cu il tarixdə bağladığı 0214********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1556.08 (min beş yüz əlli altı) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 25.12.2020ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz. borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1,08 manat ödəniş etmiş və onun iddiaçıya 1555,0 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 25.02.2022-ci il tarixə 427 gün üçün hesablanmış faiz borcu 15,64 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində, lakin ümumi məbləği 5 (beş) il ərzində 0,1% artıq olmaması şərti ilə cərimə ödəməlidir, 25.02.2022-ci i tarixə 427 gün üçün kredit müqaviləsi üzrə hesablarımış cərimə 702,16 manat təşkil edir. Kredit müqavibsinin 4.1.2-ci bəndinə əsasən kredit alan mivafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavib üzrə hesablarmış cəriməni təbb etmək hüququna malikdir. Bundan başqa, Cavabdeh2 İddiaçı QSC ilə 25.11.2019-cu il tarixdə bağladığı 021A********** saylı kredit Tiqavibsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmiş ödəniş pları üzrə hissə-hissə qaytarmaq şərti ilə 3030,97 manat məbləğində kredit götürmişdir. O, kredit msinin 1.2-ci bəndinin təbbni pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 25.12.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş və oran kidiaçıya 3030.97 manat məbbğimdə kredit borcu qalmışdır. Kredit müqavibsinin 24-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbbği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faz həmin kredit miqavibəsinin 1.1 bəndi il müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesabları. Qeyd edilənlərə əsasən bikdirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 25.02.2022-ci il tarixə 427 gün üçün hesablanmış faiz borcu 33,0 manat təşkil edir. Kredit miqavibsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02% məbləğində, lakin ümimi məbbği 5 (beş) il ərzində 0.196 artıq olmaması şərti ilə cərimə ödəməlidir. 25.02.2022-ci il tarixə 427 gün üçün kredit miqaviləsi üzrə hesablanmış cərimə 1315,45 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin krasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Alışov Çingiz Mirhüseyn oğlu zamınlik müqavilərinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredi müqavibsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəlklərini kra etməlidirlər. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, e-2(003)- 1287/2022 saylı mülki iş üzrə "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış 25.11.2019cu il tarixli 021A********** saylı kredit müqaviləsinin və 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh3, Alışov Çingiz Mirhüseyn oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 1305,0 manat məbləğində kredit bоrcu, 17,41 manat məbləğində faiz bоrcu və 792,72 manat məbləğində cərimə olmaqla, cəmi 2115,13 (iki min yüz on beş manat on üç qəpik) manat məbləğində bоrcun, 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğlundan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2780,97 manat məbləğində kredit bоrcu, 36,45 manat məbləğində faiz bоrcu və 1494,56 manat məbləğində cərimə olmaqla, cəmi 4311,98 (dörd min üç yüz on bir manat, doxsan səkkiz qəpik) manat məbləğində bоrcun və ödənilmiş 86.53 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 25.11.2019cu il tarixli 0214A********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1% hesablanmaqla 1556,08 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 25.11.2019-cu il tarixli 0214A********** saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş planından görünür ki, Cavabdeh2 27.12.2019-cu il tarixdən 25.11.2024-cü il tarixədək İddiaçı QSC-yə 1556,08 manat əsas kredit borcu, 48,35 manat faiz borcu olmaqla, cəmi 1604,43 manat məbləğində borcu ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 25.11.2019-cu il tarixli qəbzdən görünür ki, borclu bank tərəfindən Cavabdeh2 hesabına 1556,08 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan 25.11.2019-cu il tarixli, 021G**********01 saylı və 25.11.2019cu il tarixli 021G**********02 saylı zaminlik müqavilələrindən görünür ki, əsas borclu Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğlunun zaminliyi ilə təmin edilmiş və onlar bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı QSC-yə 25.11.2019-cu il tarixli, 0214A********** saylı kredit müqaviləsi üzrə 26.04.2022-ci il tarixə 1305,0 manat əsas kredit borcu, 17,41 manat faiz borcu, 792,0 manat cərimə borcu olmaqla, cəmi 2115,13manat məbləğində borcu vardır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 25.11.2019cu il tarixli 021A********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 1% hesablanmaqla 3030,97 manat məbləğində kredit verilmişdir. İş materiallarına 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsinə əlavə olunmuş ödəniş planından görünür ki, Cavabdeh2 25.12.2019-cu il tarixdən 25.11.2024-cü il tarixədək İddiaçı QSC-yə 3030,97 manat əsas borc, 94,43 manat faiz borc olmaqla, cəmi 3125,4 manat məbləğində borcu ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 25.11.2019-cu il tarixli qəbzdən görünür ki, borclu bank tərəfindən Cavabdeh2 hesabına 3030,97 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan 25.11.2019-cu il tarixli 021G**********01 saylı və 25.11.2019cu il tarixli 021G**********02 saylı Zaminlik müqavilələrinə əsasən əsas borclu Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər cavabdehlər Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğlunun zaminliyi ilə təmin edilmiş və onlar bank qarşısında əsas borclu ilə birgə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı QSC-yə 25.11.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə 26.04.2022-ci il tarixə 2780,97 manat əsas kredit borcu, 36,45 manat faiz borcu, 1494,56 manat cərimə borcu olmaqla, cəmi 4311,98 manat məbləğində borcu vardır. İş materiallarına əlavə olunmuş İddiaçı QSC tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğluna ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 25.11.2019-cu il tarixli 0214A********** saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə 1556,08 manat, 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsinə əsasında 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3030,97 manat məbləğində kredit götürmüşdür. Həmçinin bankla digər Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğlu arasında zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə görə zamin Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğlu “borclu” Cavabdeh2 kreditor bank qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini üzərinə götürmüşdür. İş üzrə cavabdehlər kredit müqaviləsinə əsasən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq ödənişlər etməməklə kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 25.11.2019-cu il tarixli, 0214A********** saylı və 25.11.2019-cu il tarixli, 021A********** saylı kredit müqavilələr əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı 25.11.2019-cu il tarixli, 0214A********** saylı və 25.11.2019cu il tarixli, 021A********** saylı kredit müqavilələr əsasında əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimələr əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan müqavilələr üzrə əsas borca münasibətdə cavabdehdən 1494, 56 manat cərimə pulunun və 792,72 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, qeyd olunan müqavilələr üzrə cərimə məbləğləri azaldılaraq 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 83,0 manat, 25.11.2019-cu il tarixli, 021A********** saylı kredit müqaviləsi üzrə 39,0 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda digər cavabdehlərin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər cavabdehlər Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğlu kredit müqaviləsi üzrə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğlu kredit müqaviləsi üzrə İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də, digər cavabdehlər Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğlu Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərlərinə götürmüşlər. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış 25.11.2019-cu il tarixli, 021A********** saylı və 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqavilələrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 86,53 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 25.11.2019-cu il tarixli 021A********** saylı və 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqavilələri ləğv edilsin. 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 2780,97 manat məbləğində əsas bоrc, 36,45 faiz borcu, 83,0 manat cərimə, 25.11.2019-cu il tarixli 021A********** saylı kredit müqaviləsi üzrə 1305,0 manat məbləğində əsas bоrc, 17,41 manat faiz borcu və 39,0 manat cərimə olmaqla, cəmi 4261,83 (dörd min iki yüz altmış bir manat, səksən üç qəpik) manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğlundan müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Alışov Çingiz Mirhüseyn oğlundan birgə qaydada ödənilmiş dövlət rüsumu üzrə 86,53 (səksən altı manat, əlli üç qəpik) manat tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-1287/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1287/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver