Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-138/2021 15.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı “xxxx” X1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti “xxxx” X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti “xxxx” X4 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ Cavabdeh2 məxsus olan və Cavabdeh1 xx xxxxxxxx 2019-cu il tarixdə yol vərəqəsi əsasında idarə etdiyi “Daewoo BS090” markalı ** TF *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “xxxx” X1 balansında olan 1 ədəd “Polermo” tipli işıq dirəyini vurub sıradan çıxarmış və nəticədə müəssisəyə 6432,40 manat dəyərində maddi ziyan vurmuşdur. Qəza törədən avtmobil “xxxx” Sığorta Şirkətində sığortalandığından şirkət tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilmiş, maddi ziyanın 1432,40 manat hissəsi ödənilməmiş qalmışdır. Cavabdehlər ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsələr də, gəlməməklə ödənişdən imtina etmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərdi ki, xx xxxxxxxx 2019-cu il tarixdə avtomobili işıq dirəyinə çırpılmışdır. Hadisə zamanı işıq dirəyi aşmışdır, lakin işıq dirəyinə heç bir ziyan dəyməmişdir. Hadisə ilə əlaqədar inzibati məsuliyyətə cəlb olunmuş və cərimə cəzası tətbiq olunmuşdur. Buna görə də hesab edir ki, iddia tamamilə əsassızdır və rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 AR İXM 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı DYPİ-nin xx.xx.2019-cu il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, xx xxxxxxxx 2019– cu il tarixdə təxminən saat 06:40 radələrində DAEWOO markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən Cavabdeh1 tərəfindən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə halına yol vermişdir. Nəticədə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş inzibati tənbeh haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı tarixli qərarın surətindən müəyyən edilir ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar Cavabdeh1 tərəfində mübahisələndirilməməklə hal-hazırda qüvvədədir. İşin materiallarında olan Cavabdeh2 imzası ilə təsdiq olunmuş yol vərəqəsinin surətindən görünür ki, “Daewoo BS090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədk olan dövr üçün istifadə üçün Cavabdeh1 verilmişdir. İşin materiallarında olan xx.xx.2019-ci il tarixdə tərtib edilmiş ** TF *** dövlət qeydiyyat nişanlı avtomaşınla vurulmuş dirəyin bərpasına sərf oluna xərclərin smetası barədə sənədin surətindən görünür ki, “Daewoo BS090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxx” X3 məxsus işıq dirəyini vurması nəticəsində dəymiş zərər 6432,40 manat məbləğindədir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Daewoo BS090” markalı, ** TF *** dövlət qeydiyyat nişanlı avtobil Cavabdeh2 Nüsrəddin qızına məxsusdur. İşin materiallarından görünür ki, “xxxx” Sığorta Şirkəti tərəfindən “xxxx” X3 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4513 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də “xxxx” X4 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli Akta əsasən 1 ədəd çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695,0 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (6,596) qalıq qiyməti 6260,0 manat, vurulmuş dirəyin ərazidən daşınması və yenidən montalı 172,40 manat olmaqla ümumilikdə dəymiş ziyan 6432,40 manat müəyyən edilir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək(qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılması onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb(reqres) hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 qeyd olunan avtomobili yol vərəqəsi əsasında idarə etməklə Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımından işçi olması işin mübahisəsiz halıdır. Yəni, bunu tərəflər mübahisələndirməmişdir. Burada Cavabdeh1 əmək müqaviləsi yaxud mülki hüquqi müqavilə əsasında hansısa şəxsin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o, müvafiq hüquqi yaxud fiziki şəxsin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Ona görə də cavabdeh Cavabdeh1 məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən hazırki iddiaya cavab verməli olan şəxs deyil və bu iddia üzrə törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımır və yol vərəqəsi əsasında avtobusu idarə etdiyi üçün onun vurduğu zərərin əvəzini işçisi olduğu, yol vərəqəsini vermiş müvafiq hüquqi və ya fiziki şəxs, yəni Cavabdeh2 ödəməlidir. Əlbətdə ki, yol vərəqəsini vermiş müvafiq hüquqi və ya fiziki şəxs də Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən Cavabdeh1 vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4513 saylı, xx.xx.2021-ci il tarixli rəyindən də aydın olur ki, 1 ədəd çuqun altlıqlı “Palermo” markalı işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 6695,0 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (6,596) qalıq qiyməti 6260,0 manat, vurulmuş dirəyin ərazidən daşınması və yenidən montalı 172,40 manat olmaqla ümumilikdə dəymiş ziyan 6432,40 manat müəyyən edilir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Buna görə də iddianın işıq dirəyinə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi əsaslıdır. Odur ki, iddianın həmin hissəsi təmin edilərək, Cavabdeh2 dəymiş ziyana görə 1432,40 (6432,40-5000=1432,40) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “xxxx” X3 ödənilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 1432,40 manat məbləğində vurulmuş maddi ziyan və 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı olmaqla, cəmi 1662,80 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq “xxxx” X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 n alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli Əsli ilə düzdür: Hakim: Namidar Misirzadə
Məhkəmə qərarları › İş №e-2(003)-138/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-138/2021
15.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver