Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-130/2025 06.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh qızının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı «dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qızına qarşı « dəymiş maddi zərərin əvəzinin və debitor borcunun ödənilməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh qızı arasında xx.xx.2023-ci il tarixində 3-14013 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh qızına məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satış Departamenti tərəfindən **********00031 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner G-4T markalı **********914 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan İstifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxləlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2012-ci il tarixli 047472 saylı akt əsasında 144 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il-cı il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 108.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 482.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, olmaqla, ümumilikdə 2208.60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir).Həmçinin Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş “Qaz sayağacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesalanması haqqında” xx.xx.2018-ci il tarixli N004249 saylı akt əsasında 11 manat, xx.xx.2019-cu il tarixli F002038 saylı akt əsasında 80.90 manat, cəmi 91.90 manat məbləğində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sərfiyyat borcu olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2012-ci il üzrə qalıq 767,71 manat sərfiyyat borcu, 2020-ci ilin iyul-dekabr ayları üzrə 648 manat sərfiyyat borcu və limitdən əlavə 54 manat sərfiyyat borcu, 2021-ci il yanvar–dekabr ayları üzrə 1368.20 manat sərfiyyat borcu və limitdən əlavə 183.50 sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 628.16 manat sərfiyyat borcu və limitdən əlavə 113.84 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-fevral ayları üzrə 214.32 sərfiyyat borcu və limitdən əlavə 46.88 manat sərfiyyat borcu, cəmi 4024.61 sərfiyyat borcu qalmışdır. Həmçinin, 2013-cu il sayağac dəyişikliyindən sonra isə abonentin 171.40 manat, 2017-ci il dekabr ayından 1697.60 manat, 2018-ci il yanvar ayından 1362.80 manat, 2018-ci il fevral ayından 2.80 manat, 2018-ci il aprel ayından 2 manat və 2023-cü il mart ayından sayğac dəyişikliyindən sonra isə abonentin 403.25 manat, cəmi 3639,95 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir. (91,90+4024,61+3639,95=7756,46)Cavabdeh 2012-ci ilin iyul ayından 2024-cü ilin aprel ayına qədər cavabdeh cəmi 172,40 manat məbləğində ödəniş etmişdir.Göstərilənlərdən başqa cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq cavbdehin sayağac üzrə faktiki istfadə edilmiş və dəyəri ödənilməmiş 7584,06 manat borcu (debitor borc) qalmışdır.Beləliklə, cavabdehin “Azəriqaz İB”-yə ödənilməli borc məbləği hazırda Abonentin Saldo üzrə 9792,66 manat təşkil etməkdədir.Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli rəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh qızı tərəfindən İddiaçı İB-yə vurulmuş 2208,60 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 7584,06 manat və iddiaçı tərəfindən ödənilmiş 117,93 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 9910,59 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızının nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, onun həqiqətən iddiaçı təşkilata istifadə etdiyi qaza görə debitor borcu vardır. Sayğacdan kənar qaz xəttində istifadə etməmişdir. Hesab edir ki, İddiaçı İB-i tərəfindən ona digər aktlar aktlar qanunsuz və əsassızdır. Belə ki, onun həmin aktlardan xəbəri olmayıb. Qeyd oluna aktlar üzrə hesablanmış məbləğlər və debitor borcun bir hissəsi idia müddəti keçdiyindən ondan tələb edilə bilməz. İddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etdi. İddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Göstərilənlərə əsasən iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X3 Departamenti ilə istehlakçı Cavabdeh qızı arasında bağlanmış “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2023-ci il tarixli 3-14013 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə **********00031 sayla qeydiyyata alınmış abonent koduna (abonent Cavabdeh qızı) 2023cü ilin iyul ayınadək ümumilikdə 9792,66 (2208,6 manat sayğacdan kənar qaz xəttindən istifadəyə görə aktlar əsasında hesablanmış borc, 7584,06 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 78,58 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan aktlardan görünür ki, abonent Cavabdeh qızı qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə kənar xətt kəsilmiş, dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il-cı il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 108.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 482.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, olmaqla, ümumilikdə 2208.60 manat akt əsasında borc hesablanmışdır. Aktların tərtibində istehlakçı Cavabdeh qızı aktları imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, iddiaçı tərəfindən 78,58 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilən Cavabdeh qızınun məhkəməyə ünvanladığı ərizədən görünür ki, cavabdeh iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia müddətinin tətbiq edilməsini xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə xx.xx.2012-ci il tarixli 047472 saylı akt əsasında 144 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il-cı il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 108.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 482.20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, olmaqla, ümumilikdə 2208,60 manat məbləğində hissəyə və 2021-ci ilin iyun ayına kimi hesablanmış 6185,17 manat debitor borc hissəsinə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (MM-in 373.2-373.4-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (MM-in 373.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair qərarından görünür ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə görə, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi, qanunverici həm Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında, həm də 18-ci fəslində nəzərdə tutulan müddətlərin, tərəflərin razılaşması ilə dəyişdirilməsinin mümkünlüyünü təsbit etmişdir. Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İş materiallarından görünür ki, iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən sözügedən aktlar tərtib olunsa da, iddiaçı cavabdehin ona vurduğu zərərlə bağlı öz hüquq və mənafelərini müdafiə etmək imkanından vaxtında istifadə etməmiş, xx.xx.2024-cü il tarixdə, yəni 03 ildən artıq müddət keçdikdən sоnra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-ci maddəsi ilə müəyyən edilmiş üç illik iddia müddətini buraxmışdır.İddiaçı mövcud iddia ərizəsi tələbi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələbin 2021-ci ilin may ayınadək olan dövrdə aktlar əsasında hesablanmış 2208,6 manat zərər məbləği və 2020-cilin iyun ayınadək ayınadək hesablanmış 6185,17 manat qalıq (debitor) borc üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 2021-ci ilin iyun ayınadək olan dövrdə xx.xx.2012-ci il tarixli 047472 saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il-cı il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı aktlar üzrə hesablanmış 2208,6 manat dəymiş ziyanı və hesablanmış 6185,17 manat debitor borc tələb etmə müddətini ötürdüyündən, həmçinin cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət etdiyindən, 2021-ci ilin iyun ayınadək olan dövrə iddia müddəti tətbiq olunaraq iddia tələbi həmin həmin aktlar əsasında hesablanmış 2208,6 manat və 6185,17 manat qalıq (debitor) borc hissəsində, yəni 8393,77 manat (2208,6 manat aktlar üzrə, 6185,17 manat qalıq (debitor)) borc hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ididaçı iddia ərizəsində 2021-ci il ytarixdə akt əsasında sayğacdan kənar qaz xəttinə görə borcun hesablandığını göstərsədə xx.xx.2012-ci il tarixli 047472 saylı akt iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə iddia müddəti ötürülməmiş olsa idi iddia tələbi iddia müddətinin ötürülmüş hissəsində qismən təmin olunardı. Məhkəmə iddia tələbinin 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan dövrdə cavabdeh tərəfindən istifadə olunmuş təbii qaza görə hesablanmış debitor borc hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, abonentin saldosundan görünür ki, 2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək olan dövrdə təbii qazdan istifadəyə görə cavabdehə 1398,89 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydalarının 5.1-ci bəndinə əsasən paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdimetməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə hesab edir ki, abonent təbii qazdan faktiki istifadə etdiyindən və həmin halı cavabdeh etiraf etdiyindən iddia tələbi bu hissədə qismən təmin edilməli, abonent tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla təbii qazdan istifadəyə görə Cavabdeh qızından 1398,89 manat (2021-ci ilin iyun ayından 2024-cü ilin iyun ayınadək) pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat; 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; 8.1.4. iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 90 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) dövlət rüsumu tutulur. Məhkəmə iddia tələbinin ödənilmiş 117,93 manat dövlət rüsumunun da tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 33,57 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalı, qalan 84,76 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, Cavabdeh qızından 1398,89 manat pul və 33,57 manat dövlət rüsumu, cəmi 1432,46 manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qızından təbii qazdan istifadəyə görə yaranmış 1398,89 manat ziyan və 33,57 manat dövlət rüsumu olmaqla, cəmi 1432,46 manat tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 117,93 manat məbləğində dövlət rüsumunun qalan 84,76 manatı İddiaçınə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Məmmədli
Məhkəmə qərarları › İş №e-2(003)-130/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-130/2025
06.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver