Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1348/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: ləğv prosesində olan QSC «Bank Standard» KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5388,96 manat əsas, 5239,90 manat faiz, 2216,66 manat cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 775,50 manat faiz borcu, cəmi 13621,02 manat pul vəsaitinin və 131 manat dövlət rüsumunun ləğv prosesində olan QSC «Bank Standard» KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/120437/15 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixində həmin kredit müqaviləsinə 1 saylı əlavə sazişə əsasən 6185,28 manat kredit verilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 5388,96 manat məbləğində əsas borc, 5239,90 manat məbləğində faiz borcu, 2216,66 manat məbləğində cərimə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 775,50 manat, ümumilikdə isə 13621,02 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin məhkəmə baxışına hazırlıq iclasına iş üzrə cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddiası əsassız hesab edilməsi, Mülki Məcəllənin 373.2, 373.3 və 377.1-ci maddələrə əsasən iddia müddəti ötürülmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan QSC «Bank Standard» KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/120437/15 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən QSC «Bank Standard» KB tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 26 % hesabı ilə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 1xx/xx/120437/15 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı Əlavə sazişdən görünür ki,həmin kredit müqaviləsinə tərəflər arasında əlavə dəyişiklərin edilməsi barədə razılıq əldə edilmiş və cavabdeh iddiaçı qarşısında 6185,28 manat məbləğində borcun illik 26 faiz dərəcəsi ilə xx.xx.2019-cu il tarixədək qaytarılması barədə öhdəlik götürmüşdür. Həmin sazişə əlavə olunan 2 saylı ödəniş cədvəlindən görünür ki, cavabdeh saziş üzrə götürdüyü kredit məbləğini xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək birinci ay 291,98 manat, sonrakı aylar isə 249,21 manat ödəniş etməklə qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdehin kredit müddətinin sonunadək 5388,96 manat əsas, 5239,90 manat faiz, 2216,66 manat cərimə, illik 5 faiz olmaqla 775,50 manat, cəmi 13621,02 manat borcu vardır. İş materiallarında olan QSC «Bank Standard» KB tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, bank ona borcun qaytarılması tələb edilmiş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 131 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4542 saylı ekspert rəyindən görünür ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/120437/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh QSC «Bank Standard» KB-yə həmin kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 4816,76 manat əsas, 2950,35 manat faiz, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 680,37 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. İşin araşdırılmış hallarından görünür ki, iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanılmışdır. Sonradan həmin kredit müqaviləsinə dəyişiklik edilmiş və cavabdeh iddiaçı qarşısında 6185,28 manat məbləğində borcun illik 26 faiz dərəcəsi ilə xx.xx.2019-cu il tarixədək qaytarılması barədə öhdəlik götürmüşdür. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə iddiaçı qalmış borcun tutulması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 739.1 və 739.2-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən, hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öhdəliklərin yerinə yetirmədiyindən iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuş və məhkəmə, borcun müəyyən edilməsi üçün iş üzrə verilmiş ekspert rəyi əsas götürməklə hesab edir ki, Cavabdeh QSC «Bank Standard» KByə olan borcu 4816,76 manat əsas, 2950,35 manat faiz, gecikdirilmiş günlər üçün illik 5 faiz olmaqla 680,37 manat təşkil edir. Məhkəmə, iş üzrə cavadbehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət verərək hesab edir ki, ərizə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İş üzrə tərəflər arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 1xx/xx/120437/15 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı Əlavə sazişdən görünür ki, müqavilə üzrə icra müddətinin sonu xx.xx.2019-cu il tarixdir. İddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Göründüyü iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanmış illik 5 faiz hissəsində qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə 4816,76 manat əsas, 2950,35 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 680,37 manat, cəmi 8447,48 manat məbləğində borc tutulmalıdır. Eyni zamanda məhkəmə iddia tələbinin cavabdehdən cərimə borcunun tutulması hissəsinə qiymət verərək qeyd edir ki, tələb olunan cərimə borcu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 4816,76 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 2216,66 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 200 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə 4816,76 manat əsas, 2950,35 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 680,37 manat, 200 manat cərimə borcu olmaqla cəmi 8647,48 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 83,16 manat tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin (50 manatın) 25 manat hissəsi cavabdehdən, digər 25 manat hissəsi iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4816,76 manat əsas, 2950,35 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 680,37 manat, 200 manat cərimə borcu olmaqla cəmi 8647,48 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 83,16 manat iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 47,84 manat hissəsi iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin (50 manatın) 25 manat hissəsi cavabdehdən, digər 25 manat hissəsi isə iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4816,76 manat əsas, 2950,35 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 680,37 manat, 200 manat cərimə borcu olmaqla cəmi 8647,48 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 83,16 manat tutularaq iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 47,84 manat hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manat hissəsi Cavabdeh, digər 25 manat hissəsi isə iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» KB-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №e-2(003)-1348/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1348/2022
23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver