Məhkəmə qərarları › İş №e-2(003)-1365/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1365/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1365/2023 24.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1450,28 manat əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 34,91 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılışdır ki, "xxxx" KB ASC ilə borclu X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 27,50 % ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X2 vəfat etdiyi müəyyən olduğundan Bank tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 31 saylı Notariat ofisinə məktubla müraciət olunmuşdur. 31 saylı Notariat ofisinin cavab məktubu ilə X2 vəfat etməsi ilə əlaqədar cavabdeh-vərəsə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "xxxx" KB ASC-yə 1450,28 manat əsas borcu yaranmışdır. Cavabdeh borclanın vərəsəsi olduğundan bankın ondan borcalanın öhdəliklərini tələb etmək hüququ yaranmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-1365/2023 saylı qərardadı ilə ərizəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi İsrafil Şahverdiyev ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək izahatında bildirdi ki, "xxxx" KB ASC-yə olan borcu qaytarılmasına etirazı yoxdur. Lakin, özü də başqa bankdan kredit götürmüşdür. Hazırda aldığı pensiyadan həmin kreditə görə tutulmalar aparılır. Ona görə də "xxxx" KB ASC-yə olan borcu hissə-hissə ödəyə bilər. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan X4 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1017nkMDK/21 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə X3 "xxxx" KB ASC tərəfindən illik 27,5 % ödəmək şərtilə 36 ay müddətinə 2500 manat məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 xx.xx.2023-cü il tarixə 1450,28 manat əsas borcu mövcuddur. İş materiallarında olan AZ-İİ seriyalı 184514 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ünvan ünvanlanan məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum X2 vərəsəsi arvadı Cavabdehdır. İş materiallarında olan Bakı şəhəri 31 saylı Notariat Ofisinin məhkəməyə göndərdiyi vərəsəlik işinin surətindən görünür ki, X1 miras qalmış əmlak Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuzkökəltmə sovxozu ünvanında yerləşən 0,04 ha torpaq sahəsidir. İş materiallarında olan ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 34,51 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" KB ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi əsasında bankdan 2500 manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. Kreditalan xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Hazırki iş üzrə cavabdeh onun qanun üzrə vərəsəsidir. Kreditalanın xx.xx.2023-cü il tarixə 1450,28 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Sadalanan qanunvericilik normalarının tələblərinə və işin müəyyən edilmiş hallarına əsaslanaraq Cavabdeh, mirasqoyan X2 vərəsəsi olduğundan və o, iddiaçı qarşısında mirasqoyanın əvəzinə qəbul edilmiş miras əmlaka mütənasib olaraq borcun qaytarılması barədə məsuliyyət daşıdığından məhkəmə hesab edir ki, iddiaçı, yaranmış borcun qanun üzrə vərəsədən (Cavabdeh) tələb etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş cəmi 34,91 manat da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 1450,28 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 34,91 manat "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1450,28 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 34,91 manat alınaraq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar