Məhkəmə qərarları › İş №e-2(003)-1289/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1289/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1289/2023 26.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi Şükürlü Murad Şahin oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 316346-1-26040 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”-nə əsasən cavabdehə istehlak məqsədi ilə illik 21,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5525 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə onun banka bu müqavilə üzrə ümumilikdə 5167,38 manat məbləğində borcu qalmışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 316346-CNS-29211 saylı “Nağd pul krediti müqaviləsi”-nə əsasən cavabdehə istehlak məqsədi ilə illik 21,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 547 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə onun banka bu müqavilə üzrə ümumilikdə 550,29 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Ona görə də "xxxx" (Azərbaycan) ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 316346-1-26040 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi ilə bağlı kredit müqaviləsi” üzrə xx.xx.2023-cü il tarixə əsas borca görə 4749,45 manatın, faiz borcuna görə 264,98 manatın, cəriməyə görə 152,95 manat, xx.xx.2021-ci il tarixli 316346-CNS- 29211 saylı “Nağd pul krediti müqaviləsi” üzrə əsas borca görə 491,69 manat, faiz borcuna görə 38,90 manat, cəriməyə görə 19,70 manat və ödənilmiş dövlət rüsumuna görə 77,18 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını və məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 316346-1-26040 saylı Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə illik 21,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 5525 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndindən görünür ki, bank borcalanın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən bu bəndin müvafiq yarımbəndlərində qeyd edilmiş hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və pul öhdəliyinin vaxtından əvvəl icra edilməsini borcalandan tələb edə bilər. Müqavilənin 7.2-ci bəndindən görünür ki, bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0,05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli 316346-1-26040 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək olan dövr ərzində hər ay 152.29 manat, xx.xx.2026-cı il tarixdə isə 155.66 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 316346-CNS-29211 saylı Nağd pul krediti müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə illik 21,90 faiz hesablanması şərti ilə 60 ay müddətinə 547 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndindən görünür ki, bank borcalanın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən bu bəndin müvafiq yarımbəndlərində qeyd edilmiş hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə və pul öhdəliyinin vaxtından əvvəl icra edilməsini borcalandan tələb edə bilər. Müqavilənin 9.2-ci bəndindən görünür ki, bu müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş borc məbləğinin hər tam və ya natamam 10 AZN üçün 0,05 AZN məbləğində cərimə hesablanır və kredit alan tərəfindən ödənilir. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli 316346-CNS-29211 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək olan dövr ərzində hər ay 15,08 manat, xx.xx.2026-ci il tarixdə isə 15,36 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyanın surətindən müəyyən olunur ki, bank borcalana xx.xx.2021-ci il tarixli 316346-CNS-29211 saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziyanın surətindən müəyyən olunur ki, bank borcalana xx.xx.2021-ci il tarixli 316346-1-26040 saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli 316346-CNS-29211 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borca görə 491,69 manat, faiz borcuna görə 38,90 manat, cəriməyə görə 19,70 manat olmaqla cəmi 550,29 manat borcu vardır. Borcalan müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli 316346-1-26040 saylı kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə əsas borca görə 4749,45 manat, faiz borcuna görə 264,98 manat, cəriməyə görə 152,95 manat olmaqla cəmi 5167,38 manat borcu vardır. Borcalan müqavilə üzrə öhdəliyini xx.xx.2022-ci il tarixdən icra etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 316346-CNS-29211 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının cavabdehdən əsas borca görə 491,69 manat, faiz borcuna görə 38,90 manat və cəriməyə görə 19,70 manat olmaqla cəmi 550,29 manat, xx.xx.2021ci il tarixli 316346-1-26040 saylı kredit müqaviləsinə görə əsas borca görə 4749,45 manat, faiz borcuna görə 264,98 manat, cəriməyə görə 152,95 manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 316346-CNS-29211 saylı kredit müqaviləsi üzrə əsas borca görə 491,69 manat, faiz borcuna görə 38,90 manat, cəriməyə görə 19,70 manat, xx.xx.2021-ci il tarixli 316346-1-26040 saylı kredit müqaviləsinə görə əsas borca görə 4749,45 manat, faiz borcuna görə 264,98 manat, cəriməyə görə 152,95 manat və ödənilmiş dövlət rüsumuna görə 77,18 manat olmaqla, cəmi 5794,85 (beş min yeddi yüz doxsan dörd manat, səksən beş qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar