Məhkəmə qərarları › İş №e-2(003)-134/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-134/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-134/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka ilə qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 04/0292/KBK nömrəli kredit müqaviləsinə əsasən borcalana illik 23% dərəcəsi ilə 36 ay müddətinə 8000,0 manat məbləğində kredit verilmişdir. avabdeh Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 19 fevral 2019-cu il tarixli üç tərəfli zaminlik müqaviləsi bağlarnmışdır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AR DİN BDYPİ Qİİ-nin AD 429914 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə” əsasən X1 məxsus 2005ci il buraxılşlı, Tip: Sedan, Mühərrik: 51073543, Ban: WBAHN61090DT47189, Rəngi: boz parıltısız olan “BMW 740” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 19 fevral 2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. ank terəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********210 saylı xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yətirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə tesadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 8109,56 (səkkiz min yüz doqquz manat əlli altı qəpik) AZN təşkil edir. Bundan 5712,58 (beş min yeddi yüz on iki manat əlli altı qəpik) AZN əsas, 2394,62 (iki min üç yüz doxsa dörd manat altmış iki qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 2,38 (iki manat otuz səkkiz qəpik) AZN borcu təşkil edir. Odur ki, cəmi 8109,56 (səkkiz min yüz doqquz manat əlli altı qəpik) manat olmaqla, bundan 5712,56 (beş min yeddi yüz on iki manat əlli altı qəpik) əsas, 2394,62 (iki min üç yüz doxsa dörd manat altmış iki qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 2,38 (iki manat otuz səkkiz qəpik) manat faiz borcu, iş üzrə ödənilmiş 101,0 (yüz bir) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti 2005-ci il buraxılşlı, Tip: Sedan, Mühərlik: 51073543, Ban: WBAHN**********89, Rəngi: boz parıltısız olan "BMW 740” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil yönəlməsi, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmediyi halda, qalanı borc məbləğinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan ləğv prosesində olan ”NBCBank” ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, 04/0292/KBK nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh2 illik 23% dərəcəsi ilə 36 ay müddətinə 8000,0 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən görünür ki, kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi tərəflər bu müqavilə ilə müəyyən edilmiş əmlakın ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. İpoteka predmeti: 2005-ci il buraxılşlı, Tip: Sedan, Mühərlik: 51073543, Ban: WBAHN**********89, Rəngi: boz parıltısız olan "BMW 740” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 04/0292/KBK saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ona məxsus 2005-ci il buraxılşlı, Tip: Sedan, Mühərlik: 51073543, Ban: WBAHN**********89, Rəngi: boz parıltısız olan "BMW 740” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobili onun bank qarşısında yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 04/0292/KBK saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 öhdəliklərin təminatı olaraq Cavabdeh1 zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək banka hər ay 309,68 manat ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə kredit öhdəliyi üzrə 5712,56 manat əsas, 2394,62 manat faiz və 2,38 manat cərimə olmaqla, cəmi 8109,56 manat borcu vardır. İş materiallarında olan Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı 11931164 nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak Cavabdeh2 xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-2699/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan "BMW 740” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid qiymətinin öyrənilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə olunmuş və həmin MMC-nin Cavabdeh2 mülkiyyətində olan "BMW 740” minik markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyərinin müəyyənləşdirilməsi üzrə keçirilmiş xx.xx.2023-cü-ci il tarixli hesabatla qeyd edilən əmlakın bazar dəyərinin 11000,0 manat, likvid dəyərinin 10000,0 manat məbləğində olması müəyyən olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 101,0 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı cavabdehləri borc barədə və tələbin ipoteka predmetinə yönəldilməsi barədə xəbərdar etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ləğv prosesində olan ”NBCBank” ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi əsasında kredit təşkilatından kredit alaraq üzərinə həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Həmçinin, kreditin təminatı olaraq Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Verilmiş kreditlərin qaytarılmasının təminatı kimi cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmışdır, lakin qeydiyyata alınması barədə sənədlər əlavə edilməmişdir. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşlar. Cavabdeh bu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Beləliklə hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, digər Cavabdeh1 kredit müqaviləsi üzrə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyırlar. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı ”NBCBank” ASC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişlər. Buna görə də, digər Cavabdeh1 Cavabdeh2 iddiaçıya olan kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, bununla da iddiaçı qarşısında olan Cavabdeh2 pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzərlərinə götürmüşlər. Odur ki, iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin tələbin ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi cavabdehin iddiaçıya olan pul öhdəliyinin təmin edilməsi ipoteka müqaviləsi ilə nəzərdə tutulsa da, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən əmlakın dövlət qeydiyyatına alınması barədə sənədi əlavə etməmişdir. Odur ki, iddianın həmin hissəsi təmin edilə bilməz, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilə bilməz. Belə ki, Azərbaycan Respublikası MM-nin 309.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Məhkəmə həmçinin iddianın 101,0 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən iddia verilən zaman ödənilmiş 101,0 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən aydın olur ki, ekspertiza tədqiqatının dəyəri 200,0 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsas hissəsi təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 200,0 manat məbləğində pul iddiaçıdan alınaraq "xxxx" KB ASC-nin 11 sayl; Dərnəgül filialı Kod 502058, VÖEN **********, müxbir hesab AZ 46 NABZ********************, SWİFT kod: NABZAZ2C VÖEN **********, AZ64UBAZ**********0060AZN001 hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iddianın ekspertizanın keçirilməsinə əsas vermiş hissəsi təmin olunmadığından iş üzrə keçirilmiş qiymətləndirmə işinə görə 200,0 manat məbləğində pul iddiaçıdan alınaraq "xxxx" MMC-nin ("xxxx" KB ASC-nin 11 sayl; Dərnəgül filialı Kod 502058, VÖEN **********, müxbir hesab AZ 46 NABZ********************, SWİFT kod: NABZAZ2C VÖEN **********, AZ64UBAZ**********0060AZN001) ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5712,56 manat əsas, 2394,62 manat faiz, 2,38 cərimə borcu olmaqla ümumilikdə 8109,56 (səkkiz min yüz doqquz manat əlli altı qəpik) manat pul və iş üzrə ödənilmiş 101,0 (yüz bir) manat dövlət rüsumunun tutularaq iddiaçı LPO ”NBCBank” ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 200,0 manat məbləğində pul iddiaçı LPO ”NBCBank” ASC-dən alınaraq "xxxx" MMC-nin ( "xxxx" KB ASC-nin 11 sayl; Dərnəgül filialı Kod 502058, VÖEN **********, müxbir hesab AZ 46 NABZ********************, SWİFT kod: NABZAZ2C VÖEN **********, AZ64UBAZ**********0060AZN001) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar